Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 125
  • İşgəncə dirəyi üzərində

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İşgəncə dirəyi üzərində
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Günahsız padşah işgəncə dirəyində
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih edama aparılır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsanı nəyə görə sevməliyik?
    Böyük Müəllimdən öyrən
  • İsa Məsih Qolqotada ölür
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 125

Fəsil 125

İşgəncə dirəyi üzərində

İSA MƏSİHLƏ birlikdə iki cinayətkarı da edama aparırlar. İzdiham şəhərin yaxınlığında Qolqota, yəni Kəllə adlanan yerdə dayanır.

Məhbusları soyundururlar. Sonra onlara içinə mürr qatılmış şərab verirlər. Görünür, bu şərabı Yerusəlim qadınları hazırlayıblar; Roma əsgərləri edamdan qabaq bu bihuşedici içkini məhkum edilmiş adamlara verməyi qadağan etmirlər. İsa şərabın dadına baxır, lakin içmir. Niyə? Aydındır ki, sınaqlarının son pilləsində o, əqlən və cismən ayıq qalmaq istəyir.

İsanı dirəyin üstündə uzadıb əllərini başının üzərinə qaldırırlar. Əsgərlər onu əllərindən və ayaqlarından mıxlayırlar. Mıxlar əti dəlib keçəndə İsa ağrıdan qıvrılır. Dirəyi yuxarı qaldıranda mıxların açdığı yaralar bədənin ağırlığı altında yırtılır və ağrı lap dözülməz olur. Amma İsa əsgərləri hədələmək əvəzinə onlar üçün dua edir: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər».

Pilat İsanın başı üstündən üzərində «Yəhudilərin padşahı nazaretli İsa» sözləri yazılmış bir lövhəcik vurdurmuşdu. Görünür, o, bunu təkcə İsaya hörmət bəslədiyindən yox, həm də onu İsaya ölüm hökmü çıxarmağa vadar etmiş yəhudi kahinlərinə nifrət etdiyindən belə yazıb. Hər kəsin oxuya bilməsi üçün Pilat yazını yəhudi, rəsmi latın və ümumxalq yunan dilində yazdırıb.

Böyük kahinlər, o cümlədən Kayafa və Hanna təşvişə düşürlər. Bu yazı onların qələbəsi üzərinə kölgə salır. Onlar etiraz edirlər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». Kahinlərin əlində oyuncağa çevrildiyi üçün təngə gəlmiş Pilat sərt cavab verir: «Nə yazmışam, odur!»

Kahinlər çoxlu adamla edam yerinə toplaşaraq lövhəcikdə yazılanları yalana çıxarmaq istəyirlər. Onlar Sinedriondakı məhkəmə zamanı verilmiş yalan şəhadəti təkrar edirlər. Buna görə yoldan keçənlər də İsanı söyür və başlarını yırğalaya-yırğalaya deyirlər: «Məbədi dağıdıb üç günə tikənə bax! Özünü niyə xilas etmirsən? Əgər Allahın oğlusansa, işgəncə dirəyindən düş!»

Böyük kahinlər və onların yoldaşları bu məsxərəyə qoşulub deyirlər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Əgər o, İsrailin Padşahıdırsa, qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”, — deyirdi. Əgər o, Allaha lazımdırsa, qoy Allah onu xilas etsin də!»

Bu ruh əsgərlərə də sirayət edir, onlar da İsanı araya qoyurlar. Əsgərlər İsanı ələ salaraq ona turş şərab verirlər, görünür, şərabı onun susuzluqdan qurumuş dodaqlarına yaxınlaşdırırlar. Onlar lağ edirlər: «Əgər sən yəhudilərin padşahısansa, özünü xilas et!» İş o yerə çatır ki, onun sağ və sol tərəfində dirəyə mıxlanmış cinayətkarlar da onu təhqir edirlər. Hər şeyin yaradılmasında Yehova Allaha kömək etmiş bu qeyri-adi insan bu qədər təhqirlərə məruz qalır. Amma o, mərd-mərdanə dözür!

Əsgərlər İsanın əbasını götürüb dörd yerə bölürlər. Sonra püşk atıb öz aralarında bölüşdürürlər. Ancaq köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. Ona görə də bir-birilərinə deyirlər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək». Beləcə, özləri də bilmədən Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, geyimim üçün püşk atdılar», — sözlərini yerinə yetirirlər.

Bir qədər keçir. Cinayətkarlardan biri başa düşür ki, İsa, doğrudan da, padşah olmalı idi. Buna görə də o, öz yoldaşına deyir: «Sən heç Allahdan qorxmursan? Axı özün də eyni cəzanı çəkirsən. Bizə əməllərimizə görə cəza veriblər, düz də ediblər, bu adam isə heç bir pis iş görməyib». Sonra üzünü İsaya tutub xahiş edir: «İsa, padşahlığına gələndə məni yadına sal».

İsa cavab verir: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» İsa göylərdə padşah olaraq hakimiyyət sürərkən bu vəd yer üzündə gerçəkləşəcək. O zaman İsa tövbə etmiş bu cinayətkarı Har-Magedonda sağ qalmış insanların və başqa dirilmiş insanların yaşayacağı yerüzü Cənnətdə dirildəcək! Matta 27:33—44; Mark 15:22—32; Luka 23:27, 32—43; Yəhya 19:17—24.

▪ İsa mürr qatılmış şərabı nə üçün içmir?

▪ İsanın edam edildiyi dirəyin üzərinə nə üçün yazılı lövhəcik vurulub? Bunun üstündə Pilatla böyük kahinlər bir-birilərinə nə deyirlər?

▪ İsa dirək üzərində ikən hansı təhqirlərə məruz qalır?

▪ İsanın paltarları ilə nə edirlər və bununla hansı peyğəmbərlik yerinə yetir?

▪ Cinayətkarlardan biri nəyi başa düşür? İsa onun xahişini necə yerinə yetirəcək?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş