Hər çeşid dillərdən olan xalqların toplanması
1 Allahın Kəlamında deyilənlər yerinə yetir! “Millətlərin hər çeşid dillərindən” olan adamlar həqiqi imanı qəbul edirlər (Zək. 8:23). Bəs Yehovanın Şahidləri “hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan” insanlara “böyük məşəqqətdən” sağ çıxmaq üçün Yehovanın gözündə təmiz olmağa necə kömək edirlər? (Vəhy 7:9, 14).
2 Allahın təşkilatının cavabı. Rəhbərlik şurası qayğı göstərib ki, Müqəddəs Kitaba əsaslanan ədəbiyyat təxminən 380 dildə nəşr olunsun. Bunun sayəsində, dünyanın hər yerində yaşayan insanlar xoş xəbərin vacibliyini aydın dərk edirlər. Bu qədər dillərdə ədəbiyyat hazırlamaq və nəşr etmək böyük işdir. İxtisaslaşdırılmış tərcüməçilər qrupu təşkil etmək, bütün bu dillərə tərcümə etmək üçün onlara zəruri olan yardımı təqdim etmək, sonra isə həmin ədəbiyyatı nəşr etmək və yığıncaqlara yollamaq lazımdır. Lakin Müqəddəs Kitaba əsaslanan xilasedici xəbəri insanlara çatdırmaqda vacib rolu Padşahlığın ayrı-ayrı təbliğçiləri oynayırlar.
3 İşə başlayırıq. Bir çox yerlərdə, əhalinin əsas hissəsini başqa millətlərə məxsus olan insanlar təşkil edirlər. Həmin insanlara xoş xəbəri çatdırmaq üçün, getdikcə Allahın daha çox xidmətçisi yaşadıqları ərazidə geniş yayılmış dilləri öyrənməyə çalışır. Digərləri jest dilini öyrənirlər. Təkcə Rusiyada, rus dilindən başqa 5 dildə təbliğ edən 14 yığıncaq və 40 qrup mövcuddur. Allahın Kəlamının həqiqətini, əvvəllər Yehova haqqında heç eşitməyən və Müqəddəs Kitab haqqında bir şey bilməyən insanlar qəbul edirlər (Rom. 15:21).
4 Yaşadığımız ərazidə yaşayan başqa millətlərin nümayəndələrinə xoş xəbəri daha geniş miqyasda təbliğ etmək üçün sə’y göstərə bilərikmi? (Kolos. 1:25). Bir çox yığıncaqlar təbliğ işini, başqa dildə danışan yerli əhali arasında təşkil edirlər. Təbliğçilər əcnəbi dildə əvvəlcə bir neçə söz öyrənirlər ki, sadə təqdimə etsinlər. Məsələn, “Salam. Sizin üçün şad xəbər gətirmişəm. [Sonra həmin dildə traktat və ya broşüra təklif et.] Sağ olun”. Yehova, hətta bu cür sadə olan ilk addımlara belə həqiqətən də xeyir-dua verir!
5 Padşahlıq haqqındakı xəbər, bütün millətlərdən və dillərdən olan insanları cəlb edir. Gəlin, bu insanlara xoş xəbəri çatdırmaq üçün, hər bir imkandan istifadə edək.