Nəğmə 113
Allaha Kəlamına görə şükür edək
1. Qəlbdən minnətdarıq, Yehova, Sənə
Sənin Kəlamın bir gizli xəzinə.
Tökübən ruhunu Sən açdın Öz niyyətin,
Sözün bələdçidir, tapdıq biz rizin.
2. Bizimtək olmuşdur o əhli-qələm —
Dərdi, kədəri, sevinci yaşayan.
Onlar əsil örnəkdir bizə haqq yolunda,
Tapdıq cəsarət biz Rəbbin Sözündə.
3. Sözün bir qılınctək işlər iliyə,
Bədənlə ruhu ayırar ikiyə.
Qəlbin hər niyyətin o üzə tam çıxarar,
İslah eyləyərək hikmət öyrədər.
(Həmçinin baxın: Zəb. 119:16, 162; 2 Tim. 3:16; Yaq. 5:17; 2 But. 1:21.)