Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 31 s. 190—s. 193 abz. 2
  • İnsanlara hörmət göstər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlara hörmət göstər
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Tanış vəziyyətlərdən nümunələr çək
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əyani vəsaitlərdən yaxşı istifadə et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Üzərimizdəki rəhbərlərə hörmət edək
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Başqalarını hörmətdə qabaqlayırsanmı?
    Gözətçi qülləsi 2008
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 31 s. 190—s. 193 abz. 2

DƏRS 31

İnsanlara hörmət göstər

Nə etməlisən?

İnsanlara qarşı diqqətli ol və onlara hörmət göstər.

Nə üçün vacibdir?

İnsanlara hörmət etmək məsihçilər üçün tələbdir. Hörmətcil münasibət insanların Müqəddəs Kitab həqiqətlərini qəbul etməsinə kömək edən ab-hava yaradır.

MÜQƏDDƏS KİTAB bizə ‘hamıya hörmət etməyi’ və ‘heç kimə iftira atmamağı’ tapşırır (1 Pet. 2:17; Tit. 3:2). Qarşılaşdığımız hər kəs ‘Allahın surətində yaradılmışdır’ (Yaq. 3:9). Məsih hər bir insanın uğrunda ölüb (Yəh. 3:16). Hamının xoş xəbəri eşitməyə və ona müvafiq davranaraq xilas olmağa haqqı var (2 Pet. 3:9). Səlahiyyətə və ya müəyyən keyfiyyətlərə sahib olan insanlara isə xüsusi hörmət göstərmək lazımdır.

Bəs nəyə görə bəziləri insanlara Müqəddəs Kitabın səslədiyi kimi hörmət göstərməyi lazım bilmirlər? Ola bilsin, onların xalqının mədəniyyətinə görə kimlərin hörmətə layiq olub-olmadığı kastaya, dərisinin rənginə, cinsinə, səhhətinə, yaşına, maddi vəziyyətinə və ya ictimai mövqeyinə əsasən müəyyən edilir. Rüşvətxorluğun geniş yayılması hakimiyyət sahibi olan insanları hörmətdən salıb. Bəzi ölkələrdə insanlar ən zəruri ehtiyaclarını ödəmək üçün bütün günü işlədiklərindən öz həyatlarından narazıdırlar. Üstəlik, onlar başqalarına hörmət etməyən insanlarla əhatə olunmuşlar. Məktəbdə uşaqlar bir-birini xoşlarına gəlməyən müəllimlərə və başqa səlahiyyətli şəxslərə qarşı çıxmağa təhrik edirlər. Çoxları valideynlərinə kələk gələn və evdə ağalıq edən uşaqları göstərən verilişlərin təsiri altına düşür. Belə dünyəvi baxışların başqalarına münasibətimizə təsir etməməsi üçün bizdən qüvvə tələb olunur. Ancaq insanların ləyaqətinə hörmətlə yanaşanda hamıya öz fikrini sərbəst söyləməyə imkan verən ab-hava yaranır.

Hörmətcil müraciət. Dindar insandan ədəbli geyimi və davranışı ilə başqalarına hörmət göstərməsi gözlənilir. Ədəb qaydaları ərazidən asılı olaraq, bir-birindən fərqlənir. Haradasa papağı çıxarmamış, yaxud əli cibində başqasına müraciət etmək hörmətsizlik sayılır. Başqa yerdə isə bunda pis bir şey görmürlər. Heç kimin hisslərinə toxunmamaq üçün yerli adətləri nəzərə al. Belə davransan, xoş xəbəri maneəsiz, effektiv surətdə çatdıra biləcəksən.

Eyni şey insanlara, xüsusilə də yaşca böyüklərə müraciət etmə tərzinə də aiddir. Adətən böyüyün icazəsi olmadan uşağın ona adı ilə müraciət etməsi ədəbsizlik hesab olunur. Bəzi ölkələrdə ədəb qaydaları tələb edir ki, hətta böyüklər də tanımadıqları adama sadəcə adı ilə müraciət etməsinlər. Həmçinin bir çox dillərdə özündən böyüklərə və ya səlahiyyətli şəxslərə hörmət göstərmək üçün ona «siz» deyə və ya başqa sözlərlə müraciət edilir.

Hörmətcil münasibət. Bəzi kəndlərdə və kiçik şəhərlərdə salamlamaqla, gülümsünməklə və ya başı tərpətməklə yolda rastına çıxan adamı və ya evə girərkən evdəkiləri saya saldığını göstərmək tələb olunur. Özünü görməməzliyə vurmaq hörmətsizlik sayılır.

Ancaq hərdən salamlaşdıqda belə, bəzilərinə elə gələ bilər ki, onlara məhəl qoymursan. Nə üçün? Çünki onlara bir insan kimi yanaşmadığını hiss edə bilərlər. Çoxları insanları zahiri əlamətlərinə görə təbəqələrə bölür. Əlillərdən və xəstələrdən çox vaxt yan keçirlər. Allahın Kəlamı isə belə insanlara məhəbbət və hörmətlə yanaşmağı öyrədir (Mat. 8:2, 3). Adəmdən miras aldığımız günah hərəmizə bir cür təsir edib. Əgər başqaları səni həmişə hansısa nöqsanınla xatırlasaydı, bunu özünə qarşı hörmət əlaməti kimi qəbul edərdinmi? Bunun əvəzinə, insanların səni yaxşı cəhətlərinlə xatırlamalarını istəməzdinmi?

Hörmətə, həmçinin başçılığı qəbul etmək də daxildir. Bəzi ölkələrdə ailənin başqa üzvlərinə şahidlik etməzdən əvvəl ailə başçısı ilə söhbət etmək lazımdır. Təbliğ etmək və öyrətmək tapşırığını Yehovadan alsaq da, bilirik ki, uşaqları tərbiyə etmək, onlara nəsihət vermək səlahiyyətini Allah valideynlərə verib (Efes. 6:1-4). Buna görə də, təbliğ edərkən uşaqlarla ciddi söhbət etməzdən əvvəl onların valideynləri ilə danışmaq münasib olardı.

Yaş artdıqca artan həyat təcrübəsinə də hörmətlə yanaşmalıyıq (Əyy. 32:6, 7). Şri-Lankada yaşayan bir gənc pioner bacı yaşlı kişiyə təbliğ edərkən böyüklərə hörmətlə yanaşmağın faydasını görmüşdü. Əvvəlcə həmin kişi bacını pis qarşılayaraq demişdi: «Sənin kimi gənc bir qız indi durub mənə Müqəddəs Kitabı öyrədəcək?» O isə cavab vermişdi: «Əslində, mən sizi öyrətməyə deyil, öyrəndiyim şeyləri sizə danışmağa gəlmişəm. Onları öyrənəndə elə sevindim ki, başqalarının da eşitməsini istədim». Pionerin hörmətcil cavabı onda maraq oyatmışdı. «Elə isə de görüm nə öyrənmisən?» — deyə o soruşmuşdu. Bacı cavab vermişdi: «Əbədi yaşamağın necə mümkün olduğunu öyrənmişəm». Həmin kişi Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlamışdı. Bütün yaşlı insanlar başqalarından hörmət gözlədiklərini dilləri ilə deməsələr də, belə rəftarı qiymətləndirəcəklər.

Amma hörmət göstərərkən ehtiyatlı olmalıyıq ki, həddi aşmayaq. Yehovanın Şahidləri Sakit okean adalarında və başqa yerlərdə kənd və ya tayfa başçısı ilə söhbətə hörmətcil tərzdə ənənəvi müraciət sözləri deyərək başlayırlar. Bunun sayəsində onlar üçün həm başçının özü ilə, həm də onun tabeçiliyində olan insanlarla söhbət etmək imkanı yaranır. Lakin yaltaqlanmaq düzgün deyil, buna heç ehtiyac da yoxdur (Sül. məs. 29:5). Həmçinin dildə xüsusi hörmət bildirən sözlər və ifadələr ola bilər. Lakin məsihçilərdən başqalarına hörmət etdiklərini göstərmək üçün bu sözləri tez-tez işlətmək tələb olunmur.

Hörmətcil nitq. Müqəddəs Kitab bizi ümidimizi «mülayimliklə və ehtiramla» izah etməyə səsləyir (1 Pet. 3:15). Buna görə də qarşımızdakının nöqteyi-nəzərinin səhv olduğunu asanlıqla sübut etməyi bacarsaq da, bunu insanın özünü alçaldılmış hiss edəcəyi tərzdə etmək müdriklik olardımı? Səbirlə onu dinləyib, nə üçün belə düşündüyünü soruşmaq və sonra doğru fikri Müqəddəs Yazılar əsasında izah edərkən onun hisslərini nəzərə almaq daha yaxşı olmazdımı?

Yalnız təkbətək söhbət edərkən yox, həmçinin səhnədən dinləyicilərə müraciət edərkən də hörmətcil olmaq vacibdir. Dinləyicilərinə hörmət edən natiq onları sərt şəkildə tənqid etməyəcək və ya bütün görünüşü ilə sanki: «Əgər doğrudan da istəsəydiniz, bunu bacarardınız» deməyəcək. Bu cür danışmaq başqalarını yalnız və yalnız ruhdan salacaq. Dinləyicilərə Yehovanı sevən və Ona xidmət etmək istəyən insanlar kimi yanaşmaq daha yaxşı olardı! İsanın nümunəsini təqlid edərək ruhani cəhətdən zəif, təcrübəsiz və ya Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə tələsməyən insanlarla münasibətdə anlayışlı olmalıyıq.

Natiq özünü də Allahın Kəlamını tam tətbiq etməyə ehtiyacı olanlar sırasına qatanda dinləyicilər onun onlara hörmətlə yanaşdığını hiss edəcəklər. Buna görə də ayələri izah edərkən davamlı olaraq «siz» əvəzliyindən istifadə etməmək müdriklik olardı. Məsələn, bu iki cümlə arasındakı fərqə diqqət yetir: «Əlinizdən gələni edirsinizmi?» və «Yaxşı olardı ki, hər birimiz özümüzdən soruşaq: “Əlimdən gələni edirəmmi?”» Hər iki sualın məğzi eynidir, lakin birinci halda elə təəssürat yaranır ki, danışan özünü müraciət etdiyi insanlardan yüksək tutur. İkinci sualda isə natiq, özü də daxil olmaqla, hamını öz vəziyyətini və niyyətlərini yoxlamağa təşviq edir.

Sadəcə dinləyiciləri güldürmək naminə məzəli sözlər işlətməkdən qaçın. Bu, Müqəddəs Kitabdan çatdırdığın xəbəri dəyərdən salar. Düzdür, xidmət bizə sevinc gətirməlidir. Hətta çatdırdığımız materialın bir qədər gülməli səslənən məqamları da ola bilər. Bununla belə, ciddi məsələləri başdan-ayağa zarafata çevirmək nəinki dinləyicilərə, hətta Allaha qarşı da hörmətsizlikdir.

Qoy hər zaman bizim insanlara müraciətimizdən, davranışımızdan və danışığımızdan onlara Yehovanın öyrətdiyi kimi yanaşdığımız görünsün.

NECƏ NAİL OLMAQ OLAR?

  • Yehovanın insanlara necə yanaşdığını öyrən.

  • Başçılıq prinsipinə, yaşca böyüklərə və səlahiyyətli şəxslərə hörmətlə yanaş.

  • Hər kəsin şəxsi fikri olduğu ilə razılaş.

  • Dinləyiciləri başa düşməyə çalış.

ÇALIŞMA: Səndən yaşca çox böyük və ya çox kiçik bir nəfəri yadına sal. Fikirləş ki, ona necə müraciət edərdin, söhbətə başlamaq üçün nə deyərdin, həm özünə, həm də fikirlərinə hörmətlə yanaşdığını necə göstərərdin. Fikirləşdiyin kimi davranmağa çalış.

İnsanlara daha çox necə hörmət göstərə bilərəm?

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş