Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 6 s. 12—14
  • Allahın iztirablara yol verməsinin səbəbi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın iztirablara yol verməsinin səbəbi
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Ali hökmranlıq hüququ barədə mübahisəli sual
  • Ruhani varlıqların üsyanı
  • Mübahisəli iki sual
  • Hamıya aidiyyəti olan mübahisəli məsələ
    Vahid həqiqi Allaha ibadət edin
  • Nə üçün pislik indiyədək davam edir?
    Gözətçi qülləsi 2007
  • Nəyə görə bu qədər iztirab və haqsızlıq var?
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
Əlavə
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 6 s. 12—14

Hissə 6

Allahın iztirablara yol verməsinin səbəbi

AXI nə baş verdi? Allahın Eden bağında ulu valideynlərimizə verdiyi gözəl başlanğıcı pozan nə oldu? Nə üçün Cənnətdəki sülhün və həmrə’yliyin əvəzinə, minilliklər boyu pislik və iztirablar hökm sürür?

2 Buna səbəb, Adəmlə Həvvanın iradə azadlıqlarından sui-istifadə etmələri oldu. Onlar bir faktı — Allaha və Onun qanunlarına bağlı qalmadan müvəffəqiyyətli olacaq tərzdə yaradılmadıqlarını unutdular. Onlar həyatlarını daha yaxşı qura biləcəklərini fikirləşərək, Allahdan asılı olmamağı qərara aldılar. Bununla da, Allahın tə’yin etdiyi iradə azadlığının səddlərini pozdular (Təkvin, fəsil 3).

Ali hökmranlıq hüququ barədə mübahisəli sual

3 Allah nə üçün Adəmlə Həvvanı elə həmin an məhv edib, başqa insan cütü ilə hər şeyi yenidən başlamadı? Çünki Onun ali hökmranlıq hüququ sual altına qoyulmuşdu.

4 Yaranan sual bundan ibarət idi: “İdarə etməyə kimin hüququ var və kimin hökmranlığı düzgündür?” Hər şeyə qadir və bütün məxluqların Yaradanı olması, Allaha yaratdıqları üzərində rəhbərlik etməyə ixtiyar verir. Allah sonsuz müdrikliyə sahib olduğundan, Onun hökmranlığı yaratdığı bütün varlıqlar üçün ən yaxşısıdır. Lakin o zaman Allahın hökmranlığı sual altına qoyulmuşdu. Bundan əlavə, Onun yaratdığı insanda nöqsan vardımı? İnsanın nöqsansızlığı məsələsinin bura necə daxil olduğuna sonra baxacağıq.

5 İnsanların Allahdan asılı olmamaları ilə əlaqədar başqa bir sual da yarandı: “İnsanlar Allahın rəhbərliyi olmadan daha müvəffəqiyyətli olacaqlarmı?” Şübhəsiz ki, Yaradan bu sualın cavabını bilirdi, ancaq insanların bunu başa düşmələri üçün ən yaxşı yol, onlara istədikləri tam azadlığı vermək idi. Onlar bu yolu şəxsi iradə azadlıqları sayəsində seçmişdilər, buna görə də Allah onlara bu seçimi etməyə icazə verdi.

6 Tamamilə azad tərzdə təcrübə aparmaları üçün Allah insanlara kifayət qədər vaxt verdi. Beləliklə, Allah, insanlar üçün Onun rəhbərliyi altında, yoxsa müstəqil olaraq yaşamağın yaxşı olub-olmadığını birdəfəlik müəyyən edəcəkdir. Siyasi, sənaye, elmi və tibbi nailiyyətlərinin zirvəsi hesab etdikləri səviyyəyə çatmaq üçün insanlara verilən vaxt kifayət etməli idi.

7 Buna görə Allah insanın bu günə qədər sərbəst rəhbərlik etməsinə icazə verdi ki, Ondan asılı olmayan insan rəhbərliyinin müvəffəqiyyətli olub-olmayacağını, şübhəsiz aydınlaşdır. Beləliklə də insan, xeyirxahlıq və qəddarlıq, məhəbbət və nifrət, ədalət və ədalətsizlik arasında seçim edə bildi. Bununla bərabər, o, həm də etdiyi seçimin nəticəsi olan xeyirxahlıq və əmin-amanlıq, yaxud pislik və iztirablarla qarşılaşdı.

Ruhani varlıqların üsyanı

8 Başqa bir amili də nəzərə almaq lazımdır. Allahın rəhbərliyinə qarşı üsyan qaldıranlar yalnız ulu valideynlərimiz deyildilər. Bəs həmin vaxt daha kimlər mövcud idi? Ruhani varlıqlar. Allah insanı yaratmazdan əvvəl, göylərdə yaşayacaq daha yüksək bir həyat formasını — çoxsaylı mələkləri yaratmışdı. Onlar da iradə azadlığı və Allahın rəhbərliyinə tabe olmaq tələbatı ilə yaradılmışdılar (Eyub 38:7; Məzmur 104:4; Vəhy 5:11).

9 Müqəddəs Kitab göstərir ki, üsyan əvvəlcə göylərdə başlandı. Ruhani bir varlıq tam azad olmaq istədi. O, hətta insanların ona itaət etmələrini də arzuladı (Matta 4:8, 9). Bu üsyançı ruh, Allahın Adəm və Həvvadan nə isə yaxşı bir şey gizlətdiyini yalandan iddia edərək, onların Allaha qarşı üsyan etmələrinin səbəbkarı oldu (Təkvin 3:1-5). Buna görə də onu İblis (böhtançı) və Şeytan (düşmən) adlandırırlar. Daha sonra o, digər ruhani varlıqları da üsyana təhrik etdi. Onlar cinlər kimi tanındı (Təsniyə 32:17; Vəhy 12:9; 16:14).

10 İnsanlar Allaha qarşı üsyan etməklə, Şeytanın və onun cinlərinin tə’siri altına düşdülər. Elə bu səbəbdən də Müqəddəs Kitab Şeytanı “imansızların zehinlərini kor” edən, “bu əsrin tanrısı” adlandırır. Buna görə də Müqəddəs Kitab deyir ki, “bütün dünya... şəririn hakimiyyəti altındadır”. İsanın özü Şeytanı “bu dünyanın rəisi” adlandırmışdır (2 Korinflilərə 4:4; 1 Yəhya 5:19; Yəhya 12:31).

Mübahisəli iki sual

11 Şeytan, başqa bir mübahisəli sual qaldıraraq, Allaha meydan oxudu. O, belə bir ittiham irəli sürdü ki, Allah insanları yaradarkən səhvə yol vermişdir və təzyiq altına düşdükdə onlardan heç biri düzgün davranmaq istəməyəcəkdir. Əslində o iddia etdi ki, sınağa düşərkən insanlar Allahı hətta lə’nətləyəcəklər (Eyub 2:1-5). Şeytan bununla da insanların nöqsansızlığına dair şübhə oyatdı.

12 Buna görə də Allah kifayət qədər vaxt verdi ki, bütün şüurlu varlıqlar həm bu, həm də Allahın hökmranlıq hüququ haqqındakı mübahisəli sualın necə həll olunacağını görsünlər. (Çıxış 9:16 ayəsi ilə müqayisə edin.) Bəşər tarixində əldə edilmiş təcrübələr bu mübahisəli iki sual barəsindəki həqiqəti göstərməli idi.

13 Hər şeydən əvvəl, ali hökmranlıq hüququ barədə, yə’ni Allahın rəhbərliyinin qanuni olmasına dair vaxt nəyi göstərəcəkdir? İnsanlar özlərinə Allahdan yaxşı rəhbərlik edə biləcəklərmi? Allahdan asılı olmadan hər hansı bir insan rəhbərliyi müharibənin, cinayətin və ədalətsizliyin olmayacağı xoşbəxt bir dünyaya gətirib çıxaracaqmı? Hər hansı bir rəhbərlik yoxsulluğa son qoyub, hamını bolluqla tə’min edəcəkmi? Xəstəliyə, qocalığa və ölümə qalib gələcəkmi? Allahın rəhbərliyi bütün bunları etmək niyyətində idi (Təkvin 1:26-31).

14 İkinci mübahisəli suala gəldikdə isə, yaradılmış insanın dəyərinə dair zaman nə göstərəcəkdi? Allah insanı bu tərzdə yaratmaqda səhvmi edib? İmtahan olunarkən insanlardan kimsə düzgün davranacaqmı? Müstəqil insan rəhbərliyi əvəzinə Allahın rəhbərliyini istədiklərini göstərən insanlar olacaqmı?

[Oyrənilmə üçün olan suallar]

1, 2. Ulu valideynlərimiz Allahın onlara verdiyi gözəl başlanğıcı necə pozdular?

3-5. Allah nə üçün Adəmlə Həvvanı elə həmin an məhv edib, hər şeyi yenidən yaratmadı?

6, 7. İnsanların bu qədər vaxt tam azadlığa sahib olmalarına Allah nə üçün icazə verir?

8, 9. a) Göylərdə üsyan necə başlandı? b) Adəmlə Həvvadan başqa Şeytan daha kimləri üsyana təhrik etdi?

10. İnsanların və ruhani varlıqların üsyanının nəticəsi nə oldu?

11. Şeytan daha hansı mübahisəli sual ilə Allaha meydan oxudu?

12-14. Şeytanın irəli sürdüyü mübahisəli iki suala dair zaman həqiqəti necə göstərməli idi?

[13-cü səhifədə olan şəkil]

Allah vaxt verdi ki, insanlar nailiyyətlərinin ən yüksək zirvəsinə çatsınlar.

[İcazə ilə]

Shuttle: Based on NASA photo

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş