Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • pr böl. 6 s. 22—25
  • Nəyə görə bu qədər iztirab və haqsızlıq var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə bu qədər iztirab və haqsızlıq var?
  • Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Başlıqlar
  • Oxşar material
  • Bir nümunə
  • Səhv olan nə idi?
  • Bəs nə üçün belə uzun müddət?
  • Allah tezliklə müdaxilə edəcək
  • Bütün iztirablara tezliklə son qoyulacaq!
    Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Üsyanın nəticəsi nə oldu?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın iztirablara yol verməsinin səbəbi
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
Əlavə
Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
pr böl. 6 s. 22—25

Bölmə 6

Nəyə görə bu qədər iztirab və haqsızlıq var?

1 Əgər Həqq-Təalanın niyyəti kamil insanların yer üzündə cənnət şəraitində əbədi yaşamaları idisə və Onun bu niyyəti yenə də qüvvədədirsə bəs nəyə görə indi cənnət yoxdur? Nəyə görə bunun əksinə olaraq bəşəriyyət əsrlər boyu iztirab və haqsızlıqlara mə’ruz qalmışdır?

2 Şübhəsiz ki, bəşər tarixi müharibə, işğalçı imperializm siyasəti, istismar, haqsızlıq, yoxsulluq, fəlakət, xəstəlik və ölüm ucbatından iztirablarla doludur. Bəs nəyə görə bütün bu fəlakətlərin qurbanı minlərlə günahsız insanlar olmuşdur? Əgər Allah hər şeyə qadirdirsə, bəs nə üçün min illər ərzində bu qədər çox iztirablara yol vermişdir? Allah kainatı yaradaraq hər şeyi onda belə qayda ilə yerləşdirərək, nəyə görə yer üzərində nizamsızlığa, hətta yerin məhv edilməsinə yol vermişdir?

Bir nümunə

3 Nizam-intizam Allahının yer üzündə belə bir nizamsızlığa nə üçün yol verdiyini başa düşmək üçün, gəlin bir nümunəni nəzərdən keçirək. Təsəvvür edin ki, meşə ilə gedərkən bir evə rast gəlirsiniz. Evə diqqətlə göz gəzdirib, onun dağınıq olduğunu görürsünüz. Pəncərələr sınıq-sınıq, evin damı ciddi zədə alıb, taxta eyvan deşik-deşikdir, qapı bir ilgək üzərindən asılıb, su kəməri işləmir.

4 Bütün bu nöqsanları gördükdə, evin düşünmək qabiliyyətli bir layihəçisinin olmadığınımı düşünəcəksiniz? Bu nizamsızlıq, sizi həmin evin özbaşına yarandığına inanmağamı təhrik edəcək? Yaxud, onun layihəçisi və tikəni olduğu nəticəsinə gəlsəniz də, siz həmin şəxsin təcrübəsiz və düşüncəsiz olduğunumu düşünəcəksiniz?

5 Evə daha diqqətlə baxdıqda görürsünüz ki, o başlanğıcdan yaxşı və hərtərəfli düşünülərək tikilmişdir. İndi isə sadəcə sahibsiz qalıb, get-gedə dağılır. Sınıq və dağılan yerlər nəyə işarə edə bilər? Onlar belə fikir yarada bilər ki, 1) evin sahibi ölüb; 2) o, yaxşı inşaatçıdır, lakin evlə artıq maraqlanmır; və ya 3) evini nankor adamlara kirayə verib. Sonuncu fikir, Yer kürəsində olan vəziyyətə uyğundur.

Səhv olan nə idi?

6 Biz, Müqəddəs Kitabın ilk səhifələrindən öyrənirik ki, insanların əzab çəkmələri və ölmələri Allahın niyyətinə daxil deyildi. Ulu valideynlərimiz olan Adəm və Həvva, yalnız Allaha itaətsiz olduqları üçün öldülər (Yaradılış 2-ci və 3-cü fəsillər, MKŞ). Onlar itaətsizlik edərək, artıq Allahın iradəsini yerinə yetirmirdilər. Onlar Allahın himayəsindən çıxdılar. Əslində onlar, “həyatın qaynağı” olan Allahdan ayrıldılar (Məzmur 36:9).

7 Enerji mənbəyindən kəsilən bir mexanizmin işi tədricən dayandığı kimi, onların bədən və beyinləri pozulmağa başladı. Nəticədə, Adəm və Həvva get-gedə cırlaşdılar, qocaldılar və axırda öldülər. Bəs sonra nə baş verdi? Onlar gəldikləri yerə qayıtdılar: “Yerin torpağısan, torpağa da çevriləcəksən”. Allah xəbərdar etdi ki, qanunlarına itaətsizlik etməyin nəticəsi ölüm olacaqdır: “Hökmən öləcəksən” (Yaradılış 2:17; 3:19, MKŞ).

8 Lakin ölənlər yalnız ulu valideynlərimiz olmadılar, onlar özlərinin bütün nəsillərinin — bütün bəşər ailəsini ölümün hakimiyyətinə düçar etdilər. Axı necə? Genetika qanununa görə, uşaqlar valideynlərinin xüsusiyyətlərini miras alırlar. Buna görə də, ulu valideynlərimizin bütün övladları qeyri-kamilliyi və ölümü miras aldılar. Romalılara 5:12 ayəsi bizə mə’lumat verir: “Necə ki, günah tək bir adam vasitəsilə [bəşəriyyətin ulu babası Adəmlə] və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı [qeyri-kamilliyi, günaha meylliyi miras alaraq] günah işlətmişdir”. İnsanlar günahdan, qeyri-kamillik və ölümdən başqa bir şey bilmədikləri üçün, bə’ziləri bunu təbii və qaçılmaz bir şey sanırlar. Lakin ilk insanlar əbədi yaşamaq imkanı və arzusu ilə yaradılmışdılar. Buna görə də, həyatın bir gün ölümlə nəticələnəcəyi fikri bir çoxlarını dəhşətə gətirir.

Bəs nə üçün belə uzun müddət?

9 Allah, insanların öz yolları ilə getmələrinə nə üçün bu qədər uzun müddət icazə verir? Bəs nəyə görə O, bu qədər əsrlərdir ki, əzablara yol verir? Mühüm səbəblərdən biri, vacib bir mübahisəli sualın qaldırılması olmuşdur: hökmranlıq etmək hüququ kimə məxsusdur? İnsanları Allah idarə etməlidir, yoxsa onlar sərbəst olaraq öz-özlərini müvəffəqiyyətlə idarə edə bilərlər?

10 İnsanlar iradə azadlığı ilə, yə’ni seçmə qabiliyyəti ilə yaradılmışdılar. Onlar, robot və əsasən instinktlə idarə olunan heyvanlar kimi yaradılmamışdılar. Beləliklə də insanlar, xidmət etmək istədikləri şəxsi seçə bilərdilər (Təsniyə 30:19; 2 Korinflilərə 3:17). Bu səbəbdən, Allahın Kəlamı məsləhət edir: “Azadlar kimi davranın və azadlığınızdan pislik üçün pərdə kimi deyil, Allahın qulları kimi istifadə edin” (1 Peter 2:16). Digər tərəfdən isə, insanlar, azad seçmə qabiliyyəti kimi bu gözəl bəxşişə malik olduqları bir halda, etdikləri seçimin nəticələri önündə boyun əyməlidirlər.

11 Bizim ulu valideynlərimiz yanlış seçim etdilər. Onlar Allahdan asılı olmamağı seçdilər. Əlbəttə ki, Allah ilk üsyançı insan cütünü, seçki azadlığından sui-istifadə etdikləri zaman dərhal məhv edə bilərdi. Ancaq bu, Allahın insanlar üzərində hökmranlıq etmək hüququ barədə olan sualı həll etməzdi. İlk insan cütü Allahdan asılı olmamağı seçdiyi üçün, növbəti sual yarandı: Seçdiyi bu yol insanı xoşbəxt, müvəffəqiyyətli bir həyata apara bilərdimi? Bu suala cavab verməyin yeganə üsulu, belə bir seçim etdiklərinə görə, ulu valideynlərimizə və onların nəsillərinə öz yolları ilə getməyə imkan vermək idi. Vaxt, insanların Yaradandan sərbəst surətdə özlərini müvəffəqiyyətlə idarə edəcək tərzdəmi yaradılmış olduqlarını göstərməli idi.

12 Müqəddəs Kitabın yazıçısı Yeremya, bunun nə ilə nəticələnəcəyini bilirdi. Yeremya, Allahın qüdrətli müqəddəs ruhunun, yə’ni fəal qüvvəsinin rəhbərliyi altında bu həqiqəti yazmışdı: “Ya Rəbb, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq [istiqamət vermək] yeriyən insanın əlində deyildir. Ya Rəbb, məni... məzəmmət et” (Yeremya 10:23, 24). Yeremya bilirdi ki, insanlar Allahın səmavi müdrikliyini əldə rəhbər tutmalıdırlar. Axı nəyə görə? Sadəcə ona görə ki, Allah insanları, Onun rəhbərliyindən sərbəst surətdə müvəffəqiyyətli ola biləcək tərzdə yaratmamışdı.

13 Min illər ərzində insan rəhbərliyinin nəticələri aydın şəkildə göstərir ki, insanlar Yaradandan asılı olmayaraq özlərini idarə etmək iqtidarında deyillər. Buna cəhd etdikləri üçün yaranan faciəli nəticələrin təqsirkarı yalnız onlar özləridir. Müqəddəs Kitab bunu aydın olaraq bildirir: “[Allah] qayadır, onun işi tamdır; çünki bütün yolları haqdır; sədaqət Allahıdır və haqsızlıq etməz. Sadiq və doğru olan odur. Ona qarşı fəsad etdilər, onun oğulları deyillər, onların nöqsanıdır” (Təsniyə 32:4, 5).

Allah tezliklə müdaxilə edəcək

14 Allah, əsrlər ərzində insan hakimiyyətinin müvəffəqiyyətsizliyinin sübut edilməsinə kifayət dərəcədə yol verdikdən sonra, indi insanların işlərinə müdaxilə edib, iztirab, kədər, xəstəlik və ölümə son qoymaq hüququna malikdir. İnsanlara elmdə, sənayedə, tibbdə və başqa sahələrdə yüksək nailiyyətlər əldə etməyə icazə verdikdən sonra, öz Yaradanlarından asılı olmadan sülh içində cənnət dünyası yaratmaq qabiliyyəti olduğunu sübut etmək üçün, Allahın bəşəriyyətə yüz illərlə vaxt verməsinə ehtiyac yoxdur. Onlar bunu indiyədək etməyiblər və gələcəkdə də edə bilməyəcəklər. Allahdan asılı olmamaq, çox eybəcər, nifrətəlayiq, məhvedici bir dünyanın yaranması ilə nəticələnmişdir.

15 Bəşəriyyətə kömək etmək istəyən yaxşı niyyətli rəhbərlər olsa da, onların cəhdləri müvəffəqiyyətsizliklə nəticələnir. Bu gün hər yerdə insan hakimiyyətində parçalanma müşahidə olunur. Buna görə Müqəddəs Kitab məsləhət edir: “Əmirlərə və qurtarışı olmayan insan oğluna güvənməyin” (Məzmur 146:3).

[Oyrənilmə üçün olan suallar]

1, 2. Bəşəriyyətin başına gələn vəziyyəti nəzərə alsaq, hansı suallar meydana çıxa bilər?

3-5 a) Nizam-intizam Allahının yer üzündə intizamsızlığa yol verməsinin səbəbini başa düşməyə hansı əyani nümunə kömək edir? b) Üç şəraitdən hansı Yer kürəsindəki vəziyyətə uyğundur?

6, 7. Allahın qanununu pozduqları zaman, Adəm və Həvva ilə nə baş verdi?

8. Ulu valideynlərimizin günahı bəşər ailəsinə necə tə’sir göstərdi?

9. Nə üçün Allah uzun müddət iztirablara yol vermişdir?

10. İnsanlara hansı qabiliyyət verilmişdi və bu onların üzərinə hansı məs’uliyyəti qoyurdu?

11. Allahdan asılı olmamağın müvəffəqiyyət gətirib-gətirməyəcəyini aydınlaşdırmağın yeganə üsulu nə idi?

12. Yeremya insan rəhbərliyini necə qiymətləndirdi və bu nə üçün belədir?

13. Min illər ərzində insan rəhbərliyi heç bir şübhəyə yer qoymadan nəyi göstərir?

14. Nəyə görə Allah insanların işlərinə müdaxilə etmək üçün, artıq uzun müddət gözləməyəcək?

15. Biz Müqəddəs Kitabın hansı məsləhətini qəbul etməliyik?

[24, 25-ci səhifədə olan şəkillər]

Hətta yaxşı niyyətli rəhbərlər belə sülh içində cənnət həyatı yarada bilməmişlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş