Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be s. 13—s. 16 abz. 5
  • «Necə dinlədiyinizə diqqət verin»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Necə dinlədiyinizə diqqət verin»
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Başlıqlar
  • Oxşar material
  • Ürəyini hazırla
  • Diqqətini cəmlə
  • Məruzə söylənəndə
  • Müzakirə vaxtı
  • Konqreslərdə
  • Uşaqlara dinləməyi öyrədin
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2004
  • Yığıncaq üçün çıxışların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Xidməti görüşə necə hazırlaşmalı?
    Müqəddəs ibadətimiz 2009
  • Qulaq asın və öyrənin
    Müqəddəs ibadətimiz 2013
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be s. 13—s. 16 abz. 5

«Necə dinlədiyinizə diqqət verin»

DİNLƏMƏK öyrənmək üçün vacib amildir. Bu həmçinin insanın sağ qalmasında da rol oynaya bilər. Yehova xalqını Misir köləliyindən xilas etməyə hazırlaşanda Musaya göstərişlər verdi. Musa da ilk oğullarının həyatını ölüm mələyinin əlindən xilas etmək üçün israillilərin nə etməli olduqlarını xalqın ağsaqqallarına söylədi (Çıx. 12:21-23). Sonra ağsaqqallar bu xəbəri hər evə çatdırdılar. Bütün bunlar şifahi şəkildə həyata keçirildiyindən, xalq diqqətlə qulaq asmalı idi. Onlar buna necə hay verdilər? Müqəddəs Kitabda deyilir: «Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları da belə etdilər» (Çıx. 12:28, 50, 51). Bunun sayəsində, İsrail xalqı möhtəşəm bir qurtuluşun şahidi oldu.

Bu gün Yehova bizi daha böyük qurtuluşa hazırlayır. Onun verdiyi göstərişlərə son dərəcə diqqətli olmalıyıq. Həmin göstərişlər bizə yığıncaq görüşləri vasitəsilə verilir. Bu görüşlərdən tam surətdə faydalanırsanmı? Çox şey necə qulaq asmağından asılıdır.

Görüşlərdə verilən təlimin əsas fikirləri yadında qalırmı? Bu təlimləri hər həftə həyatında tətbiq etməyə, yaxud başqaları ilə bölüşməyə fürsət axtarmağa vərdiş etmisənmi?

Ürəyini hazırla

Yığıncaq görüşlərində verilən təlimdən tam faydalanmaq üçün bizə ürəyimizi hazırlamaq lazımdır. Yəhuda padşahı Yehoşafatın hakimiyyəti illərində baş verən hadisə bunun vacibliyini vurğulayır. Yehoşafat cəsarətlə həqiqi ibadətin müdafiəsinə qalxmışdı. O, «səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü», rəislərə, levililərə və kahinlərə Yəhudanın bütün şəhərlərində xalqa Yehovanın Qanununu öyrətməyi tapşırdı. Bununla belə, «səcdəgahlar aradan qaldırılmadı» (2 Saln. 17:6-9; 20:33). Səcdəgahlarda yalan allahlara və düzgün olmayan tərzdə Yehovaya ibadət etmək o dərəcədə dərin kök salmışdı ki, onlara son qoymaq mümkün olmadı.

Yehoşafatın təşkil etdiyi təlim proqramının təsiri nə üçün uzun çəkmədi? Həmin məlumatda deyilir: «Xalq hələ ürəyini atalarının Allahına hazırlamamışdı» (KM). Onlar eşidirdilər, amma eşitdiklərinə uyğun hərəkət etmirdilər. Bəlkə də, fikirləşirdilər ki, Yehovaya qurban gətirmək üçün Yerusəlimdəki məbədə getmək çətindir. Hər necə olsa da, onların ürəyində iman yox idi.

Şeytan dünyasına qayıtmamaq üçün ürəyimizi Yehovanın bu gün verdiyi təlimi almağa hazırlamalıyıq. Bu necə mümkündür? Vacib üsullardan biri dua etməkdir. Ruhani təlimi minnətdarlıqla qəbul etmək üçün dua etməliyik (Məz. 27:4; 95:2). Bu, bizə kömək edəcək ki, qeyri-kamil olsalar da, Yehovanın Öz xalqına təlim verməsi üçün özlərini təqdim edən qardaşların əməyini qiymətləndirək. Bu, bizi təkcə yeni öyrəndiyimiz yox, həmçinin çoxdan öyrəndiyimiz şeyləri daha çox qiymətləndirmək imkanına görə Yehovaya minnətdar olmağa təşviq edəcək. Allahın iradəsini tam surətdə yerinə yetirməyi arzulayaraq dua edirik: «Ya Rəbb, mənə yolunu göstər... Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» (Məz. 86:11).

Diqqətini cəmlə

Diqqətlə dinləməyimizə çox şey mane olur. Narahatlıqlar düşüncələrimizə hakim kəsilə bilər. Zalda və ya bayırda olan səs-küy və hər hansı bir hərəkət diqqətimizi yayındıra bilər. Yaxud da nasazlıq ucbatından diqqətimizi cəmləşdirmək çətin olar. Əliuşaqlı valideynlər də görürlər ki, tez-tez diqqətləri yayınır. Proqrama diqqətlə qulaq asmağa nə kömək edə bilər?

Diqqətin hara cəmlənməsində gözlər mühüm rol oynayır. Ona görə də, diqqətinin natiqdə olması üçün ona bax. O, Müqəddəs Kitabdan ayə oxuyanda, hətta tanış ayə olsa belə, öz kitabında onun oxuduqlarını izlə. Çalış ki, hər səs gələn, hərəkət olan tərəfə çönüb baxmayasan. Əgər fikrini yayındıran şeylərə baxsan, səhnədən təqdim olunan məlumatın çoxunu tuta bilməyəcəksən.

Əgər hər hansı ‘narahatlıq’ diqqətini proqrama cəmləməyə mane olursa, Yehovaya dua et ki, diqqətlə qulaq asmağın üçün ürəyini və düşüncələrini sakitləşdirsin (Məz. 94:19; Filip. 4:6, 7). Lazım gələrsə, təkrar-təkrar dua et (Mat. 7:7, 8). Yığıncaq görüşlərini Yehova təsis edib. Buna görə də əmin ola bilərsən ki, O, sənin görüşlərdən faydalanmağını istəyir (1 Yəh. 5:14, 15).

Məruzə söylənəndə

Yəqin eşitdiyin məruzələrdən maraqlı fikirləri yadına sala bilərsən. Ancaq məruzəyə qulaq asmaq sadəcə maraqlı fikirləri qeyd etməkdən daha böyük məna kəsb edir. Məruzə səyahətə bənzəyir. Yol boyu gözəl yerlər görsək də, əsas məsələ getdiyimiz yerə, məqsədə çatmaqdır. Buna bənzər tərzdə, natiq də dinləyiciləri müəyyən qənaətə gəlməyə, yaxud onları hansısa hərəkətə təşviq etməyə çalışır.

Gəl Yeşuanın Yeşua 24:1-15 ayələrində yazılmış, İsrail xalqına söylədiyi nitqinə diqqət yetirək. Onun məqsədi xalqı ətraf xalqların bütpərəstliyindən tamamilə uzaq duraraq, qətiyyətlə həqiqi ibadətin tərəfini saxlamağa təşviq etmək idi. Bu nə üçün belə vacib idi? Yalan ibadətin geniş yayılması xalqın Yehova ilə münasibətləri üçün ciddi təhlükə yaradırdı. Xalq Yeşuanın çağırışına belə hay verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!.. Biz də Rəbbə qulluq edəcəyik». Onlar dedikləri kimi də etdilər! (Yeşua 24:16, 18, 31).

Məruzəyə qulaq asanda onun məqsədini başa düşməyə çalış. Natiqin gətirdiyi fikirlərin həmin məqsədə çatmağa necə kömək etdiyinə fikir ver. Eşitdiklərinin səni nəyə təşviq etdiyini özündən soruş.

Müzakirə vaxtı

«Gözətçi Qülləsi»nin araşdırılması, Xidməti görüşün bəzi bəndləri və Yığıncağın Müqəddəs Kitab öyrənməsi Müqəddəs Kitab nəşrlərinə əsaslanan sual-cavab şəklində keçirilir.

Müzakirə zamanı qulaq asmaq, müəyyən mənada, söhbətdə iştirak etməyə bənzəyir. Tam fayda əldə etmək üçün diqqətlə qulaq as. Müzakirənin gedişatını izlə. Aparıcının mövzunu və əsas fikirləri necə vurğuladığına diqqət yetir. Ürəyində onun suallarına cavab verməyə çalış. Başqalarının materialı necə izah və tətbiq etdiyinə qulaq as. Hansısa məlumata başqalarının nöqteyi-nəzərindən baxanda tanış mövzu sənin üçün başqa yöndən açıla bilər. Öz imanını ifadə etməklə fikir mübadiləsində iştirak et (Rom. 1:12).

Keçiriləcək materialı qabaqcadan öyrənmək müzakirəyə qatılmağına və başqalarının şərhlərini izləməyinə kömək edəcək. Əgər materialı dərindən araşdırmağa şəraitin yol vermirsə, görüşdən qabaq onu gözdən keçirmək üçün heç olmasa, bir neçə dəqiqə vaxt ayır. Bunun sayəsində müzakirədən daha çox fayda əldə edəcəksən.

Konqreslərdə

Yığıncaq görüşlərinə nisbətən konqreslərdə daha çox şey diqqəti yayındırır. Buna görə də konqreslərdə dinləmək daha çətindir. Bizə nə kömək edə bilər?

Gecə kifayət qədər yatmaq vacib amildir. Hər gün proqram başlamazdan əvvəl mövzunu beyninə həkk et. Hər nitqin adını nəzərdən keçir və söhbətin nə haqda gedəcəyini təxmin etməyə çalış. Müqəddəs Kitabdan istifadə et. Çoxları diqqət yetirmişlər ki, əsas fikirləri qısaca qeyd edəndə diqqəti proqrama cəmləmək asan olur. Həyatında və xidmətində tətbiq etmək istədiyin fikirləri qeyd et. Eşitdiyin fikirlərdən bəzilərini hər gün konqresə gedib-gələndə kiminləsə müzakirə et. Bunun sayəsində aldığın məlumatı yadda saxlaya biləcəksən.

Uşaqlara dinləməyi öyrədin

Məsihçi valideynlər uşaqlarını, hətta lap körpələri də, yığıncaq görüşlərinə, konqreslərə gətirərək onlara «xilas gətirən hikməti» almağa kömək edə bilərlər (2 Tim. 3:15). Uşaqların xasiyyəti və diqqətlərinin davamlılığı bir-birindən fərqləndiyi üçün onlara diqqətlə qulaq asmağı öyrətmək lazımdır. Növbəti məsləhətlər sizin üçün faydalı ola bilər.

Evdə olanda uşaqların sakit oturub, nəşrlərimizi oxumaları, yaxud oradakı şəkillərə baxmaları üçün müəyyən vaxt təyin edin. Görüşlərdə uşaqların başını qarışdırmaq üçün onlara oyuncaq verməyin. Qədim İsraildə olduğu kimi, bu gün də balaca uşaqlar yığıncaqlara ‘eşidib öyrənmək’ üçün gəlirlər (Qanun. t. 31:12). Mümkün olan yerlərdə bəzi valideynlər keçilən ədəbiyyatın nüsxəsini lap balaca uşaqlara da verirlər. Uşaqlar bir az böyüyəndə proqramın müzakirə şəklində keçirilən hissələrində iştirak etmələri üçün onlara hazırlaşmağa kömək edin.

Müqəddəs Yazılar Yehovaya qulaq asmaqla Ona itaət etmək arasında sıx bağlılıq olduğunu göstərir. Bunu Musanın İsrail xalqına dediyi sözlərdən aydın görmək olar: ‘Sənin önünə həyatla ölümü, bərəkətlə lənəti qoydum. Bunun üçün həyatı seç, Allahın Rəbbi sev, onun sözünü dinlə və ona bağlan’ (Qanun. t. 30:19, 20, KM). Bu gün Yehovanın lütfünü qazanmaq və əbədi həyatı əldə etmək üçün Onun verdiyi təlimi dinləmək və itaətkarlıqla həyatımızda tətbiq etmək son dərəcə mühümdür. Belə olduğu halda İsanın nəsihətinə diqqət yetirmək necə də vacibdir: «Necə dinlədiyinizə diqqət verin!» (Luka 8:18).

DİQQƏTLƏ QULAQ ASMAQ ÜÇÜN

  • Dua et ki, fikrini proqrama cəmləyəsən

  • Natiqə bax

  • Ayələrə istinad edildikdə, Müqəddəs Kitabında onları tap və izlə

  • Məruzənin məqsədini anlamağa çalış

  • Verilən suallara ürəyində cavab ver; şərhlərə diqqətlə qulaq as

  • Qısa qeydlər apar

  • Tətbiq etmək istədiyin fikirləri ayrıca qeyd et

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş