Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 37 s. 212—s. 214 abz. 5
  • Əsas bəndlərin nəzərə çarpdırılması

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əsas bəndlərin nəzərə çarpdırılması
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Əsas fikirləri vurğula
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Nitq planının hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas fikirləri təkrarlayın
    Gözətçi qülləsi 2024
  • Təyin olunmuş materialdan istifadə
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 37 s. 212—s. 214 abz. 5

DƏRS 37

Əsas bəndlərin nəzərə çarpdırılması

Nə etməlisən?

Materialı elə tərtib və təqdim et ki, dinləyicilərin diqqəti xüsusi olaraq əsas bəndlərə yönəlsin.

Nə üçün vacibdir?

Bu, məlumatı yadda saxlamağa, beləliklə də onun üzərində düşünməyə və tətbiq etməyə kömək edir.

ÇIXIŞIN əsas bəndləri nədir? Bunlar sadəcə ötəri qeyd olunan maraqlı məqamlar deyil, ətraflı açıqlanan vacib fikirlərdir. Bu fikirlər qarşına qoyduğun məqsədə çatmaqda son dərəcə mühüm rol oynayır.

Əsas bəndlərin nəzərə çarpması üçün ilk növbədə materialı yaxşı-yaxşı seçmək və tərtib etmək lazımdır. Çıxış üçün araşdırma apararkən adətən lazımından artıq material tapılır. Bəs hansı məlumatı çıxışa daxil etməyin lazım olduğunu necə müəyyən etmək olar?

İlk növbədə dinləyiciləri nəzərə al. Müzakirə edəcəyin mövzunu yaxşı bilirlər, yoxsa onu ilk dəfə eşidirlər? Əksəriyyəti Müqəddəs Kitabda bu haqda yazılanlarla razıdır, yoxsa buna şübhə ilə yanaşır? Müqəddəs Kitabın mövzu ilə bağlı öyrətdiklərini tətbiq etməyə çalışarkən hansı çətinliklərlə üzləşirlər? İkincisi, planlaşdırdığın mövzu ilə həmin auditoriyaya müraciət edərkən hansı məqsədə nail olmaq istədiyini aydın müəyyən et. Bu iki məsləhəti yadda saxlayaraq, materialı nəzərdən keçir və yalnız həqiqətən uyğun gələn məlumatı saxla.

Əgər sənə mövzunun və əsas bəndlərin yazıldığı hazır plan verilibsə, plandan kənara çıxma. Bununla belə, hər əsas bəndin üzərində işləyərkən yuxarıda qeyd olunan sualları və məsləhətləri nəzərə alsan, çıxışın dəyəri əhəmiyyətli dərəcədə artacaq. Plan verilməyəndə isə əsas bəndləri seçmək sənin üzərinə düşür.

Əsas bəndləri aydın müəyyən etdikdə və materialı onlara uyğun olaraq bölüşdürdükdə çıxış etmək asan olacaq. Belə olduqda, çox ehtimal ki, dinləyicilər də daha çox fayda əldə edəcəklər.

Materialı tərtib etməyin üsulları. Materialı müxtəlif üsullarla tərtib etmək olar. Bu üsullarla tanış olduqda görəcəksən ki, məqsədinə çatmaq üçün onların bir neçəsindən istifadə etmək olar.

Üsullardan biri materialın mövzu üzrə bölüşdürülməsidir. (Əsas bəndlərin hər biri vacibdir, çünki dinləyicilərin mövzunu anlamasına və çıxışın məqsədinə çatmağa kömək edir.) Digəri xronoloji üsuldur. (Məsələn, əvvəlcə Daşqından qabaqkı hadisələr, sonra b. e. 70-ci ilində Yerusəlimin darmadağın edilməsindən əvvəlki, sonra isə bizim günlərdə baş verən hadisələr nəql oluna bilər.) Üçüncü üsul səbəb-nəticədir. (Bu halda mövzunu iki istiqamətdə açıqlamaq olar. Məsələn, əvvəlcə hal-hazırda olan vəziyyəti, yəni nəticəni təsvir edib, sonra səbəbi göstərmək olar.) Dördüncüsü, qarşı-qarşıya qoyma üsuludur. (Xeyirlə şəri, müsbətlə mənfini qarşı-qarşıya qoymaq olar.) Bir məruzədə bu üsulların bir neçəsindən istifadə etmək olar.

Yəhudi Sinedrionu önündə Stefana qarşı yalan ittihamlar irəli sürüləndə o, hadisələri xronoloji ardıcıllıqla danışaraq təsirli nitq söylədi. Həvarilərin işləri 7:2-53 ayələrini oxuyarkən bəndlərin məqsədyönlü şəkildə necə seçildiyinə diqqət yetir. Stefanın ilk sözlərindən dinləyicilərinə aydın oldu ki, o, danılmaz tarixi hadisələr haqda danışacaq. Sonra o izah etdi ki, Yusif qardaşları tərəfindən rədd edilsə də, Allah qurtuluşu məhz onun vasitəsilə vermişdi. Bundan sonra, israillilərin Yehova tərəfindən təyin olunmuş Musaya qarşı çıxmasından danışdı. Sonda vurğuladı ki, İsa Məsihi öldürən yəhudilər öz əcdadlarının təzahür etdirdikləri ruhu nümayiş etdirmişdilər.

Əsas bəndlər çox olmamalıdır. İstənilən mövzunu açıqlamaq üçün cəmi bir neçə əsas bənd kifayət edir. Çıxışın 5, 10, 30 dəqiqə və ya daha çox sürməsindən asılı olmayaraq, çox vaxt onun əsas bəndlərini sözün əsil mənasında barmaqla saymaq olur. Həddindən artıq çox bəndi vurğulamağa çalışma. Dinləyicilər bir çıxışdan yalnız bir neçə fikri yadda saxlaya bilərlər. Çıxış nə qədər uzun olsa, əsas bəndlər bir o qədər dəqiq və aydın nəzərə çarpdırılmalıdır.

Sayından asılı olmayaraq, əsas bəndlərin hər biri yetərincə açıqlanmalıdır. Hər əsas bənd dinləyicilərin yaddaşına yaxşıca həkk olunsun deyə, üzərində düşünmələri üçün onlara kifayət qədər vaxt ver.

Çıxış dinləyicilərə sadə görünməlidir. Bu, həmişə təqdim edilən materialın həcmindən asılı olmur. Əgər fikirlər cəmi bir neçə əsas bəndin altında aydın qruplaşdırılıbsa və əsas bəndləri bir-bir açıqlayırsansa, çıxışı dinləmək asan, unutmaq isə çətin olacaq.

Əsas bəndləri nəzərə çarpdır. Əgər material düzgün tərtib olunubsa, çıxış zamanı əsas bəndlərin vacibliyini vurğulamaq çətin olmayacaq.

Əsas bəndləri vurğulamağın başlıca üsulu dəlilləri, ayələri və başqa məlumatı elə təqdim etməkdir ki, onlar diqqəti əsas fikrə cəmləsin və onu açıqlasın. İkinci dərəcəli bəndlərin hamısı əsas bəndi aydınlaşdırmalı, təsdiq etməli və təfsilatlarına kimi izah etməlidir. Sadəcə maraqlı olduğu üçün mövzuya aidiyyəti olmayan fikirləri çıxışına daxil etmə. İkinci dərəcəli bəndi müzakirə edərkən onun aid olduğu əsas bəndlə əlaqəsini aydın şəkildə göstər. Düşünmə ki, dinləyicilər özləri bunu başa düşməlidirlər. Bu bağlılığı göstərmək üçün hərdənbir başlıca fikri ifadə edən əsas sözləri və ya əsas bəndin məğzini təkrar etmək olar.

Bəzi natiqlər əsas bəndləri sıralamaqla vurğulayırlar. Lakin bu, materialı diqqətlə seçməyin və onu məntiqi ardıcıllıqla izah etməyin zəruriliyini aradan qaldırmır.

Təsdiqləyici dəlilləri gətirməzdən əvvəl sadəcə əsas bəndi demək də olar. Bu üsul dinləyicilərə sonra deyəcəklərinin dəyərini anlamağa kömək edəcək və eyni zamanda həmin əsas bəndi vurğulayacaq. Bəndi tam açıqladıqdan sonra yadda qalması üçün onun məğzini qısaca təkrarlamaq olar.

Təbliğ xidmətində. Yuxarıda qeyd olunan üsullardan yalnız çıxış edəndə yox, həmçinin təbliğ vaxtı etdiyimiz söhbətlərdə də istifadə etmək olar. Xidmətə hazırlaşarkən ərazinizdə yaşayan insanları xüsusilə narahat edən bir şey haqda düşün. Müqəddəs Kitabın verdiyi ümidin həmin problemin öhdəsindən gəlməyə necə kömək etdiyini göstərmək üçün münasib mövzu seç. Həmin mövzunu açıqlamağa kömək edəcək iki əsas bənd seç. Bu bəndləri təsdiqləmək üçün hansı ayələrdən istifadə edəcəyini müəyyənləşdir. Sonra söhbətə necə başlayacağını planlaşdır. Bu cür hazırlaşanda söhbətin gedişatından asılı olaraq, təqdimədə dəyişiklik etmək mümkün olur. Üstəlik, həmsöhbətinə onun yadında qalacaq şeylər də söyləyə biləcəksən.

NECƏ NAİL OLMAQ OLAR?

  • Əsas bəndləri seçməzdən əvvəl, dinləyicilərin bu mövzu ilə bağlı artıq nələri bildiyi haqda düşün və məqsədini müəyyən et. Materialı tərtib edərkən bunları nəzərə al.

  • Dəlillər, ayələr və digər materialla onların təsdiqlədiyi əsas fikir arasındakı əlaqəni aydın göstər.

  • Əsas bəndlərin hər birini nəzərə çarpdır. Bunun üçün onları sıralamaq, əsas bəndlərin hər birini təsdiqləyici dəlilləri təqdim etməzdən əvvəl söyləmək, yaxud əsas bəndi açıqladıqdan sonra onun məğzini bir də təkrarlamaq olar.

ÇALIŞMA: «Gözətçi Qülləsi»nin bu həftə öyrəniləcək məqaləsini nəzərdən keçir. Qara şriftlə yazılmış yarımbaşlıqların və təkrar üçün olan çərçivədəki sualların köməyilə əsas bəndləri müəyyən etməyə çalış. Hər həftə belə etmək faydalı olar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş