Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 4 s. 10—11
  • Allah haqda həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah haqda həqiqət
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Oxşar material
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allahı kimsə görüb?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allah kimdir?
    Gözətçi qülləsi 2002
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 4 s. 10—11

BÖLMƏ 4

Allah haqda həqiqət

İNSANLAR çoxlu allahlara ibadət edirlər. Lakin Müqəddəs Yazılar öyrədir ki, yalnız bir həqiqi Allah var. Ondan başqa Allah yoxdur, O, qüdrətli və əbədidir. Göydə və yer üzündə olan hər şeyi O yaradıb və bizə həyat verən də Odur. Buna görə də, biz yalnız Ona ibadət etməliyik.

Musa peyğəmbər Qanunlardan ibarət daş lövhələri əlində tutub

Allahın Musa peyğəmbərə verdiyi Qanun «mələklər vasitəsilə verilmiş»di

Allahın yalnız bir adı var. Onun adı budur: YEHOVA. Allah Musa peyğəmbərə demişdi: «İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı Yehova göndərib”. Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar» (Çıxış 3:15). Yehova adına Müqəddəs Yazılarda təxminən 7000 dəfə rast gəlinir. Zəbur 83:18 ayəsində Allah haqqında deyilir: «Adı Yehova olan Sən, dünyada tək Sən ucasan».

Ölü dənizdə tapılan və Allahın adını göstərən qədim əlyazmalar

Müqəddəs Yazıların Ölü dənizdə tapılmış qədim əlyazmalarında Allahın adı göstərilir

İnsanlar heç vaxt Allahı görməyiblər. Allah Musa peyğəmbərə demişdi: «Üzümü... görə bilməzsən, çünki üzümü görən kəs sağ qala bilməz» (Çıxış 33:20). Allah göylərdə yaşayır və gözəgörünməzdir. Büt, surət və rəmzlər düzəltmək, onların vasitəsi ilə Allaha dua etmək düzgün deyil. Yehova Allah Musa peyğəmbər vasitəsilə buyurmuşdu: «Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin. Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham» (Çıxış 20:2—5). Sonralar Allah Əşiya peyğəmbər vasitəsilə demişdi: «Mən Yehovayam. Adım budur. Şanımı heç kəsə vermərəm, Mənə ucalan mədhləri bütlərə vermərəm» (Əşiya 42:8).

Bəzi insanlar Allaha inansalar da, Onun dərkedilməz və əlçatmaz olduğunu düşünürlər. Bəziləri isə Allahı sevmək əvəzinə, Ondan qorxurlar. Bəs siz nə fikirləşirsiniz? Allah şəxsən sizin qayğınıza qalır? Siz Onu tanıya, hətta Ona yaxınlaşa bilərsiniz? Gəlin görək Müqəddəs Kitab Allahın xüsusiyyətləri barədə nə öyrədir.

Necə cavab verərdiniz?

  • Biz nəyə görə Allaha ibadət etməliyik?

  • Allahın adı nədir?

  • Nəyə görə Allaha ibadətdə surət və rəmzlərdən istifadə etməli deyilik?

  • Allah Öz iradəsini yerinə yetirmək üçün müqəddəs ruhdan və mələklərdən necə istifadə edir?

Allahın müqəddəs ruhu və mələkləri

Allah Öz iradəsini yerinə yetirmək üçün müqəddəs ruhunu göndərir. Allahın ruhu şüurlu varlıq və ya mələk deyil. Bu ruh Allahın niyyətini həyata keçirmək üçün istifadə etdiyi gözəgörünməz fəal qüvvədir. Allah göyləri və yeri yaratmaq üçün bu gücündən istifadə edib. «Göylər Yehovanın sözü ilə, orada olanlar ağzının nəfəsi ilə yarandı» (Zəbur 33:6). Yaradılış 1:2 ayəsi izah edir ki, yer su ilə örtülü olanda və Allah yeri insanların yaşaması üçün hazırlayanda «Allahın ruhu suların üzərində hərəkət edirdi». Sonra da Allah müqəddəs ruhunun vasitəsilə yer üzündə olan bütün canlıları yaradıb.

Allah Öz niyyətini həyata keçirmək üçün mələklərdən də istifadə edir. O, mələkləri göydə Onun yanında yaşamaları üçün yaradıb. Onlar çox qüdrətlidirlər. Mələklər insanlara Allahın sözlərini çatdırır və vacib tapşırıqları yerinə yetirirlər. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Allahın Musa peyğəmbərə verdiyi Qanun «mələklər vasitəsilə verilmiş»di. Həmçinin Allahın mələkləri Onun yer üzündəki xidmətçilərinə kömək edir. Eyni zamanda Müqəddəs Kitab Allahın mələklərini «xilası miras alacaq adamlara xidmət etmək üçün göndərilən ruhani varlıqlar» adlandırır (İbranilərə 1:14; 2:2).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş