Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 21 s. 150—155
  • Vaxtdan necə səmərəli istifadə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vaxtdan necə səmərəli istifadə edim?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • 1-ci çətinlik: qrafik qurmaq
  • 2-ci çətinlik: qrafikə riayət etmək
  • 3-cü çətinlik: səliqəli və mütəşəkkil ol
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
  • Qardaşın qəzəbi
    Gözətçi qülləsi 2008
  • Əmin olduğun şeylərdən bərk yapış!
    Gözətçi qülləsi 2010
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 21 s. 150—155

Fəsil 21

Vaxtdan necə səmərəli istifadə edim?

Sutkaya neçə saat əlavə etmək istəyərdin? ․․․․․

Həmin vaxtı nəyə sərf edərdin?

□ Dostlarımla ünsiyyətə

□ Yatmağa

□ Şəxsi öyrənməyə

□ Digər ․․․․․

VAXT dördnala çapan at kimidir: əgər sənin xeyrinə işləməsini istəyirsənsə, onu yüyənləməyi bacarmalısan. Vaxtını düzgün planlaşdırmağı öyrənsən, daha az stress keçirəcəksən, qiymətlərini yaxşılaşdıracaqsan və valideynlərinin daha çox etibarını qazanacaqsan. «Qulağa xoş gəlir! Ancaq elə də asan deyil!» — deyə fikirləşə bilərsən. Düzdür, çətinliklərin olacaq, ancaq sən onların öhdəsindən gələ bilərsən. Gəl görək, hansı çətinliklərlə üzləşə bilərsən.

1-ci çətinlik: qrafik qurmaq

Nə mane ola bilər? Qrafik qurmaq fikri belə səni dəhşətə gətirir! Sən sərbəst olmağı xoşlayırsan və sərt qrafik altında yaşamaq istəmirsən.

Nə üçün vacibdir? Süleyman padşah yazmışdır: «Çalışqanın niyyəti xeyir gətirər» (Süleymanın məsəlləri 21:5). Süleymanın çoxlu məsuliyyətləri var idi. O, padşah olmaqla yanaşı, ər və ata vəzifələrini də yerinə yetirirdi. Yaş ötdükcə onun həyatında gərginlik artırdı. Ola bilsin, hal-hazırda sənin də həyatın çox gərgindir. Böyüyəndən sonra isə işlərin daha da çoxalacaq. Buna görə də, işlərini planlı şəkildə görməyi nə qədər tez öyrənsən, bir o qədər yaxşıdır!

Həmyaşıdların nə deyir? «Haradasa altı ay bundan əvvəl mən işlərimi müntəzəm olaraq planlaşdırmağa başladım. Həyatımı yüngülləşdirmək istəyirdim — qrafik tutmağın böyük köməyi oldu!» (Ceyhun).

«Bütün işlərimin siyahısını tutmaq mənə qrafikdən kənara çıxmamağa kömək edir. Əlavə bir iş görmək lazım gələndə isə mən anamla oturub planlaşdırdığımız işləri yerinə yetirmək üçün bir-birimizə necə kömək edəcəyimizi yazırıq» (Mahirə).

Nə kömək edə bilər? Gəl vəziyyətə digər tərəfdən baxaq: təsəvvür et ki, ailənizlə birlikdə səyahətə hazırlaşırsınız. Hərə öz çantasını necə gəldi maşının baqajına atır. Digər əşyalara isə yer qalmır. Bəs nə etmək olar? Siz hər şeyi çıxarıb yenidən yığmağa başlayırsınız — əvvəlcə böyük çantaları, sonra isə balacaları. Və görürsünüz ki, hamısı yerləşdi!

Həyatda da belədir. Əgər əhəmiyyətsiz işlərdən başlasan, çox ehtimal ki, vacib işlərə vaxt qalmayacaq. Əvvəlcə, daha vacib işləri gör və digər işlərə nə qədər vaxt qalacağına özün də heyrətlənəcəksən! (Filipililərə 1:10).

Görməli olduğun ən vacib işlər hansılardır?

․․․․․

İndi isə həmin işləri vacibliyinə görə nömrələ. Əgər əvvəlcə vacib işləri görsən, az əhəmiyyətli işlərə kifayət qədər vaxtın qaldığına təəccüblənəcəksən.

Nə edə bilərsən? Bloknot götür və görməli olduğun işlərini vacibliyinə görə sırala. Növbəti əşyaların da sənə köməyi dəyə bilər:

□ Mobil telefonda təqvim

□ Balaca bloknot

□ Kompüterdə təqvim

□ Stolüstü təqvim

2-ci çətinlik: qrafikə riayət etmək

Nə mane ola bilər? Məktəbdən sonra «beşcə dəqiqə» dincini almaq və ya televizora baxmaq istəyirsən. Yaxud dərslərini oxumağa hazırlaşırdın ki, SMS gəlir və səni kinoya dəvət edirlər. Təbii ki, kino gözləmir, ancaq dərsləri axşam da oxumaq olar. Öz-özünə deyirsən: «Onsuz da dərsləri axır dəqiqəyə saxlayanda daha yaxşı hazırlaşıram».

Nə üçün vacibdir? Əgər dərslərini təmiz başla oxusan, daha yaxşı qiymətlər alacaqsan. Məgər həyatında stressin azdır? Onda nəyə görə yoxlama yazı işinə gecəyarısı, tez-tələsik hazırlaşmaqla stressini artırırsan? Səhər duranda özünü necə hiss edəcəksən? Birdən yatıb qaldın? Onda daha çox stress keçirəcək, evdən qaça-qaça çıxacaq və ehtimal ki, dərsə gecikəcəksən (Süleymanın məsəlləri 6:10, 11).

Həmyaşıdların nə deyir? «Mən televizora baxmağı, gitara çalmağı və dostlarımla əylənməyi sevirəm. Bilirəm, bunda pis bir şey yoxdur, ancaq bəzən vacib işləri sonraya saxladığım üçün axırda hər şeyi tələm-tələsik görməli oluram» (Culiyan).

Nə kömək edə bilər? Təkcə görməli olduğun işləri yox, zövq aldığın işləri də planlaşdır. Culiyan deyir: «Planımda maraqlı şeylər olduğunu biləndə vacib işlərimi görmək daha asan olur». Başqa bir variantı da sınaya bilərsən: qarşına nail olmaq istədiyin əsas bir məqsəd qoy, sonra da addımbaaddım ona çatmaq üçün ikinci dərəcəli məqsədlər qoy.

Nə edə bilərsən? Növbəti altı ay ərzində hansı bir və ya iki real məqsədə nail ola bilərsən?

․․․․․

Növbəti iki il ərzində hansı real məqsədə nail ola bilərsən və ona çatmaq üçün artıq indidən nə etməlisən?a

․․․․․

3-cü çətinlik: səliqəli və mütəşəkkil ol

Nə mane ola bilər? Bəlkə də, sən səliqəli və mütəşəkkil olmaqla vaxtı planlaşdırmaq arasında heç bir bağlılıq görmürsən. Üstəlik, səliqəsiz olmaq daha asan görünə bilər. Otağını yığışdırmağı sabaha da saxlaya bilərsən, yaxud heç yığışdırmasan da olar. Səliqəsizlik səni narahat etmədiyi üçün ona bir o qədər də əhəmiyyət vermirsən. Bəs bu, doğrudan da, əhəmiyyətsizdir?

Nə üçün vacibdir? Evdə səliqə-sahman olanda axtardığın şeyləri daha tez tapacaq və vaxtına qənaət edəcəksən. Bu da stressini azaldacaq və qəlb rahatlığını qorumağa kömək edəcək (1 Korinflilərə 14:40).

Həmyaşıdların nə deyir? «Hərdən paltarlarımı dərhal yerinə qoymağa vaxtım olmayanda aləm bir-birinə dəyir. Gəl indi bu qarmaqarışıqlığın içində sənə lazım olan şeyi tap» (Mendi).

«Düz bir həftə pul qabımı tapa bilmədim — xeyli stress keçirdim. Nəhayət ki, otağımı yığışdırandan sonra tapdım» (Frenk).

Nə kömək edə bilər? Götürdüyün şeyləri istifadə etdikdən sonra dərhal yerinə qoymağı adət et. Evin alt-üst olmasını gözləmə.

Nə edə bilərsən? Təmiz və səliqəli olmağı bir vərdişə çevir. Hər şeyi yerli-yerində saxla və görəcəksən ki, həyatını xeyli asanlaşdırmısan.

Vaxt hamıya eyni miqdarda verilən qızıldır. Onu necə gəldi xərcləsən, özün ziyan çəkəcəksən. Müdrik istifadə etsən, mükafatın böyük olacaq. İndi seçim sənindir.

NÖVBƏTİ FƏSİLDƏ

Ailəniz mühacirdir? Özünü həm məktəbdə, həm də evdə yad kimi hiss edirsən? Öyrən gör, bu vəziyyətdən necə yararlana bilərsən.

[Haşiyə]

a Əlavə məlumat üçün bu kitabın 39-cu fəslinə bax.

AÇAR AYƏ

“Daha vacib şeyləri ayırd etməyi [öyrənin]” Filipililərə 1:10

MƏSLƏHƏT

Bu fəsildə verilən məsləhətlərin hamısını birdən tətbiq etməyə çalışma. Növbəti bir ay ərzində bir məsləhətin üzərində işlə. Gördün alınır, o birisinə keç.

BİLİRSƏN... ?

Həddən artıq çox iş planlaşdırmağın stressə səbəb olacaq. Onları vacibliyinə görə bölsən, hansıları görməli olub-olmadığını müəyyən edə biləcəksən.

HƏRƏKƏT PLANI!

Daha az vaxt sərf etməli olduğum iş: ․․․․․

Qənaət etdiyim vaxtı növbəti işə sərf edə bilərəm: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Vaxtını planlaşdırmağı öyrənməyin gələcəkdə sənə necə kömək edəcək?

● Valideynlərindən vaxtdan düzgün istifadə etməyə dair nə öyrənə bilərsən?

● Qrafikinin daha effektiv olması üçün nə edə bilərsən?

[154–cü səhifədəki yazı]

«Bir dəfə mənim barəmdə necə zarafat etdiklərini eşitdim: “Əgər saat dörddə gəlməyini istəyirsənsə, üçə danış”. Onda başa düşdüm ki, vaxtımı düzgün planlaşdırmağı öyrənməliyəm» Riki

[155–ci səhifədəki çərçivə]

Vaxtım nəyə gedir?

8 yaşından 18 yaşına qədər olan uşaqların və yeniyetmələrin növbəti işlərə hər həftə, orta hesabla, sərf etdikləri vaxt:

17

saat valideynlərilə

30

saat məktəbdə

44

saat televizora, videooyunlara, yazışmağa və musiqi dinləməyə

Aşağıdakı şeylərə hər həftə nə qədər vaxt sərf etdiyini yaz:

televizora ․․․․․

videooyunlara ․․․․․

İnternetə ․․․․․

musiqiyə ․․․․․

Cəmi ․․․․․

Həmin vaxtdan bu qədərini daha vacib işlərə sərf edə bilərəm:

[153–cü səhifədəki şəkil]

Vaxt dördnala çapan at kimidir — onu yüyənləməyi öyrən

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş