Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb23 sentyabr s. 11
  • Yehova pərişan insanları hifz edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova pərişan insanları hifz edir
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Oxşar material
  • Yehovaya güvəndiyimizi göstərən qərarlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Yehova «qəlbisınıqlara şəfa verir»
    Gözətçi qülləsi 2024
  • Qəm dəryasından necə çıxım?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Bizim üçün «Allaha yaxınlaşmaq xoşdur»!
    Gözətçi qülləsi 2025
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
mwb23 sentyabr s. 11

MƏSİHİ HƏYATI

Yehova pərişan insanları hifz edir

Hər kəsin həyatında kədərli anlar olur. Kədərlənmək ruhani cəhətdən zəif düşmək demək deyil. Hətta Yehovanın belə kədərləndiyi vaxtlar olurdu və O bunu gizlətmirdi (Yr 6:5, 6). Bəs əgər kədər hissi uzunmüddətlidirsə və heç cür ondan qurtula bilmiriksə, onda nə etməliyik?

Yehovadan kömək istəyin. Yehova bizim həm psixi (mental), həm də emosional cəhətdən hansı vəziyyətdə olduğumuzdan halidir. Özümüzü məyus hiss edəndə, yaxud sevinəndə Yehova bunu görür. O bizim fikirlərimizin, keçirdiyimiz hisslərin arxasında duran səbəbi bilir (Zb 7:9b). Ən əsası, Yehova bizim qeydimizə qalır, kədər hissi ilə, hətta depressiya ilə mübarizə aparmağımıza kömək edir (Zb 34:18).

Psixoloji sağlamlığınızı qoruyun. Mənfi hisslər xoşbəxtliyimizi əlimizdən ala, ibadətimizə əngəl törədə bilər. Buna görə də biz ürəyimizi, daxili aləmimizi qorumaq üçün əlimizdən gələni edirik (Ms 4:23).

«ONLARIN QƏLBİNDƏ SÜLH VAR. DEPRESSİYAYA RƏĞMƏN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Niki bacı depressiyanın öhdəsindən gəlmək üçün hansı addımları atdı?

  • Nəyin əsasında Niki müalicə almağın vacib olduğunu başa düşdü? (Mt 9:12)

  • Niki Yehovanın ona kömək etdiyinə nələrin sayəsində əmin oldu?

«Gözətçi qülləsi» № 1, 2023 sayı «Psixoloji sağlamlıq. Faydalı məsləhətlər» adlanır

Elə birini tanıyırsınız ki, «Gözətçi qülləsi» № 1, 2023 sayını oxumaq ona xüsusilə faydalı olacaq?

Psixoloji sağlamlığımızı qorumaq üçün nələr edə bilərik?

(Aşağıdakı vərdişlərdən hansını təkmilləşdirmək istəyərdiniz?)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş