Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rq d. 14 s. 28—29
  • Yehovanın Şahidləri təşkilatının quruluşu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri təşkilatının quruluşu
  • Allah bizdən nə tələb edir?
  • Oxşar material
  • Allahın xalqı
    İlahi müjdə
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Yehovanın Şahidləri ianələri nəyə sərf edir?
    Tez-tez verilən suallar
  • Yehovanın Şahidləri xidmətlərini yerinə yetirmək üçün hansı təlimi alırlar?
    Tez-tez verilən suallar
Əlavə
Allah bizdən nə tələb edir?
rq d. 14 s. 28—29

Dərs 14

Yehovanın Şahidləri təşkilatının quruluşu

Yehovanın Şahidlərinin müasir tarixi nə vaxtdan başlanır? (1)

Yehovanın Şahidlərinin yığıncaqları necə keçirilir? (2)

Xərclər nəyin hesabına ödənilir? (3)

Hər bir yığıncaqda rəhbərliyi üzərinə kimlər götürür? (4)

Hər il hansı kütləvi görüşlər keçirilir? (5)

Onların mərkəzi idarələrində və filiallarında hansı iş həyata keçirilir? (6)

1. Yehovanın Şahidlərinin müasir tarixi 1870-ci ildən başlanır. Onlar əvvəlcə Müqəddəs Kitabın Tədqiqatçıları adlanırdılar. Lakin 1931-ci ildən onlar Müqəddəs Kitaba əsasən Yehovanın Şahidləri adını qəbul etdilər (İşaya 43:10). Başlanğıcda kiçik olan təşkilata, hal-hazırda 230-dan artıq ölkədə fəal surətdə təbliğ edən milyonlarla Şahidlər daxildir.

2. Yehovanın Şahidlərinin yığıncaqlarının əksəriyyətində hər həftə üç görüş keçirilir. Sizi bu görüşlərə gəlməyə də’vət edirik (İbranilərə 10:24, 25). Öyrənilən əsas mənbə Müqəddəs Kitabdır. Görüşlər dua ilə başlanır və dua ilə başa çatır. Görüşlərin çoxunda səmimi “ruhani... mahnılar” oxunur (Efeslilərə 5:18, 19). Giriş sərbəstdir və pul yığılmır (Matta 10:8).

3. Yığıncaqların çoxu öz görüşlərini Padşahlıq Zallarında keçirir. Adətən bunlar, Şahidlərin sıralarından olan könüllü işçilərin tikdikləri sadə tikililərdir. Padşahlıq Zalının içərisində surətlər, xaçlar və buna bənzər şeylər görmək mümkün deyil. Xərclər könüllü ianə hesabına ödənilir. İanə etmək arzusunda olanlar üçün ianə qutuları var (2 Korinflilərə 9:7).

4. Hər bir yığıncaqda ağsaqqallar, yə’ni nəzarətçilər var. Onlar yığıncağın tə’lim işinə rəhbərlik edirlər (1 Timoteyə 3:1-7; 5:17). Onlara xidməti köməkçilər kömək edir (1 Timoteyə 3:8-10, 12, 13). Adları çəkilən bu xidmətçilər yığıncaqdakı başqa adamlardan üstün deyillər (2 Korinflilərə 1:24). Onların xüsusi titulları yoxdur (Matta 23:8-10). Onlar geyimləri ilə başqalarından fərqlənmirlər. Gördükləri işə görə onlara maaş verilmir. Ağsaqqallar yığıncağın ruhani tələbatlarına könüllü surətdə qayğı göstərirlər. Çətinlik yaranan zaman onlar təsəlli və məsləhət verə bilərlər (Yaqub 5:14-16; 1 Peter 5:2, 3).

5. Bundan əlavə, Yehovanın Şahidlərinin hər il kütləvi görüşləri — konqresləri keçirilir. Bu görüşlər zamanı bir çox yığıncaqlar birlikdə Müqəddəs Kitaba əsaslanan tə’limlərdən ibarət xüsusi proqrama qulaq asırlar. Bir qayda olaraq keçirilən hər konqres zamanı yeni şagirdlər vəftiz olunur (Matta 3:13-17; 28:19, 20).

6. Yehovanın Şahidlərinin ümumdün­ya mərkəzi idarəsi Nyu-Yorkda yerləşir. Orada Rəhbərlik şurası, yə’ni bütün dünyada olan yığıncaqlara nəzarət edən təcrübəli ağsaqqallar işləyir. Bundan əlavə, bütün dünyada 100-dən artıq filial fəaliyyət göstərir. Bu filiallarda Müqəddəs Kitaba əsaslanan ədəbiyyatın çap edilməsi və lazım olan yerlərə göndərilməsi könüllü işçilər tərəfindən yerinə yetirilir. Filiallardan həmçinin təbliğ işinə də nəzarət edilir. Nəyə görə yaxınlıqda yerləşən filiala baş çəkməyi planlaşdırmayasınız?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş