Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rq d. 9 s. 18—19
  • Allahın xidmətçiləri təmiz olmalıdırlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın xidmətçiləri təmiz olmalıdırlar
  • Allah bizdən nə tələb edir?
  • Oxşar material
  • Allah təmiz insanları sevir
    Allahın məhəbbətindən ayrılmayın
  • Yehovanın xalqı təmiz olmalıdır
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Allahın gözündə təmiz olaq
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yaxşı işlər üçün təmizlənmiş xalq
    Gözətçi qülləsi 2002
Əlavə
Allah bizdən nə tələb edir?
rq d. 9 s. 18—19

Dərs 9

Allahın xidmətçiləri təmiz olmalıdırlar

Nəyə görə hər sahədə təmiz olmalıyıq? (1)

Ruhani (2), əxlaqi (3), əqli (4), fiziki (5) cəhətdən təmiz olmaq nə deməkdir?

Hansı növ natəmiz danışıqdan qaçınmalıyıq? (6)

1. Yehova Allah təmiz və müqəddəsdir. O gözləyir ki, Onun ibadətçiləri ruhani, əxlaqi, əqli və fiziki təmizliyi qoruyub saxlasınlar (1 Peter 1:16). Allahın gözündə təmiz olmaq istəyiriksə, qüvvə sərf etməliyik. Biz natəmiz dünyada yaşayırıq. Bundan əlavə, bizə xas olan pis vərdişlərlə də mübarizə aparmalı oluruq. Lakin təslim olmamalıyıq.

2. Ruhani təmizlik. Yehovaya xidmət etmək istəyiriksə, yalan dinin tə’limlərindən və vərdişlərindən uzaq durmalıyıq. Yalan dinlə əlaqəmizi kəsməli və onu heç bir vəchlə dəstəkləməli deyilik (2 Korinflilərə 6:14-18; Vəhy 18:4). Allah haqqında həqiqəti bildikdən sonra ehtiyatlı olmalıyıq ki, yalan öyrədən insanlar bizi düz yoldan azdırmasınlar (2 Yəhya 10, 11).

3. Əxlaqi təmizlik. Yehova istəyir ki, Onun ibadətçiləri həmişə İsanın həqiqi davamçıları kimi davransınlar (1 Peter 2:12). O, bizim etdiyimiz hər şeyi, hətta gizli işlərimizi belə görür (İbranilərə 4:13). Biz cinsi əxlaqsızlıqdan və bu dünyanın başqa natəmiz vərdişlərindən qaçınmalıyıq (1 Korinflilərə 6:9-11).

4. Əqli təmizlik. Ağlımızı təmiz fikirlərlə doldurarıqsa, davranışımız da təmiz olacaqdır (Filipililərə 4:8). Lakin əgər diqqətimizi natəmiz şeylərə yönəldəriksə, nəticəsi pis hərəkətlər olacaqdır (Matta 15:18-20). Ağlımızı çirkləndirə bilən əyləncə növlərindən qaçınmalıyıq. Allahın Kəlamını oxumaqla ağlımızı təmiz fikirlərlə doldura bilərik.

5. Fiziki təmizlik. Məsihçilər Allahın nümayəndələri olduqları üçün, bədənlərini və geyimlərini təmiz saxlamalıdırlar. Ayaq yoluna getdikdən sonra, həmçinin yemək yeməzdən və onu hazırlamazdan qabaq əllərimizi yumalıyıq. Əgər evdə qaydasınca işləyən kanalizasiya sistemi yoxdursa, nəcisi basdırmaq lazımdır (Təsniyə 23:12, 13). Fiziki təmizlik, yaxşı sağlamlığın rəhnidir. Məsihçinin evi necə daxildən, eləcə də xaricdən təmiz və səliqəli olmalıdır. Onun evi, başqalarının evi ilə müqayisədə nümunəvi olmalıdır.

6. Təmiz danışıq. Allahın xidmətçiləri həmişə həqiqəti söyləməlidirlər. Yalançılar Allahın Padşahlığını miras almayacaqlar (Efeslilərə 4:25; Vəhy 21:8). Məsihçilər söyüş söymürlər. Onlar natəmiz zarafatları və nalayiq hadisələri nə danışmır, nə də ki, dinləmirlər. Təmiz danışıqları ilə işdə, məktəbdə və yaşadıqları ərazidə onları əhatə edən insanlardan fərqlənirlər (Efeslilərə 4:29, 31; 5:3).

[19-cu səhifədə olan şəkillər]

Allahın xidmətçiləri hər sahədə təmiz olmalıdırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş