Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • dg h. 11 s. 28—32
  • Yeni dünyanın təməli indidən qoyulur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeni dünyanın təməli indidən qoyulur
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqi beynəlxalq qardaşlıq
  • Allahın xalqını müəyyən edən xüsusiyyətlər
  • Başqa fərqləndirici xüsusiyyət
  • İkinci böyük mübahisəli sualın cavabı
  • Siz nəyi seçəcəksiniz?
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Ümumdünya qardaşlıq
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Allah həqiqətən də bizim qeydimizə qalırmı?
dg h. 11 s. 28—32

Hissə 11

Yeni dünyanın təməli indidən qoyulur

HEYRƏTLƏNDİRİCİ bir şey də var ki, Allahın yeni dünyasının təməli elə indi — Şeytanın köhnə dünyasının məhvə uğramaq üzrə olduğu bir vaxtda qoyulur. Gözümüzün qabağında Allah bütün xalqlardan insanları toplayır və onlardan bugünkü parçalanan dünyanı tezliklə əvəz edəcək yer üzünün yeni cəmiyyətinin təməlini qoyur. Müqəddəs Kitabda 2 Peter 3:13 ayəsində bu yeni cəmiyyət “yeni yer” adlanır.

2 Həmçinin Müqəddəs Kitab peyğəmbərliyində deyilir: “Son günlərdə [bizim yaşadığımız zəmanədə]... çox xalqlar gedəcəklər və deyəcəklər: Gəlin və Rəbbin dağına [Onun həqiqi ibadətinə]... çıxaq; öz yollarını bizə öyrədəcək və onun yollarında yeriyəcəyik” (İşaya 2:2, 3).

3 İndi bu peyğəmbərlik Allahın yollarına tabe olan və “onun yollarında” yeriyən insanların arasında yerinə yetir. Müqəddəs Kitabın axırıncı kitabında bu sülhsevər beynəlxalq cəmiyyət haqqında “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan... böyük bir izdiham”, Allaha mütəşəkkil surətdə xidmət edən, həqiqi beynəlxalq qardaşlıq kimi bəhs edilir. Eyni zamanda, Müqəddəs Kitab deyir: “Bunlar, o böyük məşəqqətdən çıxanlardır”. Bu o deməkdir ki, bu insanlar indiki pis sistemin sonunda sağ qalacaqlar (Vəhy 7:9, 14; Matta 24:3).

Həqiqi beynəlxalq qardaşlıq

4 Milyonlarla Yehovanın Şahidləri səmimi qəlbdən çalışırlar ki, Onun tə’limatlarına və yollarına uyğun yaşasınlar. Allahın yeni dünyası onlar üçün əbədi həyata ümid lövbəridir. Onlar gündəlik həyatlarında Allahın qanunlarına uyğun davranmaqla, Onun idarə etmək tərzinə həm indi, həm də yeni dünyada tabe olmağa hazır olduqlarını göstərirlər. Bu insanlar milliyyətindən və ya irqindən asılı olmayaraq, hər yerdə eyni tələblərə — Allahın Müqəddəs Kitabda tə’yin etdiyi tələblərə tabe olurlar. Elə buna görə də onlar həqiqi beynəlxalq qardaşlıq, Allahın təşkil etdiyi yeni dünya cəmiyyətidirlər (İşaya 54:13; Matta 22:37, 38; Yəhya 15:9, 14).

5 Yehovanın Şahidləri nadir beynəlxalq qardaşlığın şərəfini özlərinə aid etmirlər. Onlar e’tiraf edirlər ki, bu, Allahın qanunlarına tabe olan insanlara Onun qüdrətli ruhunun göstərdiyi tə’sirin nəticəsidir (Həvarilərin işləri 5:29, 32; Qalatiyalılara 5:22, 23). Bu, Allahın işidir. İsanın dediyi kimi, “insanlar üçün qeyri-mümkün olan işlər Allah üçün mümkündür” (Luka 18:27). Buna görə də, sarsılmaz kainatı yaratmağa qadir olan Allah, yeni dünyanın möhkəm cəmiyyətini yaratmağa da qadirdir.

6 Beləliklə, Yehovanın yeni dünyada necə idarə edəcəyini, artıq bu gün yeni dünyanın təməlini qoyarkən gördüyü işlərdən anlamaq olar. Və Onun Öz Şahidləri üçün gördüyü tədbir, əslində müasir mö’cüzədir. Nə üçün? Çünki Yehova Öz Şahidlərindən münaqişələr yaradan milli, irqi və dini maraqlar üzündən heç zaman parçalanmayacaq həqiqi beynəlxalq qardaşlığı təşkil edib. Saylarının milyonlara çatmasına və 200-dən artıq ölkədə yaşamalarına baxmayaraq, Şahidlər bir-birlərinə ayrılmaz tellərlə bağlıdırlar. Bütün tarix boyu nadir sayılan bu beynəlxalq qardaşlıq, doğrudan da müasir mö’cüzədir — Allahın işidir (İşaya 43:10, 11, 21; Həvarilərin işləri 10:34, 35; Qalatiyalılara 3:28).

Allahın xalqını müəyyən edən xüsusiyyətlər

7 Allahın öz yeni dünyasının təməli xüsusunda istifadə etdiyi insanların kimlər olduğunu daha necə müəyyən etmək olar? Misal üçün, Yəhya 13:34, 35 ayələrində İsanın sözlərini kimlər yerinə yetirir? İsa demişdir: “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək”. Yehovanın Şahidləri İsanın sözlərinə inanır və uyğun şəkildə davranırlar. Allahın Kəlamının öyrətdiyi kimi, onların ‘bir-birlərinə coşğun məhəbbətləri’ var (1 Peter 4:8). Onlar, “kamil birliyin bağı olan məhəbbəti” geyiniblər (Koloslulara 3:14). Beləliklə, onları bütün dünyada birlikdə saxlayan “yapışqan” — qardaşlıq məhəbbətidir.

8 Həmçinin 1 Yəhya 3:10-12 ayələrində deyilir: “Kimin Allahın övladı, kimin də şeytanın övladı olduğu bundan bəlli olur: saleh iş görməyən, Allahdan deyildir, öz qardaşını sevməyən də həmçinin. Çünki başlanğıcdan bəri eşitdiyiniz təbliğ budur ki, biz bir-birimizi sevək, Şərirdən olan, öz qardaşını öldürən Qabil kimi olmayaq”. Buna görə də, Allahın xalqı beynəlxalq qardaşlıq kimi zorakılıqda iştirak etmir.

Başqa fərqləndirici xüsusiyyət

9 Allahın xidmətçilərini müəyyən etməyin başqa bir üsulu da var. İsa, dünyanın sonu haqqındakı peyğəmbərliyində bu zaman kəsiyini axır günlər kimi tanıdacaq bir çox xüsusiyyətlər sadaladı. (9-cu hissəyə baxın.) Həmin peyğəmbərliyin tərkib hissəsindən biri Matta 24:14 (İ–93) ayəsində xatırlanır: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir”.

10 Bu peyğəmbərliyin yerinə yetdiyini görürükmü? Bəli. Axır günlərin başlandığı 1914-cü ildən bəri, Yehovanın Şahidləri İsanın buyurduğu tərzdə, yə’ni insanların evlərinə gedərək, bütün dünyada Allahın Padşahlığı haqqında təbliğ edirlər (Matta 10:7, 12; Həvarilərin işləri 20:20). Milyonlarla Şahidlər yeni dünya haqqında danışmaq üçün bütün millətlərdən olan insanlara baş çəkirlər. Siz də bu broşüranı elə bunun sayəsində əldə etmisiniz, belə ki, Yehovanın Şahidlərinin işinə, Allahın Padşahlığı haqqındakı milyardlarla ədəbiyyat nəşr etmək və paylamaq da daxildir. Dünya miqyasında evdən-evə təbliğ edən daha kimləri tanıyırsınız? Mark 13:10 ayəsi göstərir ki, axır gəlməzdən “əvvəl” təbliğ etmək və tə’lim vermək işi keçirilməlidir.

İkinci böyük mübahisəli sualın cavabı

11 Allahın qanun və prinsiplərinə tabe olmaqla Yehovanın Şahidləri başqa bir şeyə də nail olurlar. Onlar — insanların sınaqlar zamanı Allaha sadiq qalmayacaqlarını iddia edən Şeytanın yalançı olduğunu göstərir və bununla da, insanların nöqsansızlığına dair ikinci böyük mübahisəli suala cavab verirlər (Eyub 2:1-5). Şahidlər bütün millətlərdən olan milyonlarla insanlardan bir cəmiyyət təşkil edərək, vahid bir xalq kimi, Allahın rəhbərliyinə sədaqət göstərirlər. Qeyri-kamil olmalarına və Şeytanın təzyiq göstərməsinə baxmayaraq, ali hökmranlıq hüququ barədə sual yarananda onlar Allahın tərəfini tuturlar.

12 Bu gün milyonlarla Yehovanın Şahidləri öz şəhadətlərini, keçmiş zəmanədə Allaha sədaqətli olan digər şahidlərin uzun siyahısına daxil edirlər. Əgər onlardan yalnız bə’zilərini xatırlasaq, Habilin, Nuhun, Eyubun, İbrahimin, Saranın, İshaqın, Yaqubun, Deboranın, Rutun, Davudun və Danielin adlarını çəkmək olar (İbranilərə, 11-ci fəsil). Müqəddəs Kitabın dediyi kimi, onlar “böyük şahidlər buludu”durlar (İbranilərə 12:1). İsanın şagirdləri də daxil olmaqla, onlar və başqaları Allaha münasibətdə nöqsansızlıqlarını qorudular. İsanın özü də mükəmməl nöqsansızlığı qoruyaraq, böyük nümunə verdi.

13 Bunu, İsanın din rəhbərlərinə Şeytan haqqında dediyi sözləri təsdiq edir: “Lakin Məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı indi öldürməyə çalışırsınız... Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. O, başlanğıcdan insan qatili idi və həqiqətə bağlı qalmadı; çünki onda həqiqət yoxdur. Yalan söylədiyi zaman, özündən söylər; çünki o, yalançıdır və yalanın atasıdır” (Yəhya 8:40, 44).

Siz nəyi seçəcəksiniz?

14 Allahın hazırda Yehovanın Şahidlərinin beynəlxalq cəmiyyətində təşkil etdiyi yeni dünyanın təməli get-gedə möhkəmlənir. Hər il yüz minlərlə adam, dəqiq biliyə əsaslanan iradə azadlığından istifadə edərək Allahın rəhbərliyini qəbul edir. Onlar yeni dünya cəmiyyətinin bir hissəsini təşkil edirlər, ali hökmranlıq hüququ barəsindəki mübahisəli sualda Allahın tərəfini tutur və Şeytanın yalançı olduğunu sübut edirlər.

15 Onlar Allahın rəhbərliyini seçməklə, Məsih “qoyunları keçilərdən” ayıracağı zaman onun “sağında” durmağa layiq olacaqlar. Axır günlər haqqındakı peyğəmbərliyində İsa demişdir: “Bütün xalqlar Onun önündə toplaşacaqlar, O da çoban qoyunları keçilərdən ayırdığı kimi, onları bir-birindən ayıracaqdır. Qoyunları sağına, keçiləri isə soluna qoyacaqdır”. Qoyunlar, Allahın rəhbərliyinə tabe olaraq Məsihin qardaşlarına qoşulan və onlara kömək edən təvazökar insanlardır. Keçilər isə, Məsihin qardaşlarını rədd edən və Allahın rəhbərliyinə qarşı duran inadkar insanlardır. Bəs bunun nəticəsi nə olacaq? İsa demişdir: “Bunlar [keçilər] əbədi əzaba, salehlər [qoyunlar] isə əbədi həyata düçar olacaqlar” (Matta ­25:31-46).

16 Allah doğrudan da qeydimizə qalır! O, çox tezliklə yer üzünü valehedici bir Cənnətə çevirəcək. Siz bu Cənnətdə yaşamaq istəyirsinizmi? Əgər istəyirsinizsə, Allah haqqında bilik əldə etməklə və öyrəndiklərinizə müvafiq davranmaqla, Onun gördüyü tədbirlərə görə öz minnətdarlığınızı bildirin. “Rəbbi tapıla bilərkən arayın; yaxın ikən Onu çağırın; pis adam öz yolunu və fəsadçı öz düşüncələrini buraxsın və Rəbbə dönsün və ona mərhəmət edər” (İşaya 55:6, 7).

17 Vaxtı itirmək olmaz. Bu köhnə sistemin sonu çox yaxındır. Allahın Kəlamı məsləhət verir: “Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur... Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:15-17).

18 Allahın xalqı yeni dünyada əbədi yaşamaq üçün indidən tə’lim alır. Onlar Cənnətin qurulması üçün lazım olan ruhani və digər ixtisaslara yiyələnirlər. Biz sizi, bir Hökmdar kimi Allahı seçməyə və bu gün bütün dünya üzrə keçirilən xilasedici işi dəstəkləməyə tə’kidlə təşviq edirik. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənin və həqiqətən də bizim qayğımıza qalan və iztirablara son qoyacaq Allah haqqında bilik əldə edin. Belə etməklə, siz özünüz yeni dünyanın təməlinin bir hissəsi ola bilərsiniz. Onda siz, Allahın lütfünü və valehedici yeni dünyada həyat almağı əminliklə gözləyə bilərsiniz!

[Oyrənilmə üçün olan suallar]

1, 2. Müqəddəs Kitab peyğəmbərlikləri yerinə yetdikcə, gözlərimizin qarşısında nələr baş verir?

3. a) İşayanın peyğəmbərliyi kimlər arasında yerinə yetir? b) Müqəddəs Kitabın sonuncu kitabı bu barədə nə deyir?

4, 5. Yehovanın Şahidlərinin beynəlxalq qardaşlığının mövcud olması necə mümkün olmuşdur?

6. Yehovanın Şahidlərinin qardaşlığını nə üçün müasir mö’cüzə adlandırmaq olar?

7. İsanın sözlərinə görə, onun həqiqi davamçıları necə müəyyən ediləcəklər?

8. Allahın xalqı, 1 Yəhya 3:10-12 ayələrinə əsasən daha necə müəyyən olunur?

9, 10. a) Axır günlərdə Allahın xidmətçilərini hansı işə görə müəyyən etmək olar? b) Yehovanın Şahidləri Matta 24:14 ayəsini necə yerinə yetirirlər?

11. Allahın rəhbərliyinə tabe olaraq, Yehovanın Şahidləri daha nəyə nail olurlar?

12. Şahidlər öz imanlarında kimi təqlid edirlər?

13. İsanın Şeytan haqqında dediyi hansı sözləri təsdiq olunur?

14. Yeni dünyanın təməli indi hansı vəziyyətdədir?

15. İsa hansı ayırıcı işi icra edəcəkdir?

16. Əgər yaxınlaşmaqda olan Cənnətdə yaşamaq istəyirsinizsə, siz nə etməlisiniz?

17. Kimə xidmət etməyi seçərkən nəyə görə vaxtı itirmək olmaz?

18. Hansı davranışınız, Allahın valehedici yeni dünyasındakı həyatı əminliklə gözləməyinizi mümkün edəcək?

[31-ci səhifədə olan şəkil]

Yehovanın Şahidləri həqiqi beynəlxalq qardaşlığı təşkil edirlər.

[32-ci səhifədə olan şəkil]

Allahın yeni dünyasının təməli indidən qoyulur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş