Nəğmə 88
Övladlar Allahdan paydır
1. Tanrının sevinc payıdır,
Həyata bəzək qatan övladlar.
Ata-ana miras alıbdır,
Məsuliyyət daşır onlar.
Həyat verəndir Rəbb Yehova,
O bəxş etdi sizə övlad payın.
Tərbiyədə Rəbb bələdçidir,
Uşaq Onun elmini alsın.
(NƏQARƏT)
Övlad Rəbdən bir əmanətdir,
Göz bəbəyin kimi qoru.
Böyük miras ver balana sən,
Rəbb yolunda böyüt onu.
2. Kəlamı Rəbbin əvvəlcə
Qoy sənin ürəyinə həkk olsun.
Övladına danış sən hər gün,
Bu olmalı ümdə borcun.
Sən aşıla Sözü sevgiylə,
Hər fürsətdə, imkan düşən anda.
Elə böyüt ki, dönməsin o,
Xeyir-dua alsın bu yolda.
(NƏQARƏT)
Övlad Rəbdən bir əmanətdir,
Göz bəbəyin kimi qoru.
Böyük miras ver balana sən,
Rəbb yolunda böyüt onu.
(Həmçinin baxın: Qan. 6:6, 7; Efes. 6:4; 1 Tim. 4:16.)