Nəğmə 119
Gəl, təravət tap!
1. Tanımır dünya Allahın yolunu,
Danırlar Rəbbin varlığın.
Gərəkdir həyat yolunda bələdçi,
Onsuz yaşamaq çox çətin.
Ümid yığıncaq zamanı canlanır,
İman güclənir Allaha.
Təşviq o eylər xeyirxah əmələ,
Qalmaz ürəkdə şəkk-şübhə.
Dönmərik Yehovanın buyruğundan,
Pozmarıq Onun əmrini.
Bizi haqq yola yığıncaq yönəldər,
Qəlbdə təzələr sevgini.
2. Yehova bilir nə lazımdır bizə,
Onun öyüdün dinləyək.
Fürsət axtarıb bir yerə toplaşaq,
Rəbbdən biz hikmət öyrənək.
Örnəkdir Allah xoflu qardaşların
Dərin, riyasız imanı.
Belə mehriban qardaşlıq heç qoymaz
Bilək biz təklik dadını.
Gözlərik ümidlə gözəl dövranı,
Olsun qəlblərdə qoy vəhdət.
Rəbbdən bir bəxşişdir bizə yığıncaq,
Taparıq orda hidayət.
(Həmçinin baxın: Zəb. 37:18; 140:1; Məs. 18:1; Efes. 5:16; Yaq. 3:17.)