Nəğmə 79
Xeyirxahlığın qüdrəti
1. Yehova Özün bizə tanıtdı,
Kəlam nazil etdi.
İstər ki, dadaq hədsiz sevgisin,
Bilək boldur kəraməti.
2. Məsih vəd edir yorğun kəslərə
Alarlar təravət.
Dəvət eylədi: «Öyrənin məndən,
Yüküm həm yüngül, həm rahat».
3. Yehova Allah kərim, xeyirxah,
Alaq Ondan örnək.
Məsih qayğıkeş və çox şəfqətli,
Biz gəlin ona bənzəyək.
(Həmçinin baxın: Mik. 6:8; Mət. 11:28—30; Kol. 3:12; 1 But. 2:3.)