Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 22
  • Beytellərdə görülən iş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Beytellərdə görülən iş
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Rəhbərlik Şurasının məktubu
    Müqəddəs ibadətimiz 2006
  • Rəhbərlik Şurası necə təşkil olunub?
    Gözətçi qülləsi 2008
  • Təbliğ işimizə dəstək olan tikililər
    İanələriniz hara xərclənir?
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Yehova Allahın müasir xalqı
jl d. 22

DƏRS 22

Beytellərdə görülən iş

Solomon Adalarında bir qrup kişi filialın işini təşkil edir

Solomon Adaları

Kanadadakı Beyteldə işləyən Yehovanın Şahidi

Kanada

Ədəbiyyatları daşıyan yük maşınları

Cənubi Afrika

Hər Beytel bir, yaxud bir neçə ölkədə görülən təbliğ işinə cavabdehdir. Orada müxtəlif şöbələr fəaliyyət göstərir. Beyteldə xidmət edən bacı-qardaşlar tərcümə işində, jurnalların çap edilməsində, kitabların cildlənməsində, onların anbarlara yığılmasında və audio-video məhsulların hazırlanmasında iştirak edirlər. Bundan başqa, Beytellər nəzarət etdikləri bölgəylə bağlı məsələlərə də baxırlar.

Filial komitəsinin işi. Rəhbərlik Şurası Beytellərin işinə nəzarəti filial komitələrinə həvalə edib. Filial komitəsi ən azı üç təcrübəli ağsaqqaldan ibarət olur. Komitə öz nəzarəti altında olan ölkələrdə fəaliyyətimizin gedişatilə, yaranan problemlərlə bağlı Rəhbərlik Şurasına məlumat verir. Bu məlumatın əsasında Şura gələcək nəşrlər, yığıncaqlar və böyük toplantılar üçün mövzular hazırlayır. Rəhbərlik Şurası filial komitəsinə tövsiyə və göstərişlər vermək üçün mütəmadi olaraq öz nümayəndəsini filiallara göndərir (Məsəllər 11:14). Onun gəlişi ilə əlaqədar filialın cavabdeh olduğu ərazidə yaşayan bacı-qardaşlar üçün xüsusi görüş təşkil olunur, görüş zamanı baş idarənin nümayəndəsi çıxış edir.

Yığıncaqlara dayaq. Beyteldəki məsul qardaşlar yeni yığıncaqların təsis olunmasını təsdiq edirlər. Qardaşlar həmçinin filial ərazisində xidmət edən öncüllərin, xüsusi təyinatlı müjdəçilərin, rayon nəzarətçilərin fəaliyyətinə rəhbərlik edirlər. Bundan savayı, onlar böyük toplantılar təşkil edir, yeni ibadət evlərinin inşasına və ədəbiyyatların yığıncaqlara çatdırılmasına nəzarət edir. Filialda görülən bütün işlər təbliğ fəaliyyətinin mütəşəkkil surətdə icra olunmasına xidmət edir (1 Korinflilərə 14:33, 40).

  • Filial komitəsi Rəhbərlik Şurası ilə necə əməkdaşlıq edir?

  • Beyteldə hansı işlər görülür?

TÖVSİYƏ

Bazar ertəsindən cümə gününə kimi Beyteldə ekskursiya keçirilir. Sizi ekskursiyaya dəvət edirik. Filiala gələndə yığıncağa geyindiyiniz kimi geyinin. Biz əminik ki, siz Beyteldəki ruhani ab-havadan xoş təəssüratlarla ayrılacaqsınız.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş