Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 13 s. 91—96
  • Qəm dəryasından necə çıxım?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qəm dəryasından necə çıxım?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Məyusluqdan yaxa qurtara bilməyəndə
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Allah Musa peyğəmbərə xüsusi iş tapşırır
    Gözətçi qülləsi 2012
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
  • Yehova pərişan insanları hifz edir
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 13 s. 91—96

Fəsil 13

Qəm dəryasından necə çıxım?

«Dostlarımdan kiminsə problemi olanda mən dərhal onların köməyinə qaçıram. Evə gələndən sonra isə otağıma girib ağlayıram, amma bunu heç kəs görmür» Xəyalə

«Kefsiz heç kimi görmək istəmirəm. Məni harasa dəvət edəndə getməmək üçün bəhanə tapıram. Hisslərimi ailəmdən gizlətməyi yaxşı bacarıram, onlar da elə fikirləşirlər ki, hər şey yaxşıdır» Orxan

NƏ VAXTSA sən də bu hissləri keçirmisən? Əgər keçirmisənsə, səninlə nə isə dəhşətli bir şey baş verdiyini düşünmə. Vaxtaşırı hamıda bu kimi hisslər olur. Hətta Müqəddəs Kitabda adları çəkilən Allahın sadiq xidmətçiləri də kədər hissinə qapılırdılar (1 Şamuel 1:6—8; Məzmur 35:14).

Hərdən insan nə üçün kefsiz olduğunu bilir, bəzən isə heç özü-özündən baş açmır. 19 yaşlı Anna deyir: «Özünü pis hiss etməyin o demək deyil ki, nə isə dəhşətli bir şey baş verib. Əslində, heç bir faciə baş vermədiyi halda belə insan özünü qəmgin hiss edə bilər. Bunu izah etmək çətin olsa da, bu belədir!»

Kədərə qərq olmağının əsaslı səbəbinin olub-olmamasına baxmayaraq, sən bunun öhdəsindən gələ bilərsən. Növbəti məsləhətləri tətbiq etməyə çalış.

1. Kiminləsə bölüş. Güclü iztirablar içində olan Əyyub demişdi: «Şikayətimə məhdudiyyət qoymayacağam, acı həyatımdan danışacağam» (Əyyub 10:1).

Kelli: «Çox qəribədir, insan ürəyini kiməsə boşaldanda özünü elə rahat hiss edir ki! Başqaları vəziyyətimdən xəbərdar olanda əl uzadıb mənə kömək etmək onlara daha asan olur!»

Təklif: ürəyin sıxılanda hisslərini bölüşə biləcəyin bir dostunun adını yaz.

․․․․․

2. Hisslərini qələmə al. Kədər hissi səni bürüyəndə ürəyindəkiləri bir vərəqə yazmağa çalış. Davud bəzən dərin kədərini məzmurlarla ifadə edirdi (Məzmur 6:6). Qəlbindən keçən hissləri qələmə almaq sağlam şüuru və dərrakəni qorumaqda sənə kömək edəcək (Süleymanın məsəlləri 3:21).

Gülay: «Qəfil kefim pozulanda alt-üst olan fikirlərimi bir vərəqə yazmaq onları başa düşməyə kömək edir. Hisslərimi ifadə etdikdə və səbəbini anladıqda, sanki, qəm yüküm azalır».

Təklif: düzgün çıxış yolu tapa bilmək üçün 93-cü səhifədəki cədvəldən istifadə et. Bu, sənə qəmgin əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edəcək.

3. Dua et. Müqəddəs Kitabda deyilir ki, əgər narahatçılıqlarımız barədə dua etsək, Allah bizə bütün insan fikirlərini üstələyən qəlb rahatlığı verəcək, bu da ürəyimizi və zehnimizi qoruyacaq (Filipililərə 4:6, 7).

Ester: «Nəyə görə özümü bu qədər pis hiss etdiyimi başa düşə bilmirdim. Yehovaya yalvarırdım ki, həyatdan sevinc duymağıma kömək etsin. Səbəbsiz yerə məyusluğa qapılmaq məni lap dəli edirdi. Axır ki, bu vəziyyətdən yaxa qurtara bildim. Heç vaxt duanın qüdrətini inkar etməyin!»

Təklif: Məzmur 139:23, 24 ayələrindən nümunə götür. Ürəyini Yehovaya aç və nə üçün kədərə qapıldığının səbəbini anlamaqda sənə kömək etməsini xahiş et.

Pis əhval-ruhiyyənin öhdəsindən gəlməkdə Müqəddəs Kitabı oxumağın da böyük köməyi dəyəcək. Oradan oxuduğun ruhlandırıcı fikirlərin sənə müsbət təsiri olacaq (Məzmur 1:1—3). Müqəddəs Kitabı oxuyarkən maraqlı olsun deyə «Keçmişdən nümunə» rubrikasını nəzərdən keçir. Bu rubrika kitabın hər iki cildində də var. 2-ci cildin 227-ci səhifəsində həvari Pavelin qeyri-kamillik ucbatından yaranan mənfi hisslərin öhdəsindən necə gəldiyini oxuya bilərsən.

Məyusluqdan yaxa qurtara bilməyəndə

Rüfət deyir: «Hərdən səhərlər heç yerimdən durmağım gəlmir, çünki daha bir mənasız gün yaşamaq istəmirəm». Rüfət depressiyadan əziyyət çəkir, ancaq o, tək deyil. Statistikaya görə, yeniyetməlik dövründə hər 4 gəncdən 1-i depressiyanın bu və ya digər növündən əziyyət çəkir.

Depressiyada olub-olmadığını necə müəyyən edə bilərsən? Simptomlardan bəziləri bunlardır: əhval-ruhiyyədə və davranış tərzində güclü dəyişikliklər, özünü insanlardan təcrid etmə, demək olar, hər şeyə qarşı marağın azalması, qidalanma vərdişlərinin dəyişməsi, yuxunun pozulması, özünü lazımsız və boş yerə günahkar hiss etmək.

Əlbəttə, bu simptomlardan biri və ya bir neçəsi, demək olar ki, vaxtaşırı hamıda yaranır. Lakin əgər bu vəziyyət iki həftədən çox davam edərsə, həkimə gedib müayinə olunmaq barədə valideynlərinlə danış. Həkim sənin məyusluğa qapılmağının səbəbini anlamağa kömək edəcəka.

Əgər sən depressiyadan əziyyət çəkirsənsə, bunda utanılacaq bir şey yoxdur. Müalicədən sonra bir çoxları özlərini əvvəl olduqlarından qat-qat yaxşı hiss edirlər. Məyusluq hissinin nəyə görə yaranmasından asılı olmayaraq, Məzmur 34:18 ayəsindəki təsəlliverici sözləri heç vaxt yadından çıxartma: «Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır».

NÖVBƏTİ FƏSİLDƏ

Əgər dərin kədər hissi səni özünə qəsd etmək barədə düşünməyə vadar edirsə, nə edə bilərsən?

[Haşiyə]

a Məyusluq uzun müddət davam edəndə bəzi gənclər özlərinə qəsd etmək fikrinə düşürlər. Əgər sənin də ağlından bu cür fikirlər keçirsə, dərhal böyüklərdən etibar etdiyin bir nəfərlə söhbət et. (Əlavə məlumat üçün 14-cü fəslə bax.)

AÇAR AYƏ

“Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır” Məzmur 34:18

MƏSLƏHƏT

Əgər kefin yoxdursa, keçirdiyin hissləri və onların səbəbini bir vərəqə yaz. Bir aydan sonra yazdıqlarını yenidən oxu. Baxışlarında bir dəyişiklik olubmu? Olubsa, nəyin köməyi dəydiyini qeyd et.

BİLİRSƏN... ?

İstər qadın olsun, istər kişi ağlamaqda ayıb bir şey yoxdur. Hətta Davud padşah həyatının ən ağır anlarından birində belə demişdi: «Hər gecə ağlamaqdan döşəyim islanır, göz yaşlarımdan yatağım yaş olur» (Məzmur 6:6).

HƏRƏKƏT PLANI!

Əhval-ruhiyyəmi qaldırmaq üçün növbəti addımları ata bilərəm: ․․․․․

Kefimi açmağa kömək edən dostlarım: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Ağlamağın hansı faydası var?

● Başqaları ilə ünsiyyət məyusluğun öhdəsindən gəlməkdə sənə necə kömək edə bilər?

[96–cı səhifədəki yazı]

“Bir şeyi anladım ki, qəm-kədər hissi məni çulğayanda öz guşəmə çəkilməməliyəm. Sözsüz, hərdən düşünmək və doyunca ağlamaq üçün tək qalmaq lazım gələ bilər, ancaq sonradan insanların arasında olmalıyam ki, məni narahat edən şeylər barədə düşünməyim” Hafizə

[93–cü səhifədəki cədvəl/şəkillər]

Cədvəl

Ürəyimi sakitləşdirmək üçün

Cədvəli doldur

Vəziyyət

Müəllimim mənə yersiz irad tutur

Yanlış

Onun dərslərini oxumayacağam

Doğru

Açar: Bu cildin 20-ci fəslini oxu

Vəziyyət

Dostum məni saymır

Yanlış

Heyf çıxmaq üçün onun haqqında şayiələr yayacağam

Doğru

Açar: 2-ci cildin 10-cu fəslini oxu

Vəziyyət

Valideynlərim boşanırlar

Yanlış

Onları bağışlamayacağam

Doğru

Açar: Bu cildin 4-cü fəslini oxu

Vəziyyət

․․․․․

Yanlış

․․․․․

Doğru

․․․․․

Vəziyyət

․․․․․

Yanlış

․․․․․

Doğru

․․․․․

[95–ci səhifədəki şəkil]

Məyusluq dərin bir quyu kimidir — kömək almaqla və səy göstərməklə sən o quyudan çıxa bilərsən

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş