Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 25 s. 166—s. 169 abz. 5
  • Plandan istifadə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Plandan istifadə
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Nitq planının hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Sərbəst çıxış
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Açıq məruzələrin hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Yığıncaq üçün çıxışların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 25 s. 166—s. 169 abz. 5

DƏRS 25

Plandan istifadə

Nə etməlisən?

Çıxışı sözbəsöz yazmaqdansa, plana əsasən danış. Planı fikrində hazırlamaq, yaxud yazmaq olar.

Nə üçün vacibdir?

Plan hazırlayarkən deyəcəyin fikirləri bir-birinin ardınca düzüb-qoşursan. Plana əsasən çıxış edəndə adi danışıq üslubunda və ürəkdən danışmaq asan olur.

ÇOXLARI plana əsasən danışmağı fikirləşəndə artıq həyəcanlanırlar. Onlar deyəcəkləri hər şeyi yazanda, yaxud əzbərləyəndə özlərini daha arxayın hiss edirlər.

Biz gündəlik həyatda — ailəmizlə və dostlarımızla söhbət edərkən, təbliğdə olarkən, təklikdə, yaxud auditoriya qarşısında səmimi-qəlbdən dua edərkən hazır mətn üzrə danışmırıq.

Çıxışı hazır mətn üzrə, yaxud plana əsasən danışmağın fərqi varmı? Düzdür, hazır mətn olanda sözü düz seçmək və əsas fikri buraxmamaq üçün narahat olmayacaqsan, amma insanların ürəyinə yol tapmaq çətin olacaq. Bir neçə cümləni oxuduqdan sonra adi danışıq tərzindəkindən fərqli olan müəyyən temp və intonasiya formalaşır. Dinləyicilər onlar haqqında düşünüb, materialı vəziyyətlərinə uyğunlaşdırdığını hiss etdikdə sənə diqqətlə qulaq asacaqlar, ancaq fikrin dinləyicilərdən çox qeydlərinin yanında qalsa, elə də diqqətlə qulaq asmayacaqlar. Çıxışın dinləyiciləri hərəkətə təşviq etməsi üçün yaxşı olar ki, sözbəsöz yazılmış mətn üzrə yox, sərbəst çıxış edəsən.

Teokratik Xidmət Məktəbi bizə gündəlik həyatda kömək etmək üçün təsis edilib. Dostlarla görüşəndə biz heç vaxt sözləri düz seçmək üçün vərəqə baxıb danışmırıq. Təbliğdə insanlarla bölüşmək istədiyimiz fikirləri unudacağımızdan qorxaraq, deyəcəyimiz sözləri bircə-bircə yazıb özümüzlə götürmürük. Buna görə də məktəbdə belə vəziyyətlərdə necə şahidlik etməyi nümayiş etdirəndə mümkün qədər təbii danışmağa çalış. Yaxşı hazırlaşanda görəcəksən ki, istər fikrində, istərsə də yazılı şəkildə hazırladığın plan çatdırmaq istədiyin əsas fikirləri yada salmaq üçün adətən kifayət edir. Plana əsasən çıxış etməkdən qorxmamağa nə kömək edə bilər?

Nə deyəcəyini ölçüb-biç. Plana əsasən danışmaq üçün nə deyəcəyini ölçüb-biçmək lazımdır. Bu o demək deyil ki, sözləri bir-bir seçməlisən. Xeyr, sadəcə, danışmazdan əvvəl fikirləş.

Adətən düşünmədən danışan adamların ağzından elə söz çıxır ki, sonradan onun peşmançılığını çəkirlər. Başqaları isə danışarkən bir fikri qoyub, o birinə keçirlər. Danışmağa başlamazdan əvvəl fikrində sadə plan hazırlamaqla bu vərdişlərdən yaxa qurtarmaq olar. Bunun üçün ilk növbədə fikrində məqsəd tutmaq, ona çatmaq üçün hansı addımların lazım gəldiyini müəyyən etmək və sonra danışmaq lazımdır.

Təbliğə hazırlaşarkən, təkcə çantanı yığmaq yox, həm də nə deyəcəyini ölçüb-biçmək gərəkdir. Əgər «Bizim Padşahlıq Xidmətimiz»də olan təqdimələrin birindən istifadə etmək istəyirsənsə, əsas fikirlər yaddaşına həkk olsun deyə, onu bir neçə dəfə oxu. Məğzini yığcam şəkildə bir-iki cümlə ilə söylə. Təqdiməni özünəməxsus tərzdə və ərazinizdəki vəziyyətə uyğun olaraq öz sözlərinlə ifadə et. Fikrində plan tutmağın faydalı olduğunu görəcəksən. Plana nə daxil ola bilər? 1) Sözə başlamaq üçün ərazinizdəki insanları narahat edən hansısa problemi qeyd et. Sonra həmsöhbətini öz fikrini bildirməyə dəvət et. 2) Mövzu ilə bağlı bölüşə biləcəyin hansısa fikri, eləcə də qeyd etdiyin problemi Allahın necə həll edəcəyini göstərən bir-iki ayəni fikrində tut. İmkan olsa, Yehovanın bunu Öz Padşahlığının, səmavi hökumətinin vasitəsilə edəcəyini izah et. 3) İnsanı müzakirə etdiyinizə uyğun addımlar atmağa təşviq et. Ədəbiyyat və/və ya Müqəddəs Kitab öyrənməsi təklif et, həmçinin söhbətinizi harada və nə vaxt davam etdirəcəyiniz haqda sözləş.

Təqdimə etmək üçün, çox ehtimal ki, planı fikrində hazırlamaq kifayət edəcək. Ancaq planı yazmaq istəyirsənsə, ora bir neçə giriş sözü, bir-iki ayə və qısaca olaraq yekunda nə deyəcəyini qeyd et. Belə plan hazırlasaq və ondan istifadə etsək, rabitəsiz danışmayacaq, fikirləri aydın, asanlıqla yadda qalan tərzdə çatdıracağıq.

Əgər ərazinizdə eyni sualla, yaxud etirazla tez-tez rastlaşırsansa, bu mövzuya dair araşdırma aparmağa dəyər. Əksər hallarda, iki və ya üç əsas fikir və onları təsdiq edən ayələr seçmək kifayət edir. «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular», yaxud «Müqəddəs Yazıların əsasında mülahizə» (rus.) kitabında qara şriftlə verilən yarımbaşlıqlarda məhz sənə lazım olan planı tapacaqsan. Ola bilsin, başqa mənbələrdən də münasib sitat tapacaqsan. Həmin sitatı da daxil etməklə qısa plan yaz və xidmətə götürdüyün şeylərin yanına qoy. Ev sahibi sual qaldıranda və ya etirazını bildirəndə ona etiqadının nəyə əsaslandığını izah etmək imkanına görə şad olduğunu söylə (1 Pet. 3:15). Hazırladığın plana əsaslanaraq cavab ver.

Ailəni, yığıncağı duada təqdim edərkən də yaxşı olar ki, nə deyəcəyini qabaqcadan ölçüb-biçəsən. Luka 11:2-4 ayələrinə əsasən, İsa şagirdlərinə dolğun dua üçün sadə plan verdi. Yerusəlimdəki məbədin həsrolunma mərasimində Süleyman ətraflı dua etdi. Görünür, o, nə haqda dua edəcəyini qabaqcadan fikirləşmişdi. Əvvəlcə Yehova və Onun Davuda verdiyi vəd, sonra məbəd, daha sonra isə konkret vəziyyətlər və müxtəlif qrup insanlar haqqında danışdı (1 Pad. 8:22-53). Bütün bunlar bizim üçün gözəl nümunədir.

Plan sadə olmalıdır. İndi isə məruzə planının hazırlanması haqda danışaq. O, nə dərəcədə ətraflı olmalıdır?

Unutma ki, plan fikirləri yada salmaq üçündür. Ola bilsin, başlanğıcda demək istədiyin ilk bir neçə cümləni bütünlüklə yazmağı lazım biləsən. Lakin sonra diqqətini sözlərə yox, fikirlərə cəmlə. Əgər fikirləri cümlə şəklində yazmaq istəyirsənsə, çalış ki, cümlələr qısa olsun. Müzakirə etmək istədiyin əsas bəndlər planda aydın seçilməlidir. Bunun üçün onları böyük hərflərlə yazmaq, xətləmək, yaxud müxtəlif rənglərlə işarələmək olar. Hər əsas bəndin altında onu açıqlayan fikirləri yaz. Hansı ayələri oxuyacağını qeyd et. Yaxşı olar ki, onları Müqəddəs Kitabdan oxuyasan. Plana əyani misalları daxil et. Dünyəvi mənbədən də münasib sitatlar gətirə bilərsən. Müəyyən faktları təqdim etmək üçün kifayət qədər geniş qeydlər apar. Plan səliqəli olarsa, ondan istifadə etmək də asan olacaq.

Bəzi natiqlər plana yalnız ən əsas fikirləri daxil edirlər. Belə plana bir neçə əsas söz, natiqin əzbərdən deməyə hazırlaşdığı ayələrin harada yazıldığı və fikirləri onun yadına salacaq işarələr və ya rəsmlər daxil olur. Bu cür sadə qeydlərin sayəsində natiq materialı məntiqi ardıcıllıqla və danışıq üslubunda təqdim edə bilir. Bu dərsin məqsədi də məhz budur.

Bu dərsin üzərində işləyərkən dərsliyin 39-dan 42-ci səhifəsinədək olan «Nitq planının hazırlanması» adlı dərsi oxumaq faydalı olar.

Plandan necə istifadə etməli? Sənin məqsədin sadəcə məruzənin planını tərtib etmək yox, ondan yaxşı istifadə etməkdir.

Plandan istifadə etməkdə ilk addım çıxışa hazırlaşmaqdır. Mövzuya bax, əsas bəndləri oxu və onların hər birinin mövzu ilə necə bağlı olduğunu özünə izah et. Hər əsas bəndə nə qədər vaxt ayıracağını qeyd et. İndi əvvələ qayıt və ilk bəndə dair araşdırma apar. Həmin bəndi açıqlamaq üçün istifadə edəcəyin dəlilləri, ayələri, əyani misalları və nümunələri nəzərdən keçir. Çıxışın həmin hissəsi haqda aydın təsəvvürün olana kimi materialı təkrarla. Digər əsas bəndlərin də üzərində belə işlə. Lazım gələrsə, vaxtında qurtarmaq üçün gör nəyi buraxa bilərsən. Sonra bütün çıxışı təkrar et. Diqqətini sözlərə yox, fikirlərə cəmlə. Nitqi əzbərləməyə çalışma.

Çıxış edərkən dinləyicilərlə gözlərlə təmas qurmalı və bu təması qorumalısan. Ayəni oxuduqdan sonra qeydlərə baxmadan, yalnız Müqəddəs Kitabdan istifadə edərək onları izah etmək lazımdır. Eyni tərzdə, misal çəkəndə onu qeydlərindən oxuma, dostuna danışırmış kimi söylə. Hər cümlə üçün qeydlərinə baxma. Ürəkdən danış. Belə etsən, dinləyicilərin ürəyinə yol tapacaqsan.

Plana əsasən çıxış etməyi öyrəndikdə yaxşı natiq olmağa doğru irəliyə bir addım atmış olacaqsan.

NECƏ NAİL OLMAQ OLAR?

  • Plana əsasən danışmağın faydalarını yaxşı mənimsə.

  • Gündəlik söhbətlərdə danışmazdan əvvəl nə deyəcəyini ölçüb-biç.

  • Plana əsasən əminliklə çıxış etmək üçün Yehovaya dua et və yığıncaq görüşlərində çəkinmədən şərh ver.

  • Nitq planını sadə və gözucu baxanda da asanlıqla oxunan şəkildə hazırla.

  • Çıxışa hazırlaşarkən sözləri əzbərləmə, fikirləri təkrarla.

ÇALIŞMA: Bu həftə təbliğə getməzdən əvvəl danışmaq istədiyin mövzunun planını fikrində hazırla. (167-ci səhifənin 3-cü abzasına bax.) Təbliğdə söhbətin neçə dəfə planlaşdırdığın kimi alındığına və ya heç olmasa əsas fikri neçə dəfə çatdıra bildiyinə diqqət yetir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş