NƏĞMƏ 116
Xeyirxahlığın qüdrəti
Çap versiyası
1. Yehova Özün bizə tanıtdı,
Sözün nazil etdi.
İstər ki, dadaq hədsiz sevgisin,
Bilək boldur kəraməti.
2. Məsih vəd edir yorğun kəslərə,
Alarlar təravət.
Dəvət eylədi: «Öyrənin məndən,
Yüküm həm yüngül, həm rahat».
3. Yehova Allah kərim, xeyirxah,
Alaq Ondan örnək.
Məsih Allahın kamil bənzəri,
Biz gəlin ona bənzəyək.
(Həmçinin baxın: Mik. 6:8; Mət. 11:28—30; Kol. 3:12; 1 But. 2:3.)