NƏĞMƏ 119
İman sahibi olaq
1. Allah göndərdi çoxlu peyğəmbər,
Sözün çatdırdı bəşərə.
İndiysə Məsihdir tək araçı,
Bizi səslər tövbəyə.
NƏQARƏT
İmanın möhkəmmi sənin?
Görünürmü o əməldə?
Yetişdir kamil bir iman,
Xilas edər səni qiyamətdə.
2. Tabeyik Rəbbin aydın əmrinə,
Yayırıq ümid müjdəsin.
Dünya eşitsin Şahlıq haqqında,
Gizləməyək vədlərin.
NƏQARƏT
İmanın möhkəmmi sənin?
Görünürmü o əməldə?
Yetişdir kamil bir iman,
Xilas edər səni qiyamətdə.
3. İman bənzəyir möhkəm lövbərə,
Saleh kəs geri çəkilməz.
Rəbbə güvənib dözüm göstərək,
Artıq yaxındır xilas.
NƏQARƏT
İmanın möhkəmmi sənin?
Görünürmü o əməldə?
Yetişdir kamil bir iman,
Xilas edər səni qiyamətdə.
(Həmçinin baxın: Rom. 10:10; Efes. 3:12; İbr. 11:6; 1 Yəh. 5:4.)