Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwfq məqalə 61
  • Yehovanın Şahidləri ianələri nəyə sərf edir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri ianələri nəyə sərf edir?
  • Tez-tez verilən suallar
  • Başlıqlar
  • Oxşar material
  • Fəaliyyətimiz
  • Yehovaya verdiyimiz bəxşiş
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Hər şeyin Sahibinə nə verə bilərik?
    Gözətçi qülləsi 2018
  • Təşkilatın fəaliyyəti necə maliyyələşir?
    Yehova Allahın müasir xalqı
  • Məhəbbətinizdən ötrü Yehovaya şükür edirik
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Əlavə
Tez-tez verilən suallar
ijwfq məqalə 61
Şəkillər: Yehovanın Şahidlərinin könüllü ianələr hesabına gördüyü müxtəlif dini və humanitar işlər. 1) Yehovanın Şahidləri ibadət evi tikir. 2) Yardım işində könüllü kimi xidmət edən Yehovanın Şahidi qadına su verir. 3) Yehovanın Şahidi ədəbiyyat arabasının yanında bir qadınla «Əbədi xoşbəxt həyat!» broşüründən mövzu araşdırır.

Yehovanın Şahidləri ianələri nəyə sərf edir?

Biz ianələri təşkilatımızın dini və humanitar fəaliyyətlərinə sərf edirik. Bu fəaliyyət bizim əsas işimizin, insanlara İsa Məsihin şagirdi olmağa kömək etmək işinin bir hissəsidir (Mətta 28:19, 20).

Bu ianələr heç kəsin cibinə getmir. Təşkilatımızda maaş alan ruhanilər sinfi yoxdur. Yehovanın Şahidləri ev-ev təbliğ etdiklərinə görə maaş almır. Filiallarda və ümumdünya baş idarəmizdə xidmət edənlər, o cümlədən Rəhbərlik Şurasının üzvləri heç bir məvacib almadan könüllü qismində xidmət edir.

Fəaliyyətimiz

  • Nəşriyyat. Biz Müqəddəs Kitaba əsaslanan nəşrləri tərcümə edir, dərc edir və lazım olan ölkələrə çatdırırıq. Həmçinin hər il milyonlarla Müqəddəs Kitab və digər nəşrlər pulsuz paylanır. Rəqəmsal nəşrlərimizin yerləşdiyi jw.org saytının və «JW Library» tətbiqinin istifadəsi ödənişsizdir və gəlir əldə etmək üçün heç birində reklam yerləşdirilmir.

    Çapxanada işləyən Yehovanın Şahidi yeni nəşr olunmuş Müqəddəs Kitabın keyfiyyətini yoxlayır.
  • Tikinti və təmir. Bütün dünyada yığıncaqlarımızın münasib yerdə ibadət görüşləri keçirməsi və Allaha birgə həmd etməsi üçün sadə ibadət evləri tikir və ya mövcud ibadət evlərini təmir edirik. Eyni şey filial binalarına və tərcümə ofislərinə də aiddir. Bu işlərin əksəriyyəti könüllülər tərəfindən icra olunur və bunun sayəsində xərclərə qənaət olunur.

    Yehovanın Şahidi ibadət evinin bayır tərəfində dəmirbənd qurur.
  • Administrasiya. Ümumdünya baş idarədə, filiallarda, tərcümə ofislərində görülən işlər, eləcə də səyyar xidmətçilərin fəaliyyəti ümumdünya işinə edilən ianələrin hesabına qarşılanır.

    Yehovanın Şahidi administrativ işlərlə məşğuldur.
  • Təbliğ. Yehovanın Şahidləri müjdəni təbliğ etdiklərinə və insanlara «Allahın sözünü» öyrətdiklərinə görə maaş almır (2 Korinflilərə 2:17). Lakin birinci əsrdəki məsihilərdə olduğu kimi, bu gün də vaxtının çoxunu təbliğ işinə sərf edən təlim almış müəyyən xidmətçilər sadə yaşayış yeri ilə təmin olunur və zəruri tələbatları ödənilir (Filippililərə 4:16, 17; 1 Timutiyə 5:17, 18).

    Yehovanın Şahidi olan cütlük təbliğ edir. Onlar bir kişiyə Müqəddəs Kitaba əsaslanan video göstərir.
  • Təlim. Toplantılarımızın xərcləri könüllü ianələrin hesabına ödənilir. Bundan başqa, Müqəddəs Kitaba əsaslanan audio və video proqramlar hazırlanır. Həmçinin ağsaqqalların və tamvaxtlı xidmətçilərin təyinatlarını daha yaxşı icra etmələri üçün məktəblər təşkil olunur.

    Toplantıda iştirak edənlər böyük arenada videoya baxır.
  • Zərərçəkənlərə yardım. Təbii və digər fəlakətlərdən zərər çəkənlər qida, su və yaşayış yeri ilə təmin olunur. Bu humanitar yardım təkcə «iman qardaşlarımıza» yox, Yehovanın Şahidi olmayanlara da göstərilir (Qalatiyalılara 6:10).

    Yehovanın Şahidləri anbarda yardım üçün göndəriləcək ərzaqları yığır.
    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş