Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-21 s. 1—6
  • Ailə həyatından həzz alın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailə həyatından həzz alın
  • Ailə həyatından həzz alın
  • Başlıqlar
  • Oxşar material
  • Ailə necə yaranıb?
  • Müvəffəqiyyətə aparan yol hansıdır?
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Ailə xoşbəxtliyinin sirri varmı?
    Ailə xoşbəxtliyinin sirri
  • Ailənin xoşbəxtliyi üçün hikmətli nəsihətlər
    Oyanın! 2021
Əlavə
Ailə həyatından həzz alın
T-21 s. 1—6

Ailə həyatından həzz alın

Ailələr həqiqətən də xoşbəxt ola bilərmi?

Bu necə mümkündür?

Bu traktatda təsvir olunduğu kimi mehriban və xoşbəxt ailələr tanıyırsınızmı? Hər yerdə ailələr dağılır. Boşanmalar, iş yerinin qeyri-sabitliyi, tənha valideynlərin uşaqlarının tərbiyəsində qarşılaşdıqları problemlər, ümidsizlik — bütün bunlar böhrana səbəb olur. Ailə həyatı üzrə bir mütəxəssis şikayətlənir: “Ailənin tənəzzülə uğraması artıq hamıya mə’lumdur”.

Nəyə görə ailələr bu gün belə ciddi problemlərlə qarşılaşırlar? Ailə həyatından necə həzz ala bilərik?

Ailə necə yaranıb?

Bu suallara cavab vermək üçün biz nikah və ailənin necə yaranmasını bilməliyik. Əgər nikah və ailənin Banisi — Yaradanı varsa, ailə üzvləri rəhbərlik üçün Ona müraciət etməlidirlər, çünki ailə həyatından necə tam sevinc əldə edəcəyimizi əlbəttə O, yaxşı bilir.

Maraqlıdır ki, çoxları nikahın Banisinin olmadığına inanırlar. Bir ensiklopediyada deyilir: “Bə’zi alimlər nikahın yaranmasını insandan aşağı səviyyədə duran heyvanların cütləşməsi ilə əlaqələndirməyə meyllidirlər” (“The Encyclopedia Americana”). Lakin İsa Məsih kişi və qadının yaradılmasından danışırdı. O, nüfuzlu bir mənbə olan Müqəddəs Kitabın əvvəllər yazılmış sözlərini sitat gətirib dedi: “Allahın birləşdirdiyini insan ayırmamalıdır” (Matta 19:4-6).

Bəli, İsa Məsih haqlıdır. Müdrik Allah ilk insanları yaratdı və onların xoşbəxt ailə həyatına malik olmaları üçün qayğı göstərdi. Allah ilk insan cütünü nikahda birləşdirərək kişiyə: “Arvadına yapışacaqdır və bir bədən olacaqlar” — dedi (Təkvin 2:22-24). Bu gün ailədə problemlərin yaranması, Yaradanın Öz Kəlamında tə’yin etdiyi normaları pozaraq həyat tərzi sürmələri ucbatından ola bilməzmi?

Müvəffəqiyyətə aparan yol hansıdır?

Şübhəsiz, bildiyiniz kimi, müasir dünya eqoizmə və öz imkanlarını həyata keçirməyə təhrik edir. Birləşmiş Ştatlarda bir maliyyəçi kollecin buraxılış sinfinə belə demişdir: “Tamahkarlıq yaxşıdır. Sən tamahkar ola-ola özün haqda yaxşı fikirdə ola bilərsən”. Lakin var-dövlət hərisi olmaq müvəffəqiyyətə doğru aparmır. Əslində var-dövlətə aludə olmaq ailə üçün ən böyük təhlükələrdən biri sayılır, çünki insani münasibətlərə mane olur və insanların vaxtının və pulunun tükənməsinə səbəb olur. Bunun əksinə olaraq, Müqəddəs Kitabdan yalnız iki məsəlin xoşbəxtlik üçün nəyin vacib olduğunu anlamağımıza necə kömək etdiyinə diqqət yetirin.

“Sevgi olan yerdə səbzə yeməyi, düşmənlilə yeyilən bəslənmiş öküzdən yaxşıdır”.

“Barışıqlıqla quru bir loğma, münaqişə ilə ziyafət dolu evdən yaxşıdır”.

Süleymanın məsəlləri 15:17; 17:1.

Necə də tə’sirli məsəllərdir, elə deyilmi? Yalnız düşünün, əgər hər bir ailə verilən bu məsləhətlərə əməl etsəydi, dünya necə də dəyişərdi! Müqəddəs Kitab həmçinin ailə üzvlərinin bir-biri ilə necə davranmalarına dair dəyərli rəhbərlik təqdim edir. Onun verdiyi bir neçə göstərişə diqqət yetirin.

Ərlərə: ‘arvadınızı öz bədənləriniz qədər sevin’ (Efeslilərə 5:28—30).

Sadə, amma çox praktikidir! Müqəddəs Kitab həmçinin ərlərə “arvadlarınızla iltifatlı davranın” — deyə buyurur (1 Peter 3:7). Ər bunu arvadına xüsusi diqqət ayırmaqla edir, bu isə özünə qayğıkeşliyi, anlayışı və dayaq olmağı daxil edir. O, həmçinin arvadının fikirlərini qiymətləndirir və onu dinləyir (Təkvin 21:12 ayəsi ilə müqayisə edin). Məgər razı deyilsinizmi ki, ər özünə qarşı necə münasibət göstərilməsini istədiyi kimi arvadına da bu cür qayğıkeş münasibət göstərərsə, belə davranış tərzi hər bir ailəyə fayda gətirər? (Matta 7:12).

Arvadlara: ‘Ərinizə ehtiram edin’ (Efeslilərə 5:33).

Qadın ərinə ailəyə dair vəzifələrini yerinə yetirməkdə kömək etməklə ailənin xoşbəxtliyinə səbəb olur. Bu, Allah qadını ərə “münasib olan bir köməkçi” kimi verdiyi vaxtdan e’tibarən nəzərdə tutulmuşdur (Yaradılış 2:18, MKŞ). Qadın ərinin qərarlarını dəstəkləyərək və ailənin məqsədlərinə çatmaqda əri ilə əməkdaşlıq edərək ona hörmət göstərdiyi zaman ailənin qazandığı xeyir-duaları təsəvvür edə bilərsinizmi?

Ər-arvadlaraa: ‘Nikaha hörmət edin və kəbin yatağınızı ləkəsiz saxlayın’ (İbranilərə 13:4).

Əgər onlar bir-birlərinə sədaqətlidirlərsə, ailə həyatı mütləq onlara xeyir gətirəcək. Zina çox vaxt ailəni dağıdır (Süleymanın məsəlləri 6:27-29, 32). Buna görə də Müqəddəs Kitab müdrikcəsinə təşviq edir: “Gəncikən evləndiyin arvadınla xoşbəxt yaşa... Oğul, axı niyə əxlaqsız qadınla məst olmalısan?” (Süleymanın məsəlləri 5:18-20, MKŞ).

Valideynlərə: ‘Uşağı gedəcəyi yola görə yetişdirin’ (Süleymanın məsəlləri 22:6).

Valideynlər uşaqlara vaxt və diqqət ayıranda ailə həyatı mütləq yaxşılaşır. Buna görə də Müqəddəs Kitab valideynləri, ‘evlərində oturduqları və yolda yeridikləri zaman, yatdıqları və qalxdıqları zaman’ övladlarına düzgün prinsipləri öyrətməyə təşviq edir (Təsniyə 11:19). Müqəddəs Kitab həmçinin deyir ki, valideynlər uşaqlarını tərbiyə etməklə onlara məhəbbətlərini göstərməlidirlər (Efeslilərə 6:4).

Uşaqlara: “Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin” (Efeslilərə 6:1).

Düzdür, bu qanunsuz dünyada valideynlərinizə itaət etmək həmişə asan olmur. Lakin siz bununla razı deyilsinizmi ki, ailənin Banisinin sözünə əməl etmək müdriklikdir? Ailəmizi daha da xoşbəxt etmək üçün nəyin yaxşı olduğunu O bilir. Buna görə də valideynlərinizə tabe olmağa sə’ylə çalışın. Dünyanın pis işlərə təşviq edən bir çox şirnikləndirici şeylərindən qaçınmağa tam qərarlı olun (Süleymanın məsəlləri 1:10-19).

Ailənin xeyir-duası ailənin hər bir üzvünün Müqəddəs Kitab məsləhətinə nə dərəcədə əməl etməyindən asılıdır. Ailə yaxşı həyatdan nəinki indi həzz alacaq, eləcə də Allahın və’d etdiyi yeni dünyada möhtəşəm gələcəyə ümid əldə edəcək (2 Peter 3:13; Vəhy 21:3, 4). Bu səbəbə görə, Müqəddəs Kitabı birlikdə öyrənməyi ailənizin vərdişinə çevirin! Bütün dünyada milyonlarla ailələr “Ailə xoşbəxtliyinin sirri” kitabında təqdim edilən rəhbərlikdən əsl fayda əldə etmişlər.

[İcazə ilə]

Şəkillər: Şir balaları: Courtesy Hartebeespoortdam Snake and Animal Park icazəsi ilə.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş