Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 7 s. 14—17
  • Üsyanın nəticəsi nə oldu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Üsyanın nəticəsi nə oldu?
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Bugünkü vəziyyət
  • Zaman nə göstərdi?
  • Allahın uzaqgörənliyi
  • Nəyə görə bu qədər iztirab və haqsızlıq var?
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Bütün iztirablara tezliklə son qoyulacaq!
    Bütün iztirablara tezliklə son qoyulacaq!
  • Allahın iztirablara yol verməsinin səbəbi
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın Padşahlığı - yerin yeni hökuməti
    Gözətçi qülləsi 2001
Əlavə
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 7 s. 14—17

Hissə 7

Üsyanın nəticəsi nə oldu?

ALLAHIN rəhbərlik hüququna dair mübahisəli suala gəldikdə isə, əsrlər boyu Allahdan asılı olmayan insan rəhbərlikləri nəyə gətirib çıxarmışdır? İnsanlar özlərinin Allahdan yaxşı rəhbər olduqlarını sübut etmişlərmi? Əgər insanların bir-birlərinə qarşı etdikləri rəhmsizliyin faktları əsasında mühakimə etsək, aydın olur ki, yox.

2 Ulu valideynlərimiz Allahın rəhbərliyini inkar etdikdən sonra, bədbəxtliklər başlandı. Onlar həm özlərini, həm də onlardan törənəcək bəşər ailəsini əzaba düçar etdilər. Onlar özlərindən başqa heç kimi təqsirləndirə bilməzdilər. Allahın Kəlamı deyir: “Ona qarşı fəsad etdilər, onun oğulları deyillər, onların eyibidir” (Təsniyə 32:5).

3 Tarix göstərdi ki, Allahın Adəmlə Həvvaya, Onun himayəsindən çıxarlarsa cırlaşıb, nəticədə öləcəkləri barədə etdiyi xəbərdarlıq doğrudur (Təkvin 2:17; 3:19). Onlar Allahın rəhbərliyindən çıxdılar və vaxt keçdikcə doğrudan da cırlaşıb öldülər.

4 Sonradan onların bütün nəsilləri ilə baş verən hadisə Romalılara 5:12 ayəsində izah olunur: “Necə ki, günah tək bir adam [bəşər ailəsinin atası Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir”. Buna görə də, ulu valideynlərimiz Allahın nəzarətinə qarşı üsyan etdikdə qeyri-kamil günahlı oldular. Genetika qanununa uyğun olaraq, onlar öz nəsillərinə qazandıqları qeyri-kamillikdən başqa heç bir şey verə bilmədilər. Bu səbəbdən bizim hamımız qeyri-kamil, xəstəliyə və ölümə meylli doğuluruq.

5 Çox əsrlər keçdi. İmperiyalar bir-birini əvəz etdi. İstənilən hakimiyyət növlərindən istifadə edildi. Lakin insan ailəsinə dəfələrlə bədbəxtliklər üz verdi. Fərz etmək olardı ki, altı min ildən sonra insanlar artıq bütün dünyada sülh, ədalət və firavanlıq yaratmaqda ­nailiyyətlər qazanacaq və eyni zamanda xeyirxahlıq, mərhəmət və əməkdaşlıq kimi keyfiyyətləri rəhbər tutacaqlar.

6 Ancaq, əslində hər şey tam əksinədir. İnsanların qurduqları heç bir hakimiyyət növü hamıya sülh və firavanlıq gətirmədi. Biz yalnız XX əsrdə alman faşizminin törətdiyi genosid zamanı milyonlarla insanların məhv edildiyini və 100 milyondan artıq insanın müharibələrdə müntəzəm surətdə qətlə yetirildiyini görürük. Bizim zəmanəmizdə saysız-hesabsız insan dözümsüzlük və siyasi fikir ayrılığına görə incidilmiş, qəddarcasına öldürülmüş və həbsxanalara salınmışdır.

Bugünkü vəziyyət

7 Bundan əlavə, insan ailəsinin bugünkü vəziyyətini də gözdən keçirin. Cinayət və zorakılıq qarşısıalınmaz bir vəziyyətdədir. Narkotikdən sui-istifadə epidemiya kimi geniş yayılmaqdadır. Cinsi əlaqə yolu ilə ötürülən xəstəliklər pandemiya halına çevrilmişdir. Milyonlarla insanlar ölümlə nəticələnən QİÇS xəstəliyinə tutulur. Tək-tük adamların çox böyük var-dövlətə sahib olduqları halda, hər il milyonlarla insanlar aclıqdan və ya xəstəlikdən ölür. İnsanlar torpağı çirkləndirib, qüvvədən salırlar. Hər yanda ailələr dağılır və əxlaq dəyərləri tapdalanır. Həqiqətən də, bugünkü şərait “bu əsrin tanrısı” olan Şeytanın iyrənc rəhbərliyini əks etdirir. Onun idarə etdiyi dünya duyğusuz, qəddar və tamamilə əxlaqsızdır (2 Korinflilərə 4:4).

8 Allah insanlara, elmi və maddi inkişafın zirvəsinə çatmaq üçün kifayət qədər vaxt verib. Ancaq kaman və oxun pulemyotla, tanklarla, reaktiv bombardmançı təyyarə və nüvə silahları ilə əvəz edilməsi əsl inkişafdırmı? Yer üzündə bir-birləri ilə sülh içində yaşaya bilməyən insanların kosmosa uçmasını inkişaf adlandırmaq olarmı? İnsanların gecə vaxtı, hətta bə’zi yerlərdə gündüz belə küçədə gəzməyə qorxmalarını inkişaf adlandırmaq olarmı?

Zaman nə göstərdi?

9 Zaman göstərdi ki, Allahın rəhbərliyindən asılı olmayan insanlar öz addımlarını müvəffəqiyyətli etmək imkanında deyillər. Onlar üçün qidasız, susuz və havasız yaşamaq mümkün olmadığı kimi, bunu etmək də mümkün deyil. Sübut göz qabağındadır: Qidadan, sudan və havadan asılı olaraq yaradıldığımız kimi, həmçinin Allahın rəhbərliyindən asılı olacaq tərzdə yaradılmışıq.

10 Pisliyə yol verməklə, Allah birdəfəlik göstərdi ki, iradə azadlığından sui-istifadə etməyin nəticələri acınacaqlı olur. İradə azadlığı qiymətli hədiyyə olduğundan, onu insanların əlindən geri almaq əvəzinə, Allah yol verdi ki, ondan sui-istifadə etməyin nə demək olduğunu görsünlər. Allahın Kəlamı, “addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” deyən zaman həqiqəti söyləyir. O, həmçinin doğru olaraq bildirir ki, “bir adamın digər adam üzərində hakimiyyəti onun zərərinədir” (Yeremya 10:23; Vaiz 8:9).

11 Allahın altı min il ərzində yol verdiyi insan rəhbərliyi inandırıcı tərzdə göstərir ki, iztirabları aradan qaldırmaq insanın əlində deyil. Və o, bunu heç bir zaman edə bilməmişdir. Məsələn, vaxtilə İsrailin padşahı Süleyman bütün müdrikliyi, ­zənginliyi və qüdrəti ilə insan rəhbərliklərinin törətdikləri pis nəticələri aradan qaldıra bilmədi (Vaiz 4:1-3). Eləcə də bu gün dünya liderləri, hətta ən yeni texniki nailiyyətlərin köməkliyi ilə də iztirabları aradan qaldırmaq iqtidarında deyillər. Ən dəhşətlisi də odur ki, tarixin göstərdiyi kimi, Allahın hökmranlığından asılı olmayan insanlar iztirabları aradan qaldırmaq əvəzinə, onları çoxaltmışlar.

Allahın uzaqgörənliyi

12 Allahın iztirablara yol verməsi, bizim üçün ağrılı olmuşdur. Ancaq Allah uzaqgörən olduğundan bilirdi ki, uzun müddət keçdikdən sonra yaxşı nəticələr hasil olacaq. Allahın uzaqgörənliyi yaratdığı varlıqlarına yalnız bir neçə il və ya bir neçə min il deyil, milyon illər, bəli, əbədiyyən fayda gətirəcəkdir.

13 Əgər kim isə gələcəkdə iradə azadlığından sui-istifadə edərək, Allahın hərəkət tərzini şübhə altına qoyarsa, ona öz nöqteyi-nəzərini sübut etmək üçün vaxt verməyə ehtiyac olmayacaqdır. Allah üsyançılara artıq min illər verməklə, kainatın hər yerində əbədiyyən istifadə oluna biləcək qanuni bir qərar qəbul etmişdir.

14 Allahın bu vaxtacan pisliklərə və iztirablara yol verməsi sayəsində tamamilə sübut olunacaqdır ki, Allahın razılığı olmadan heç bir şey müvəffəqiyyətli ola bilməz. Şübhəsiz, aydın olacaqdır ki, insanların və ya ruhani məxluqların heç bir müstəqil planları uzunmüddətli fayda gətirə bilməz. Nəticədə, Allahın hər bir üsyançını dərhal yox etməyə tamamilə haqqı olacaqdır. “Pisləri həlak edər” (Məzmur 145:20; Romalılara 3:4).

[Oyrənilmə üçün olan suallar]

1-3. Yehovanın haqlı olduğunu zaman necə göstərdi?

4. Nəyə görə bizim hamımız qeyri-kamil, xəstəliyə və ölümə meylli doğuluruq?

5, 6. İnsanların sülh və firavanlıq yaratmaq cəhdləri barədə tarix nə göstərir?

7. Bəşər ailəsinin bugünkü vəziyyətini necə təsvir etmək olar?

8. Biz nə üçün insan nailiyyətlərini həqiqi inkişaf adlandıra bilmərik?

9, 10. a) Ötən yüzilliklər nəyi aydın göstərdi? b) Allah iradə azadlığını nə üçün geri almadı?

11. İnsan rəhbərliyinin hər hansı növü iztirabları aradan qaldırıbmı?

12-14. Allahın iztirablara yol verməsi nəticədə hansı daimi faydanı gətirəcəkdir?

[15-ci səhifədə olan şəkil]

Ulu valideynlərimiz Allahdan asılı olmamağı seçdikdən sonra, nəticədə qocalıb öldülər.

[16-cı səhifədə olan şəkil]

Allahdan asılı olmayan insan rəhbərliyi çox acınacaqlı oldu.

[İcazə ilə]

U.S. Coast Guard photo

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş