Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 2 s. 3—4
  • İztirablardan azad olunmuş bir dünya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İztirablardan azad olunmuş bir dünya
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Oxşar material
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Bütün iztirablara tezliklə son qoyulacaq!
    Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Əzabların bizə faydası var
    Gözətçi qülləsi 2007
  • Allah əzablara nə üçün yol verir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 2 s. 3—4

Hissə 2

İztirablardan azad olunmuş bir dünya

BUNUNLA belə, bütün dünyada milyonlarla insanlar tamamilə fərqli nöqteyi-nəzərə sahibdirlər. Onlar bəşəriyyət üçün qarşıda gözəl bir gələcək görürlər. Tezliklə burada, yə’ni yer üzündə pislik və iztirablardan tamamilə azad olunmuş bir dünyanın olacağını söyləyirlər. Onlar bütün pisliklərin tezliklə aradan qaldırılacağına və tamamilə yeni bir dünyanın qurulacağına əmindirlər. Onlar, hətta bu yeni dünyanın təməlinin artıq indidən qoyulduğunu söyləyirlər!

2 Bu insanlar inanırlar ki, yeni dünya müharibələrdən, qəddarlıqdan, cinayətkarlıqdan, haqsızlıq və yoxsulluqdan azad olacaqdır. Bu, xəstəliklərin, ağrıların, göz yaşlarının, hətta ölümün də olmayacağı bir dünya olacaq. O zaman insanlar kamil olacaq və yer üzündəki Cənnətdə xoşbəxtlik içində əbədi yaşayacaqlar. Hətta ölənlər də dirildiləcək və əbədi yaşamaq imkanına malik olacaqlar!

3 Gələcəyə dair bu nöqteyi-nəzər görəsən sadəcə bir arzudur, yoxsa xəyal? Qətiyyən yox. Bu nöqteyi-nəzər, Cənnətin mütləq olacağına dair möhkəm təməli olan imana əsaslanır (İbranilərə 11:1). Onlar nə üçün belə əmindirlər? Çünki bunu, kainatın hər şeyə qadir olan Yaradanı və’d etmişdir.

4 Müqəddəs Kitab Allahın və’dləri haqqında deyir: “Allahınız Rəbbin haqqınızda söylədiyi bütün yaxşı şeylərdən heç bir şey boşa çıxmadı; sizin üçün hamısı oldu, ondan heç bir şey boşa çıxmadı”. “Allah insan deyil ki, yalan söyləsin... O söylər və onu etməzmi? Yaxud söz verər və icra etməzmi?” “Orduların Rəbbi and içib dedi: Gerçək, necə düşündümsə elə də olacaq; və necə qərarlaşdırdımsa elə duracaq” (Yeşu 23:14; Saylar 23:19; İşaya 14:24).

5 Lakin, əgər Allahın niyyəti yer üzündə iztirablardan azad bir Cənnət yaratmaq idisə, bəs nə üçün O, bu qədər pisliklərin olmasına əvvəlcədən yol verirdi? Pisliyi indi aradan qaldırmaq üçün Allah nəyə görə altı min il gözləyirdi? İztirablar içində keçən bu əsrlər, Allahın həqiqətən də bizim qeydimizə qalmadığını və ya Onun mövcud olmadığınımı göstərir?

[Oyrənilmə üçün olan suallar]

1, 2. Bir çox insanlar hansı fərqli nöqteyi-nəzərə sahibdirlər?

3, 4. Bu insanlar öz nöqteyi-nəzərlərinin doğruluğuna nəyə görə əmindirlər?

5. Hansı suallar cavab tələb edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş