Gənc oxucularımız üçün
Əmin olduğun şeylərdən bərk yapış!
Təlimat. Bu tapşırığı sakit şəraitdə et. Ayələri oxuyanda özünü hadisələrin iştirakçısı kimi təsəvvür et. Hadisələri gözünün qabağında canlandır. Səsləri eşitməyə və baş qəhrəmanların keçirdiyi hissləri duymağa çalış.
Baş qəhrəmanlar: Yeremya peyğəmbər, padşah sarayında xidmət edən Eved-Melek və Sidqiya padşah
Qısa icmal. Allahın xəbərini bəyan edən Yeremya yəhudilərə deyir ki, xaldeylilərə təslim olsunlar, lakin xalq ona qarşı çıxır.
2 BU EPİZODU ARAŞDIR. YEREMYA 38:1—5 AYƏLƏRİNİ OXU.
Necə fikirləşirsən, Yeremya yəhudilərlə danışarkən hansı hissləri keçirirdi?
․․․․․
Səncə, Yeremya hansı hisslərlə Yehovanın hökm xəbərini bəyan edirdi?
․․․․․
DAHA DƏRİNDƏN ARAŞDIR.
Allahın hökm xəbərini belə cəsarətlə bəyan etmək üçün Yeremya dediklərinə nə dərəcədə əmin olmalı idi?
․․․․․
2 BU EPİZODU ARAŞDIR. YEREMYA 38:6—13 AYƏLƏRİNİ OXU.
Su quyusunun enini, dərinliyini təsəvvür etməyə və qoxusunu duymağa çalış.
․․․․․
Yeremya ‘çirkaba batdıqca’ nə haqda düşünə bilərdi? (6-cı ayəni yenidən oxu.)
․․․․․
DAHA DƏRİNDƏN ARAŞDIR.
Nəşrlərimizin köməyilə Müqəddəs Kitabın yazıldığı dövrdə istifadə olunan su quyuları haqda bilmədiklərini öyrən. ․․․․․
Eved-Meleki padşahın yanına gedib Yeremyanı quyudan çıxarmağı xahiş etməyə nə təşviq etmişdi? (7—9 ayələrini yenidən oxu.)
․․․․․
Nəyə görə Sidqiya əvvəlcə başçıların, sonra da Eved-Melekin təklifi ilə belə asanlıqla razılaşdı? (5 və 10 ayələrini yenidən oxu.) Bu, onun necə insan olduğunu göstərir? Sənin fikrincə, nəyə görə o, qərarında qəti deyildi?
․․․․․
Bu hadisədə kim qəti qərarlı, kim isə zəif iradəli idi? Nəyə görə belə düşünürsən?
․․․․․
3 ÖYRƏNDİKLƏRİNİ TƏTBİQ ET. AŞAĞIDAKILAR HAQQINDA ÖYRƏNDİKLƏRİNİ YAZ.
Cəsarət.
․․․․․
Əminlik.
․․․․․
Yehova heç nədən qorxmayaraq Ona itaət edənləri necə müdafiə edir?
․․․․․
Sınaqlar zamanı qəti qərarlı olmağın sənə düzgün davranmağa necə kömək edəcək?
․․․․․
4 BU ƏHVALATDA SƏNİN ÜÇÜN ƏN ÇOX ƏHƏMİYYƏT KƏSB EDƏN NƏDİR VƏ NƏ ÜÇÜN?
․․․․․