Dərs 13
Həqiqi dini necə tapmaq olar?
Dinlərin hamısımı Allahı razı salır, yoxsa yalnız biri? (1)
Nəyə görə məsihçi olduğunu iddia edən bu qədər çox dinlər mövcuddur? (2)
Məsihin həqiqi davamçılarını necə müəyyən etmək olar? (3-7)
1. İsa yalnız bir məsihçi dini tə’sis etdi. Buna görə də bu gün Yehova Allahın həqiqi ibadətçilərinin yalnız bir qolu, bir qrupu olmalıdır (Yəhya 4:23, 24; Efeslilərə 4:4, 5). Müqəddəs Kitab öyrədir ki, həyata aparan ensiz yol ilə yalnız az saylı insanlar gedəcək (Matta 7:13, 14).
2. Müqəddəs Kitabda qabaqcadan xəbər verilmişdir ki, həvarilərin ölümündən sonra məsihçi yığıncağına yalan tə’limlər və məsihçilərə aid olmayan adətlər daxil olacaqdır. Həmçinin yazılmışdır ki, sözükeçən adamlar iman gətirən kəslərin İsanın deyil, onların ardınca getmələrinə nail olacaqlar (Matta 7:15, 21-23; Həvarilərin işləri 20:29, 30). Bu gün özünü məsihçi adlandıran bu qədər çox dinlərin mövcud olmasının səbəbi də budur. Bəs Məsihin həqiqi davamçılarını necə tanımaq olar?
3. Məsihin həqiqi davamçılarının ən səciyyəvi əlaməti bir-birlərinə səmimi məhəbbət göstərmələridir (Yəhya 13:34, 35). Məsihin həqiqi davamçıları arasında, bir irqə məxsus olan və ya dərisinin rəngi ilə fərqlənən insanların digərlərindən üstün olduğunu öyrətmirlər. Onlar arasında, həmçinin başqa ölkənin vətəndaşlarına nifrət bəsləməyi də öyrətmirlər (Həvarilərin işləri 10:34, 35). Buna görə də, bu məsihçilər müharibələrdə iştirak etmirlər. Onlar bir-birləri ilə bacı-qardaş kimi davranırlar (1 Yəhya 4:20, 21).
4. Həqiqi dinin başqa bir əlaməti də odur ki, onun üzvləri Müqəddəs Kitaba dərin hörmət bəsləyirlər. Onlar bu kitabı Allahın Kəlamı kimi qəbul edir və onda yazılanlara iman gətirirlər (Yəhya 17:17; 2 Timoteyə 3:16, 17). Allahın Kəlamı onlar üçün insan ideyalarından və adətlərindən daha üstündür (Matta 15:1-3, 7-9). Onlar gündəlik həyatlarında Müqəddəs Kitaba əsasən yaşamağa can atırlar. Buna görə də onların təbliğ etdikləri sözlər əməllərindən fərqlənmir (Titusa 1:15, 16).
5. Həqiqi dinin tərəfdarları həmçinin Allahın adına hörmət bəsləməlidirlər (Matta 6:9). İsa, Allahın adının Yehova olduğunu başqalarına bildirirdi. Məsihin həqiqi davamçıları da məhz bu cür davranmalıdırlar (Yəhya 17:6, 26; Romalılara 10:13, 14). Sizin yaşadığınız ərazidə başqalarına Allahın adı barədə danışan kimlərdir?
6. Məsihin həqiqi davamçıları Allahın Padşahlığı barədə təbliğ etməlidirlər. İsa bu işlə məşğul olurdu. O, həmişə Padşahlıq haqqında danışırdı (Luka 8:1, İ–93). Şagirdlərinə həmin xəbəri bütün yer üzündə təbliğ etməyi tapşırdı (Matta 24:14; 28:19, 20). Məsihçilər əmindirlər ki, yalnız Allahın Padşahlığı Yer üzünə sülh və təhlükəsizlik gətirəcəkdir (Məzmur 146:3-5).
7. İsanın şagirdləri bu pozğun dünyanın işlərində iştirak etmirlər (Yəhya 17:16). Onlar dünyanın siyasi işlərinə və ictimai mübahisələrinə qarışmırlar. Onlar bu dünyaya xas olan zərərli davranışlardan, adətlərdən və nalayiq münasibətlərdən çəkinirlər (Yaqub 1:27; 4:4). Siz İsanın həqiqi davamçılarına xas olan bu əlamətləri təzahür etdirən dini qrupun adını çəkə bilərsinizmi?
[27-ci səhifədə olan şəkillər]
Məsihin həqiqi davamçıları bir-birlərini sevir, Müqəddəs Kitaba hörmət bəsləyir və Allahın Padşahlığı haqqında təbliğ edirlər.