Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 24 s. 27—28
  • Bulus yığıncaqlara məktub yazır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bulus yığıncaqlara məktub yazır
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • İmana, əxlaqa və məhəbbətə dair məsləhətlər
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Pavel Romada
    Müqəddəs Kitab hekayələri
  • Bütün peyğəmbərlərin şahidlik etdiyi Şəxs
    Vahid həqiqi Allaha ibadət edin
  • Cənnət itirilir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 24 s. 27—28
Ev dustağı olan Bulus məktub diktə edir

BÖLMƏ 24

Bulus yığıncaqlara məktub yazır

Bulusun məktubları məsihi yığıncağını möhkəmləndirir

YENİCƏ təsis olunmuş məsihi yığıncağı Yehovanın niyyətinin həyata keçirilməsində vacib rol oynayacaqdı. Lakin çox keçməmiş birinci əsrin məsihçiləri təqiblərlə üzləşdilər. Yığıncağa daxildən və xaricdən olan təqiblərə baxmayaraq, onlar Allah qarşısında nöqsansızlıqlarını qoruyacaqdılarmı? Yunanca Müqəddəs Yazılara lazımi məsləhət və ruhlandırıcı sözlər yazılmış 21 məktub daxildir.

«Romalılara məktub»dan «İbranilərə» qədər olan 14 məktub həvari Bulus tərəfindən qələmə alınmışdır. Bu məktublar ünvanlandığı konkret şəxsin, yaxud yığıncağın adını daşıyır. Gəlin Bulusun məktublarında müzakirə olunan bəzi mövzuları nəzərdən keçirək.

Əxlaqa və davranışa dair xəbərdarlıq. Zina edənlər cinsi əxlaqsızlıqla məşğul olanlar və digər ciddi günah işlədənlər «Allahın Padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—21; 1 Korinflilərə 6:9—11). Allahın xidmətçilərinin arasında milliyyətindən asılı olmayaraq, birlik mövcud olmalıdır (Romalılara 2:11; Efeslilərə 4:1—6). Onlar ehtiyac içində olan həmimanlılarına canla-başla kömək etməlidirlər (2 Korinflilərə 9:7). Bulus deyirdi: «Həmişə dua edin». Bəli, Allahın xidmətçiləri duada ürəklərini Yehovaya boşaltmağa təşviq olunurlar (1 Salonikililərə 5:17; 2 Salonikililərə 3:1; Filippililərə 4:6, 7). Allahın bizi eşitməsi üçün imanla dua etməliyik (İbranilərə 11:6).

Ailə tellərini möhkəmləndirməyə nə kömək edə bilər? Ərlər arvadlarını öz bədənləri kimi sevməlidir. Arvadlar ərlərinə ehtiram etməlidir. Uşaqlar validenlərinə itaət etməlidirlər, çünki bu Allaha məqbuldur. Valideynlər Allahın Kəlamındakı prinsiplər əsasında uşaqlarına məhəbbətlə yol göstərməli və təlim verməlidirlər (Efeslilərə 5:22—6:4; Koloslulara 3:18—21).

Bulusun məktubları yazdığı yerlərin xəritəsi

Allahın niyyətini açıqlayır. Musanın Qanunundakı bir çox əmrlər israilliləri Məsihin gəlişinə qədər qorumaq və onlara bələdçilik etmək məqsədinə xidmət edirdi (Qalatiyalılara 3:24). Lakin Allaha ibadət etmək üçün məsihilərdən bu Qanuna riayət etmək tələb olunmur. İbranilərə, yəni yəhudi olan məsihilərə yazdığı məktubda Bulus Qanunun mənasını və Allahın niyyətinin Məsihin üzərində necə həyata keçdiyini açıqlayırdı. Bulus izah edirdi ki, Qanundakı müxtəlif ayinlər peyğəmbərlik mənasını kəsb edirdi. Məsələn, heyvan qurbanları günahların həqiqətən bağışlanmasını təmin etmək üçün İsanın özünü qurban verərək ölməsini təmsil edirdi (İbranilərə 10:1—4). İsanın ölümü vasitəsilə Allah Qanun əhdini ləğv etdi, çünki ona artıq ehtiyac yox idi (Koloslulara 2:13—17; İbranilərə 8:13).

İlk məsihi yığıncağı Bulusun məktublarından birini dinləyir

Yığıncağın düzgün təşkil olunmasına dair rəhbərlik. Yığıncaqda üzərinə məsuliyyət götürmək istəyən kişilər yüksək əxlaq normalarına riayət etməli və tələb olunan bacarıqlara sahib olmalıdır (1 Timutiyə 3:1—10, 12, 13; Titusa 1:5—9). Yehova Allahın xidmətçiləri bir-birini ruhlandırmaq üçün müntəzəm olaraq həmimanlıları ilə bir yerə toplaşmalıdırlar (İbranilərə 10:24, 25). İbadət üçün olan görüşlər ruhlandırıcı və maarifləndirici olmalıdır (1 Korinflilərə 14:26, 31).

Timutiyə ikinci, sonuncu məktubunu yazdığı vaxt Bulus yenə də Romada idi; həbsdə ona çıxarılacaq hökmü gözləyirdi. Yalnız bir neçə cəsarətli insan həyatını təhlükəyə atıb ona baş çəkirdi. Bulus bilirdi ki, ömrünün sonuna az qalıb. O demişdi: «Mən şanlı mübarizədə şücaətlə döyüşdüm, qarşımdakı məsafəni axıradək qaçdım, iman yolunda mətin qaldım» (2 Timutiyə 4:7). Ehtimal ki, bu sözləri yazdıqdan çox keçməmiş Bulus imanına görə öldürüldü. Ancaq həvarinin məktubları Allahın həqiqi xidmətçiləri üçün bu gün də rəhbərlik təqdim edir.

«Romalılara»; «Birinci və ikinci Korinflilərə»; «Qalatiyalılara»; «Efeslilərə»; «Filippililərə»; «Koloslulara»; «Birinci və ikinci Salonikililərə»; «Birinci və ikinci Timutiyə»; «Titusa»; «Filimona» və «İbranilərə» kitablarına əsaslanıb.

  • Bulusun məktublarında əxlaqa və davranışa dair hansı xəbərdarlıqlar var?

  • Bulus Allahın niyyətinin Məsihin üzərində yerinə yetdiyini necə açıqlayır?

  • Yığıncağın düzgün təşkil olunmasına dair Bulus hansı rəhbərliyi verir?

VƏD OLUNMUŞ ÖVLAD KİMDİR?

Adəm və Həvva günah işlətdikdən sonra Allah obrazlı şəkildə ilana dedi: «Səninlə qadın arasına, sənin övladınla onun övladı arasına düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onu dabanından çalacaqsan» (Yaradılış 3:15). Müqəddəs Yazılar Şeytan İblisi «qədim ilan» adlandırır (Vəhy 12:9). Allahın vəd etdiyi Övladın, yaxud Xilaskarın kimliyi sirr idi. Bu sirr əsrlər ərzində Müqəddəs Kitabda tədricən açıqlanmışdı.

Adəmlə Həvvanın günah işlətməsindən təxminən 2 000 il sonra Yehova vəd olunmuş Övladın İbrahimin nəslindən gələcəyini dedi (Yaradılış 22:17, 18). Əsrlər sonra həvari Bulus Övladın əsas hissəsinin İsa Məsih olduğunu açıqladı (Qalatiyalılara 3:16). Yaradılış 3:15 ayəsinə uyğun olaraq, İsa öldürüləndə məcazi mənada, sanki, dabanından çalındı. Ancaq Allah İsanı «ruh olaraq» diriltdi (1 Butrus 3:18).

Allah həmçinin 144 000 insanın övladın ikinci dərəcəli hissəsi olmasını niyyət etmişdi (Qalatiyalılara 3:29; Vəhy 14:1). Onlar Səmavi Padşahlıqda Məsihin həmvarisi kimi ruhani həyata dirildilir (Romalılara 8:16, 17).

Göylərdə qüdrətli Padşah kimi İsa tezliklə Şeytan İblisi, eləcə də onun ardınca gedən cinləri və pis insanları məhv edəcək (Yəhya 8:44; Efeslilərə 6:12). İsanın rəhbərliyi bütün itaətkar bəşəriyyətə sülh və sevinc bəxş edəcək. O axırda ilanın mövcudluğuna son qoymaqla onun «başını əzəcək» (İbranilərə 2:14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş