Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 8 s. 20—21
  • Məsih peyda oldu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsih peyda oldu
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Oxşar material
  • Məsih peyda olur
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Onlar Məsihin intizarında idilər
    Gözətçi qülləsi 2011
  • Mələk Məryəmin yanına gəlir
    Müqəddəs Kitab hekayələri
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 8 s. 20—21

BÖLMƏ 8

Məsih peyda oldu

DƏNYALIN peyğəmbərliyindən təxminən 500 il sonra Allahın mələyi Cəbrayıl Davud padşahın nəslindən olan Məryəm adlı bakirə qıza göründü. «Salam, ey Allahın mübarək bəndəsi! Yehova səninlədir!» — deyə Cəbrayıl onu salamladı (Luka 1:28). Məryəm bundan bərk qorxdu. Görəsən, Cəbrayılın bu salamı nə demək idi?

Cəbrayıl mələk Məryəmə görünür

Cəbrayıl mələk Məryəmə Məsihi dünyaya gətirəcəyini xəbər verir

«Məryəm, qorxma, sən Allahın gözündə lütf tapmısan. Sən hamilə qalıb oğul doğacaqsan. Onun adını İsa qoyarsan... Yehova Allah ona atası Davudun taxtını verəcək... Onun Padşahlığının sonu olmayacaq»,— deyə Cəbrayıl izah etdi (Luka 1:30—33). Necə də gözəl xəbər idi! Məryəm Məsihi, uzun illərdir gözlənilən «övladı» dünyaya gətirəcəkdi!

Növbəti il İsa Beytləhmdə doğuldu. Həmin gecə Allahın mələyi o ərazidəki çobanlara xəbər çatdırdı: «Mən sizə... müjdəni çatdırmağa gəlmişəm. Bu gün Davudun şəhərində sizin üçün xilaskar, Ağa Məsih doğulub» (Luka 2:10, 11). Sonralar İsanın ailəsi Nasirəyə köçdü və İsa orada böyüyüb boya-başa çatdı.

Eramızın 29-cu ilində — Məsihin peyda olacağı ildə — İsa «təqribən otuz yaşında» Allahın peyğəmbəri kimi xidmət etməyə başladı (Luka 3:23). İnsanların çoxu onun Allah tərəfindən göndərildiyini qəbul edirdi. Onlar deyirdilər: «Aramızda böyük bir peyğəmbər zühur edib» (Luka 7:16, 17). Bəs İsa nə haqda öyrədirdi?

İsa insanlara Allahı sevməyi və Ona ibadət etməyi öyrədirdi. O belə bəyan etmişdi: «Allahımız Yehova tək olan Yehovadır. Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:29, 30). O həmçinin demişdi: «Allahın Yehovaya səcdə qıl və yalnız Ona qulluq et» (Luka 4:8).

İsa insanlara bir-birilərini sevməyi öyrədirdi. O demişdi: «Başqasını özünü sevdiyin kimi sev» (Mark 12:31). Eləcə də o belə demişdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əslində, Tövrat və Peyğəmbərlərin kitabı da məhz bunu deyir» (Mətta 7:12).

İsa şövqlə Allahın Padşahlığı haqqında insanlara təbliğ edirdi. «Mən Allahın Padşahlığı haqqında müjdəni başqa şəhərlərə də çatdırmalıyam, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). Allahın Padşahlığı nəyə görə bu qədər vacibdir?

Müqəddəs Kitab öyrədir ki, Allahın Padşahlığı yer üzünü göydən idarə edəcək səmavi hökumətdir. İsa Məsih Allah tərəfindən təyin olunmuş Padşahdır. Dənyal peyğəmbər yuxuda görüntü alaraq Allahın göylərdə Məsihə «hakimiyyət, şərəf və padşahlıq» verdiyini görmüşdü (Dənyal 7:14). Bu Padşahlıq yer üzünü cənnətə çevirəcək və Allahın xidmətçilərinə əbədi həyat mükafatını verəcək. Bundan şad xəbər ola bilər?!

Necə cavab verərdiniz?

  • Cəbrayıl mələk Məryəmə hansı xəbəri çatdırdı?

  • Eramızın 29-cu ilində hansı peyğəmbərlik yerinə yetdi?

  • İsa nə haqda öyrədirdi?

  • Allahın Padşahlığı nədir və o nələri həyata keçirəcək?

Həzrəti İsa camaata ilahi təlimlər aşılayır

İsa nəyə görə «Məsih» adlanır?

«Məsih» — «məsh edilmiş», yəni Allah tərəfindən təyin olunmuş deməkdir. İsa Məsihə həyatı Allah verib. Allah böyük möcüzə göstərərək İsanın Məryəmdən doğulmasını mümkün etdi. İsanın insan atası olmamışdı.

Nəyə görə bu qədər adam İsaya iman edirdi? Aşağıda bunun bəzi səbəbləri gətirilir:

  • Onun təlimləri Müqəddəs Yazılara əsaslanırdı.

  • Onun təlimləri və nümunələri həqiqəti və ədaləti sevən insanları cəlb edirdi.

  • O, Allahdan aldığı gücün sayəsində çoxlu möcüzələr göstərirdi.

  • Müqəddəs Yazılarda yazılan bir çox peyğəmbərliklər onun üzərində yerinə yetmişdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş