Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be s. 27—s. 32 abz. 4
  • Öyrənməyin gətirdiyi mükafatlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Öyrənməyin gətirdiyi mükafatlar
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Başlıqlar
  • Oxşar material
  • Düzgün münasibət
  • Necə öyrənməli?
  • Nəyi öyrənmək lazımdır?
  • «Evini tik»
  • Öyrənməyin gətirdiyi mükafatlar
  • Mütaliənizi təkmilləşdirin!
    Gözətçi qülləsi 2019
  • Padşahların nümunəsinə riayət edin
    Gözətçi qülləsi 2002
  • Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. II hissə.
    Müqəddəs ibadətimiz 2004
  • Ailə başçıları, yaxşı ruhani qrafikə riayət edin
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be s. 27—s. 32 abz. 4

Öyrənməyin gətirdiyi mükafatlar

HEÇ adamların meyvəni necə seçdiyinə fikir vermisən? Çoxları onun yetişib-yetişmədiyini bilmək üçün rənginə və böyüklüyünə baxır. Kimisi meyvəni iyləyir, kimisi əli ilə yoxlayır, hətta sıxır. Başqaları isə hansının daha şirəli olduğunu müəyyən etmək üçün hər əlində birini tutub ağırlığını yoxlayır. Bu adamlar nə fikirləşirlər? Onlar hər şeyi təhlil edir, fərqləri müəyyən edir, əvvəlki seçimlərini yadlarına salır və indi gördükləri ilə artıq bildiklərini müqayisə edirlər. Diqqətlə seçdikləri üçün onlar dadlı meyvə yeyəcəklər.

Əlbəttə, Allahın Kəlamını öyrənməyin mükafatı bundan qat-qat böyük olur. Belə öyrənmə həyatımızda vacib yer tutanda imanımız möhkəmlənir, məhəbbətimiz artır, xidmətimiz daha səmərəli olur və çıxardığımız qərarlarda uzaqgörənlik və ilahi müdriklik özünü daha aydın büruzə verir. Süleymanın məsəlləri 3:15 ayəsində bu cür mükafatlar haqda deyilir: «Xoşladığın bütün şeylər ona tay deyil». Sən də belə mükafatları alırsanmı? Necə öyrənməyinin bu işdə rolu böyükdür (Kolos. 1:9, 10).

Şəkil: səhifə 30

Düşünməyə vaxt ayır

Öyrənmək nədir? Bu, sadəcə üzdən oxumaq deyil. Öyrənmək o deməkdir ki, adam zehni qabiliyyətini işə salaraq mövzunu hərtərəfli və diqqətlə nəzərdən keçirir. Bura oxuduğunu təhlil etmək, onu artıq bildiyin şeylərlə müqayisə etmək və irəli sürülən fikirlərə dair verilən sübutlara diqqət yetirmək daxildir. Öyrənərkən sənin üçün yeni olan fikirlər üzərində dərindən düşün. Həmçinin Müqəddəs Yazılara əsaslanan məsləhəti öz həyatında daha çox necə tətbiq edə biləcəyin barədə fikirləş. Yehovanın Şahidi olduğundan, materialdan başqalarına kömək etmək üçün necə istifadə edə biləcəyini də götür-qoy etmək lazımdır. Beləliklə, öyrənmək özünə düşünməyi daxil edir.

Düzgün münasibət

Şəkil: səhifə 30

Şəxsi öyrənmədən tam fayda əldə etmək üçün ürəyini hazırla

Adətən öyrənməyə başlayarkən yanına Müqəddəs Kitabı, lazım olan nəşrləri, karandaş, yaxud qələm və ola bilsin, dəftər qoyursan. Bəs ürəyini də hazırlayırsanmı? Müqəddəs Kitabda deyilir ki, «Rəbbin şəriətini arayıb yerinə yetirmək üçün və İsraildə qanunu və hökmləri öyrətmək üçün Ezra öz ürəyini hazırlamışdı» (Ezra 7:10, KM). Ürəyi necə hazırlamaq olar?

Dua kömək edir ki, Allahın Kəlamını öyrənməyə düzgün yanaşaq. Biz ürəyimizin, daxili varlığımızın Yehovanın verdiyi nəsihətlərə qarşı həssas olmasını istəyirik. Hər dəfə öyrənməyə başlamazdan əvvəl Yehovaya dua edib, müqəddəs ruhu ilə kömək etməsini xahiş et (Luka 11:13). Öyrənəcəyin materialın mənasını, onun Allahın niyyəti ilə necə bağlı olduğunu, yaxşı ilə pisi ayırd etməyə sənə necə kömək edəcəyini və Yehova ilə münasibətinə necə təsir etdiyini başa düşmək üçün Ondan kömək istə (Sül. məs. 9:10). Öyrənəndə Allahdan müdriklik ‘dilə’ (Yaq. 1:5). Yanlış fikirlərdən və zərərli arzulardan yaxa qurtarmaq üçün Yehovadan kömək istəyərkən özünü oxuduqların əsasında vicdanla yoxla. Yehovaya açdığı həqiqətlərə görə həmişə ‘şükür nəğməsi söylə’ (Məz. 147:7). Öyrənməyə dua edərək başlamaq Yehova ilə sıx münasibətlərə gətirib çıxarır, çünki bunun sayəsində Kəlamı vasitəsilə bizimlə danışan Allaha hay verə bilirik (Məz. 145:18).

Oxuduqlarını can-dildən qəbul etmələri Yehovanın xalqını başqa insanlardan fərqləndirir. Allah yoluna bağlı olmayan insanlar arasında yazılanları şübhə altına almaq və rədd etmək dəbdədir. Ancaq bu xüsusiyyət bizə yaddır. Biz Yehovaya etibar edirik (Sül. məs. 3:5-7). Nəyi isə başa düşməyəndə təkəbbürlə onun səhv olduğu qənaətinə gəlmirik. Cavab üçün axtarış aparıb, tədqiq etməklə yanaşı, biz Yehovanı gözləyirik (Mik. 7:7). Ezra kimi bizim də məqsədimiz öyrəndiklərimizə uyğun hərəkət etmək və onları başqalarına öyrətməkdir. Öyrənmək üçün ürəyi bu cür hazırlamağın mükafatı bol olacaq.

Necə öyrənməli?

Sadəcə birinci abzasdan başlayıb axıra qədər oxumaq əvəzinə, əvvəlcə bütün məqaləni, yaxud fəsli nəzərdən keçir. İlk öncə başlığı təhlil et. Öyrənəcəyin materialın mövzusu başlıqda əks olunur. Sonra yarımbaşlıqların mövzu ilə necə bağlı olduğuna diqqət yetir. Mətnə aid şəkillərə, cədvəllərə, çərçivələrə bax. Materialla tanış olduqdan sonra özündən soruş: «Bu materialdan, çox ehtimal ki, nə öyrənəcəyəm? Bunun mənə hansı faydası olacaq?» Belə hazırlaşmaq öyrənməyinə istiqamət verəcək.

Şəkil: səhifə 30

Araşdırma aparmaq üçün ana dilində olan bütün nəşrlərdən istifadə et

İndi əsas məsələyə keçmək olar. «Gözətçi Qülləsi»nin öyrənmə məqalələrində və bəzi kitablarda suallar çap olunur. Hər abzası oxuduqca cavabları işarələmək sənin üçün faydalı olar. Hətta suallar olmayanda da yadda saxlamaq istədiyin vacib fikirləri qeyd edə bilərsən. Əgər hansısa fikir sənin üçün yenidirsə, onu yaxşı başa düşmək üçün bir az artıq vaxt ayır. Xidmətdə faydalı olacaq, yaxud tapşırığını hazırlayarkən istifadə edə biləcəyin nümunələrə və ya dəlillərə diqqət yetir. Öyrəndiklərini bölüşməyinin sayəsində imanı möhkəmlənə biləcək adamlar haqqında düşün. İstifadə etmək istədiyin məqamları işarələ və öyrənib qurtarandan sonra onları təkrar et.

Materialı araşdırarkən gətirilən ayələrə bax. Hər bir ayənin abzasın ümumi fikri ilə necə bağlı olduğunu təhlil et.

Hərdən çətin başa düşdüyün, yaxud ətraflı araşdırmaq istədiyin fikirlərə rast gələ bilərsən. Mövzudan yayınmamaq üçün, onları qeyd et ki, sonra araşdırasan. Çox vaxt materialın ardını oxuduqca fikirlər aydınlaşır. Əgər aydınlaşmasa, əlavə araşdırma apara bilərsən. Hansı fikirlər bu cür araşdırma tələb edir? Ola bilər, aydın başa düşmədiyin ayə sitat gətirilir. Yaxud onun müzakirə olunan mövzuya necə aid olduğunu dərhal görə bilmirsən. Bəlkə də, hiss edirsən ki, məqalədəki müəyyən fikri başa düşürsən, ancaq başqasına kifayət qədər yaxşı izah edə bilməzsən. Bunların üstündən ötüb keçməkdənsə, öyrəndiyin materialı qurtardıqdan sonra, yaxşı olar ki, bu haqda axtarış aparasan.

Şəkil: səhifə 30

Bütün ayələrə bax

Həvari Pavel ibrani məsihçilərə ətraflı məktub yazanda yarıda fasilə edib dedi: «Deyilənlərin əsası isə budur» (İbr. 8:1). Sən də vaxtaşırı özünə xatırlatma edirsənmi? Gəl görək həvari Pavel nəyə görə belə edirdi. İlhamlanmış məktubunun əvvəlki fəsillərində o, artıq göstərmişdi ki, Allahın böyük Baş kahini olan Məsih göyün özünə girdi (İbr. 4:14–5:10; 6:20). Lakin səkkizinci fəslin əvvəlində həmin əsas fikri ayrıca vurğulamaqla, Pavel oxucularını bunun onların həyatı ilə necə bağlı olması barədə dərindən düşünməyə hazırladı. O qeyd etdi ki, Məsih onların uğrunda Allahın hüzuruna qalxdı və onların həmin səmavi «Müqəddəs Yerə» daxil olmaları üçün yol açdı (İbr. 9:24; 10:19-22). Ümidlərinin əsaslı olmasına əminlik onları təşviq edəcəkdi ki, məktubun sonrakı hissəsində imana, təhəmmülə və məsihçi davranışına dair verilən məsləhətlərə əməl etsinlər. Eynilə, biz də öyrənən zaman diqqəti əsas fikirlərə yönəldəndə mövzunun necə aydınlaşdığını anlayacaq və ona uyğun davranmaq üçün tutarlı səbəbləri beynimizə həkk edəcəyik.

Keçirdiyin şəxsi öyrənmə səni hərəkətə təşviq edəcəkmi? Bu çox vacib məsələdir. Nə isə öyrənəndə özündən soruş: «Bu mənim əhval-ruhiyyəmə və həyatdakı məqsədlərimə necə təsir etməlidir? Problemləri həll edəndə, qərar qəbul edəndə, yaxud məqsədə can atanda bu məlumatı necə tətbiq edə bilərəm? Ailəmdə, xidmətdə, yığıncaqda bundan necə istifadə edə bilərəm?» Öyrəndiklərini tətbiq edə biləcəyin real vəziyyətləri təsəvvür et və dua edərək bu sualların üzərində düşün.

Öyrənib qurtardıqdan sonra, fəsli, yaxud məqaləni qısaca nəzərdən keçirmək üçün vaxt ayır. Gör əsas məqamları və onları təsdiq edən dəlilləri yadına sala bilirsənmi. Belə etsən, gələcəkdə istifadə etmək üçün məlumatı yadda saxlaya biləcəksən.

Nəyi öyrənmək lazımdır?

Yehovanın xalqının öyrənmək üçün çoxlu nəşrləri var. Bəs nədən başlayaq? Yaxşı olardı ki, hər gün «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasından gündəlik ayəni və ona verilən şərhi oxuyaq. Hər həftə getdiyimiz yığıncaq görüşlərinə qabaqcadan hazırlaşsaq, onlardan daha çox bəhrələnəcəyik. Bundan başqa, bəziləri vaxtdan müdrik istifadə edib, həqiqətə gəlmələrindən əvvəl çıxan nəşrlərimizi öyrənirlər. Başqaları Müqəddəs Kitabın həftəlik oxunmasından bir hissəni seçib həmin ayələri dərindən araşdırırlar.

Bəs əgər şəraitin həftəlik yığıncaq görüşlərində keçirilən bütün mövzuları yaxşı öyrənməyə yol vermirsə, nə etməli? Materialı sadəcə ad olsun deyə, başdan-ayağa tələm-tələsik oxumaqdan, ya da hamısına hazırlaşa bilmirsən deyə, heç bir hissəsini öyrənməməkdən özünü gözlə. Əksinə, nə qədər öyrənə biləcəyini müəyyənləşdir və onu yaxşı öyrən. Bunu hər həftə et. Tədricən başqa görüşlərə də hazırlaşmağa çalış.

«Evini tik»

Yehova bilir ki, ailə başçıları doğmalarını dolandırmaq üçün çalışmalıdırlar. Süleymanın məsəlləri 24:27 ayəsində deyilir: «Əvvəlcə çöldəki işini qurtar, zəmi sal». Ancaq ailənin ruhani tələbatlarına barmaqarası baxmaq olmaz. Buna görə də, ayədə ardınca deyilir: «Sonra evini tik». Ailə başçıları bunu necə edə bilərlər? Süleymanın məsəlləri 24:3 ayəsində cavab verilir: «Hikmətlə ev tikilər, dərrakə ilə möhkəmlənər».

Dərrakə ailənə necə fayda gətirə bilər? Dərrakə elə əqli qabiliyyətdir ki, onun sayəsində adi gözlə görünəndən daha çox şey görmək olur. Tam əminliklə demək olar ki, yaxşı ailəvi öyrənmə ailənin özünü öyrənməkdən başlayır. Ailə üzvlərin ruhani cəhətdən necə inkişaf edirlər? Onlarla söhbət edərkən diqqətlə qulaq as. Şikayətlənməyə, yaxud narazılıq etməyə meyllidirlərmi? Maddi şeylər onlar üçün böyük əhəmiyyət kəsb edirmi? Uşaqların səninlə xidmətdə olanda həmyaşıdları qarşısında özlərini Yehovanın Şahidi kimi təqdim etməyə çəkinmirlər ki? Müqəddəs Kitabı ailəvi oxumaq və öyrənmək xoşlarına gəlirmi? Yehovanın yolunu həqiqətənmi özlərinə həyat yolu seçiblər? Diqqətlə müşahidə etsən, ailə üzvlərindən hər birində ruhani keyfiyyətləri tərbiyə etmək və möhkəmləndirmək üçün bir ailə başçısı kimi nə etməli olduğunu görəcəksən.

«Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarından lazım olan mövzu ilə bağlı məqalələr seç. Sonra ailə üzvlərinə nə öyrənəcəyinizi qabaqcadan xəbər ver ki, onlar da materialı nəzərdən keçirsinlər. Öyrənmə zamanı çalış mehriban ab-hava yaradasan. Heç kimi tənqid və ya pərt etmədən, öyrəndiyiniz materialı ailənizin konkret tələbatlarına tətbiq edərək onun dəyərini vurğula. Hər kəsi müzakirəyə cəlb et. Ailənin hər bir üzvünə Yehovanın Kəlamının həyat üçün lazım olan hər şeyi təqdim edən mükəmməl mənbə olduğunu başa sal (Məz. 19:7).

Öyrənməyin gətirdiyi mükafatlar

Ruhani anlayışı olmayan müşahidəçi insanlar kainatı, dünyada baş verən hadisələri və hətta özlərini öyrənə bilərlər, ancaq buna baxmayaraq, onlar gördüklərinin əsil mənasını dərk edə bilmirlər. Allahın Kəlamını müntəzəm öyrənən insanlar isə Allahın ruhunun köməyi ilə bu şeylərdə Allahın əl işini, Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsini və itaətkar insanların xeyir-dua alması üçün Allahın niyyətinin addımbaaddım necə yerinə yetdiyini görürlər (Mark 13:4-29; Rom. 1:20; Vəhy 12:12).

Bu, nə qədər möhtəşəm olsa da, bizə qürurlanmağa əsas vermir. Əksinə, Allahın Kəlamını hər gün araşdırmaq bizə təvazökar qalmağa kömək edir (Qanun. t. 17:18-20). Bu həm də bizi ‘günahın hiyləsindən’ müdafiə edir, çünki Allahın Kəlamı ürəyimizdə canlı olanda az ehtimal var ki, günahın cazibəsi ona qarşı durmaq qətiyyətimizə üstün gəlsin (İbr. 2:1; 3:13; Kolos. 3:5-10). Beləliklə, biz ‘Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salacaq, hər cür xeyirli işdə səmərə verəcəyik’ (Kolos. 1:10). Allahın Kəlamını öyrənməkdə məqsədimiz budur, bu məqsədə çatmaq isə ən böyük mükafatı gətirir.

ƏN BÖYÜK MÜKAFATA SAHİB OLMAQ ÜÇÜN

  • Ürəyini hazırla

  • Öyrənəcəyin materialı nəzərdən keçir

  • Əsas fikirləri işarələ

  • Ayələrin irəli sürülən fikirləri necə sübut etdiyi üzərində düşün

  • Əsas məqamları təkrar et

  • Öyrəndiklərinin şəxsi həyatına necə təsir etməli olduğu üzərində düşün

  • Materialdan istifadə edərək başqalarına kömək etməyə fürsət axtar

MATERİALI NECƏ NƏZƏRDƏN KEÇİRMƏLİ?

  • Başlığı təhlil et

  • Hər yarımbaşlığın başlıqla necə əlaqəli olduğuna diqqət yetir

  • Şəkilləri, cədvəlləri, çərçivələri araşdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş