NƏĞMƏ 156
İman gözüylə bax
1. Nə aslandan qorxmaram,
Nə də zalım insandan.
Çün Yehova yanımda,
Qaçmaram heç hara.
Mənim tərəfimdə Atam.
NƏQƏRAT
Bu zülmətin
nurlu bir sabahı var.
İman gözüylə
bax o günlərə.
Rəbb Yehovadır Qayan,
Möhkəm, qorxmaz dayan.
Hər zaman
səninlədir Atan,
İmanla bax.
2. Yaşadılar imanla
Keçmişdə sadiq kəslər.
Hər şeyə dözdülər,
Həyat qazandılar.
Qalxarlar yenidən onlar.
NƏQƏRAT
Bu zülmətin
nurlu bir sabahı var.
İman gözüylə
bax o günlərə.
Rəbb Yehovadır Qayan,
Möhkəm, qorxmaz dayan.
Hər zaman
səninlədir Atan,
İmanla bax.
KEÇİD
Gerçək ümid
və güclü imanla
Oynar dağlar da
yerindən.
Gör nə halda
Olardım
zalım dünyada,
İmanla baxmasaydım mən.
3. Görürəm mən imanla
O gələcək günləri.
Zəfər çox yaxın,
Güclü qalmaq lazım.
Çalacaq qələbəsin Tanrım.
NƏQƏRAT
Bu zülmətin
nurlu bir sabahı var.
İman gözüylə
bax o günlərə.
Rəbb Yehovadır Qayan,
Möhkəm, qorxmaz dayan.
Hər zaman
səninlədir Atan,
İmanla bax.
İmanla bax.
(Həmçinin baxın: İbr. 11:1—40.)