Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ba s. 10—13
  • Canlı dillərdə “danışan” kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Canlı dillərdə “danışan” kitab
  • Hamı üçün olan kitab
  • Başlıqlar
  • Oxşar material
  • Tərcüməçilərin qarşısında duran çətinliklər
  • Afrika dilləri öyrənilir
  • Asiya dillərinin öyrənilməsi
  • Xilqətilə danışan Yehova Allah
    Gözətçi qülləsi 2015
  • Hər çeşid dillərdən olan xalqların toplanması
    Müqəddəs ibadətimiz 2002
Hamı üçün olan kitab
ba s. 10—13

Canlı dillərdə “danışan” kitab

Əgər kitabın yazıldığı dil ölürsə, əslində həmin kitab da ölür. Müqəddəs Kitabın yazıldığı qədim dillərdə bu gün çox az adam oxuya bilir. Lakin bu kitab canlı kitabdır. Müqəddəs Kitab, bəşəriyyətin canlı dillərində “danışmağı öyrəndiyi” üçün qorunub saxlanıbdır. Müqəddəs Kitaba başqa dillərdə danışmağı “öyrədən” tərcüməçilər, hərdən rəfedilməz kimi görünən maneələrlə toqquşurdular.

ÖZÜNƏ 1 100-dən artıq fəsil və 31 000-dən artıq ayə daxil edən Müqəddəs Kitabın tərcüməsi asan iş deyil. Lakin öz işlərinə sadiq olan tərcüməçilər əsrlər boyu bu çətin işin həllində könüllü surətdə əllərindən gələni etmişlər. Onların çoxu işləri naminə çətinliklərə tab gətirməyə, hətta ölməyə belə hazır olmuşlar. Müqəddəs Kitabın bəşəri dillərə tərcümə edilməsinin tarixçəsi, sarsılmazlıq və fərasətlik haqqında gözəl hekayədir. Gəlin, çox maraqlı olan bu hekayənin yalnız kiçik bir hissəsini nəzərdən keçirək.

Tərcüməçilərin qarşısında duran çətinliklər

Bir kitabı yazı sistemi olmayan dilə necə tərcümə edərdiniz? Müqəddəs Kitab tərcüməçilərinin əksəriyyəti məhz bu cür çətinliklə toqquşmuşlar. Məsələn, eramızın IV əsrində yaşayan Ulfila, Müqəddəs Kitabı, o zaman yazısı olmayan qot dilinə tərcümə etmək niyyətində idi. Ulfila, ilk növbədə əsasını yunan və latın əlifbası təşkil edən 27 hərfdən ibarət qot əlifbasını ixtira etməklə bu çətinliyi aradan qaldıra bildi. O, 381-ci ilə qədər, demək olar ki, Müqəddəs Kitabı bütünlüklə qot dilinə tərcümə etdi.

Yunan dilini yaxşı bilən, hər ikisi görkəmli alim və dilçi olan Kirill (dünyəvi adı — Konstantin) və Mefodi qardaşları, IX əsrdə Müqəddəs Kitabı slavyan dilində danışan adamlar üçün tərcümə etmək istədilər. Lakin müasir slavyan dillərindən qabaq istifadə olunan qədim slavyan dilinin yazısı yox idi. Buna görə də bu iki qardaş, Müqəddəs Kitabı tərcümə etmək üçün, əlifba ixtira etdilər. Beləliklə də artıq Müqəddəs Kitab slavyan ölkələrindən olan daha çox sayda insanlarla “danışa” bilirdi.

XVI əsrdə Vilyam Tindal, Müqəddəs Kitabı orijinalın dillərindən ingilis dilinə tərcümə etmək niyyətində idi, ancaq həm kilsə, həm də dövlət tərəfindən güclü müqavimətlə qarşılaşdı. Oksford Universitetində təhsil almış Tindal, “kəndli oğlanın” belə başa düşə biləcəyi sadə bir dilə tərcümə etmək istəyirdi1. Lakin o, işi başa çatdıra bilmək üçün Almaniyaya qaçmaq məcburiyyətində qaldı və 1526-cı ildə onun ingilis dilinə tərcümə etdiyi “Əhdi Cədid” orada çap olundu. Kitablar İngiltərəyə gətirilən zaman, hökumət adamları o dərəcədə hiddətləndilər ki, onları hamının gözü önündə yandırmağa başladılar. Sonradan Tindal ələ verildi. Onu boğmazdan və cəsədini yandırmazdan əvvəl, Tindal ucadan belə sözlər dedi: “Ya Rəbb, İngiltərə kralının gözlərini aç!” 2

Müqəddəs Kitabı başqa dillərə tərcümə etməyə davam edirdilər; tərcüməçiləri dayandırmaq mümkün deyildi. 1800-cü illərdə Müqəddəs Kitabın heç olmasa bə’zi hissələri 68 dildə “danışmağı öyrənmişdi”. Sonra Müqəddəs Kitab Cəmiyyətlərinin — xüsusilə də 1804-⁠cü ildə tə’sis olunmuş Britaniya və Xarici Müqəddəs Kitab Cəmiyyətinin təşkil edilməsi ilə, Müqəddəs Kitab qısa vaxt ərzində daha çox yeni dillər “öyrəndi”. Yüzlərlə gənclər, missioner kimi başqa ölkələrə yollanmağa hazır idilər, onlardan çoxunun əsas məqsədi isə Müqəddəs Kitabı tərcümə etmək idi.

Afrika dilləri öyrənilir

Afrikada 1800-cü ildə yazısı olan yalnız 10-a yaxın dil mövcud idi. Yazısı olmayan yüzlərlə digər dillər isə, kiminsə əlifba ixtira edəcəyini gözləməli olurdu. Missionerlər bu ərazilərə gəlir, dərsliklərin və lüğətlərin köməyi olmadan bu dilləri öyrənirdilər. Sonra yazı sistemi tərtib etmək üçün çalışırdılar, bundan sonra isə insanlara həmin yazıları oxumağı öyrədirdilər. Onlar bunu ona görə edirdilər ki, insanlar nə vaxtsa Müqəddəs Kitabı öz ana dillərində oxuya bilsinlər 3.

Belə missionerlərdən biri şotlandiyalı Robert Moffat olmuşdur. 1821-ci ildə, Moffat 25 yaşında ikən, Afrikanın cənub hissəsində yaşayan və tsvana dilində danışan insanların arasında bir missiya tə’sis etdi. Yazısı olmayan bu dili öyrənmək məqsədilə insanlarla ünsiyyətdə olur, onların arasında yaşamaq üçün hərdən ölkənin daxilinə səyahətlər edirdi. Sonradan o yazırdı: “İnsanlar mənimlə səmimi idilər və onların dilində yol verdiyim səhvlər bir çoxlarının qəhqəhəsinə səbəb olurdu. Heç kim heç vaxt nə sözlərdə, nə də cümlələrdə olan səhvlərimə düzəliş vermirdi, lakin sonradan orijinalı elə canlı yamsılayırdılar ki, bu, başqalarını olduqca şənləndirirdi” 4. Moffat təslim olmadı və sonunda dili mənimsəyib, onun üçün yazı yaratdı.

Moffat, səkkiz il tsvanaların arasında işlədikdən sonra, 1829-cu ildə “Lukanın Müjdəsi”nin tərcüməsini qurtardı. Onu çap etdirmək üçün, sahilə qədər kəl arabasında 960 kilometr yol qət etdi və sonra gəmi ilə Keyptauna yola düşdü. Orada qubernator ona dövlətin çap dəzgahından istifadə etməyə icazə verdi, lakin düzüm və çap işini Moffatın özü etməli oldu; nəhayət 1830-cu ildə həmin Müjdə nəşr olundu. İlk dəfə idi ki, tsvanalar Müqəddəs Kitabın bir hissəsini öz dillərində oxuya bilirdilər. 1857-ci ildə Moffat tsvana dilində Müqəddəs Kitabın bütöv tərcüməsini qurtardı.

Bir qədər sonra Moffat, tsvanaların ilk dəfə “Lukanın Müjdəsi” kitabını aldıqları zaman göstərdikləri reaksiyanı təsvir etdi. O söyləyirdi: “Mən, “Lukanın Müjdəsi” kitabını almaq üçün yüzlərlə mil qət edən adamlar tanıyırdım. [...] Bu kitabı aldıqdan sonra, onun üzərində göz yaşları tökdüklərini görürdüm. Onlardan əksəriyyətinə: “Göz yaşlarınızla kitabı korlayacaqsınız” deyincəyə qədər möhkəm-möhkəm onu bağırlarına basıb, minnətdarlıq göz yaşları axıdırdılar” 5.

Moffat kimi öz işlərinə sadiq olan tərcüməçilər, bir çox afrikalılara ilk dəfə yazı vasitəsilə ünsiyyətdə olmağa imkan yaratdılar, hərçənd ki, əvvəlcə onlardan bə’ziləri yazıya ehtiyac olduğunun fərqinə varmırdılar. Lakin tərcüməçilər, afrikalılara ana dillərində Müqəddəs Kitabı bəxş etməklə, onlara daha qiymətli hədiyyə bəxş etmiş olduqlarına inanırdılar. Bu gün Müqəddəs Kitab bütövlüklə və ya qismən 600-dən çox afrika dillərində “danışır”.

Asiya dillərinin öyrənilməsi

Afrikadakı tərcüməçilər, yazısı olmayan dillər üçün əlifba yaratmağa çalışdıqları halda, dünyanın o biri başında digər tərcüməçilər tamamilə başqa maneələrlə — mürəkkəb yazısı olan dillərə tərcümə etmək çətinliyi ilə toqquşurdular. Müqəddəs Kitabı Asiya dillərinə tərcümə edən insanların qarşısında bu cür çətin iş dururdu.

XIX əsrin əvvəllərində Vilyam Keri və Coşua Marşman Hindistana gedib, orada yazısı olan bir çox dilləri mənimsədilər. Çapçı Vil­yam Uordun köməkliyi ilə, onlar ən azı Müqəddəs Kitabın hissələrinin tərcüməsini təxminən 40 dildə çap etdilər 6. Müəllif C. Herbert Keyn, Vilyam Keri haqqında deyir: “O, [benqal dilinin] köhnə klassik formasını əvəz edən gözəl, səlis danışıq üslubu icad etdi. Bununla da Benqal dili müasir oxucular üçün daha çox anlaşılan və cəlbedici oldu” 7.

Birləşmiş Ştatlarda doğulmuş və orada boya-başa çatmış Adonayram Cadson, Birmaya yola düşdü və 1817-ci ildə Müqəddəs Kitabı Birma dilinə tərcümə etməyə başladı. O, Müqəddəs Kitabı tərcümə etmək üçün, kifayət qədər Şərq dilinə yiyələnməyin nə dərəcədə çətin olduğu haqda yazırdı: “Düşüncə tərzləri bizimkindən fərqlənən, bu səbəbdən fikirlərini ifadə etmək tərzi bizim üçün tamamilə yeni olan, hərfləri və sözləri isə nə vaxtsa qarşılaşmış olduğumuz hər hansı dilin hərf və sözlərinə bənzəməyən, dünyanın başqa bir ucunda yaşayan insanların danışdığı dili öyrənməyə girişdiyimiz zaman, lüğətimiz və ya tərcüməçimiz olmadığı bir halda, yerli müəllimin köməyindən faydalana bilməzdən əvvəl, həmin dildə nə isə başa düşməliyik. Bu isə həqiqətən də zəhmət tələb edir!” 8.

Bu, Cadson üçün təxminən 18 il ərzində çox zəhmət və diqqət tələb edən iş olmuşdur. Birma dilində olan Müqəddəs Kitabın sonuncu hissəsi 1835-ci ildə çap olunmuşdur. Ancaq Birmada qalmaq Cadsona baha başa gəlirdi. Tərcümə üzərində işləyərkən cəsusluqda günahlandırıldığı üçün həyatının təxminən iki ilini ağcaqanadların qaynaşdığı həbsxanada keçirdi. Azadlığa buraxıldıqdan qısa müddət sonra, onun arvadı və qızı qızdırmadan öldülər.

25 yaşlı Robert Morrison 1807-ci ildə Çinə gələrək, olduqca çətin bir işə — Müqəddəs Kitabı ən mürəkkəb yazısı olan dillərdən birinə, Çin dilinə tərcümə etməyə girişdi. Çin dilini cəmi iki il əvvəl öyrənməyə başladığı üçün, pis bilirdi. Morrisona, həmçinin Çinin müstəqilliyini qorumaq məqsədilə tə’sis edilən qanun da mane olurdu. Çin xalqının əcnəbilərə dil öyrətməsi, ölüm cəzası təhdidi altında qadağan edilmişdi. Bir əcnəbinin Müqəddəs Kitabı Çin dilinə tərcümə etməsi, ölüm cəzasını haqq edən cinayət hesab olunurdu.

Cəsarətli, lakin ehtiyatlı olan Morrison bu dili öyrənməyə davam etdi və onu tez mənimsədi. İki il ərzində Ost-Hind Şirkətində tərcüməçi kimi işləməyə başladı. Rəsmi surətdə şirkətdə işlədiyi halda, daima tapılmaq qorxusu altında gizlicə Müqəddəs Kitabın tərcüməsi üzərində çalışırdı. 1814-cü ildə, Çinə gəldikdən yeddi il sonra Yunanca Müqəddəs Yazıların tərcüməsi artıq çapa hazır idi 9. Beş ildən sonra Vilyam Milnin köməyi ilə o, İbranicə Müqəddəs Yazıların tərcüməsini başa çatdırdı.

Bu, böyük nailiyyət idi: Müqəddəs Kitab indi, dünyada daha çox insanların istifadə etdikləri dildə “danışa” bilirdi. Bacarıqlı tərcüməçilərin sayəsində sonradan Asiyanın başqa dillərində də tərcümələr çıxdı. Bu gün Müqəddəs Kitabın hissələri Asiyanın 500-dən çox dillərində mövcuddur.

Tindal, Moffat, Cadson və Morrison kimi insanlar, bə’ziləri, hətta həyatlarını belə təhlükə altına ataraq, tanımadıqları, bə’zən isə dillərində müəyyən yazı sistemi belə olmayan insanlar naminə bir kitab tərcümə etmək üçün nəyə görə uzun illər zəhmət çəkirdilər? Sözsüz ki, bunu şöhrət və ya mənfəət naminə etmirdilər. Onlar inanırdılar ki, Müqəddəs Kitab Allahın Kəlamıdır və insanlarla — bütün insanlarla — onların ana dilində “danışmalıdır”.

Müqəddəs Kitabı Allahın Kəlamı hesab edib-etməmənizdən asılı olmayaraq, yəqin siz razılaşacaqsınız ki, öz işlərinə sədaqətlə yanaşan bu tərcüməçilərin təzahür etdirdikləri fədakarlığa müasir dünyada az təsadüf edilir. Məgər bu cür təmənnasızlığa təşviq edən bir kitabı tədqiq etməyə dəyməzmi?

[10-cu səhifədə olan şəkil]

Tindal Müqəddəs Kitabı tərcümə edərkən.

[11-ci səhifədə olan şəkil]

Robert Moffat

[12-ci səhifədə olan şəkil]

Adonayram Cadson

[12-ci səhifədə olan şəkil]

1800-cü ildən e’tibarən Müqəddəs Kitabın hissələrinin çap edildiyi dillərin sayı.

[13-cü səhifədə olan şəkil]

Robert Morrison

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş