Nəğmə 90
Ağaran saçlar gözəllik tacıdır
1. Çox əzizdir bizlərə
Bu nuranilər.
Çox illər xidmət etmiş,
Qocalmış onlar.
Həm dərd-sər, ağrı görmüş,
Həm itki vermiş.
Ya Rəbb, təsəlli eylə,
Sən ver dirçəliş.
(NƏQARƏT)
Ey Ata, unutma,
Gör zəhmətlərin.
Tək pənah yerisən,
Ya Rəbb, onların.
2. Sanki tacdır haqq yolda
Dən düşmüş saçlar.
Bu yaşlı qullar ilə
Rəbb fəxr eyləyər.
Gənc olmuşlar bir vaxtlar,
Hər işdə pərgar.
Padşahlıq yollarında
Can qoymuş onlar.
(NƏQARƏT)
Ey Ata, unutma,
Gör zəhmətlərin.
Tək pənah yerisən,
Ya Rəbb, onların.
(Həmçinin baxın: Mət. 25:21, 23; Zəb. 71:9, 18; Məs. 20:29; Luka 22:28; 1 Tim. 5:1.)