Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/06 s. 1
  • Rəhbərlik Şurasının məktubu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəhbərlik Şurasının məktubu
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Qapımız hamının üzünə açıqdır!
    Gözətçi qülləsi 2010
  • Unudulmayan yaxşı işlər
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Beytellərdə görülən iş
    Yehova Allahın müasir xalqı
  • Beytel
    Yehova Allahın müasir xalqı
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 9/06 s. 1

Rəhbərlik Şurasının məktubu

Padşahlığın əziz təbliğçiləri!

2006-cı xidmət ili ərzində Yehovanın kəlamının necə ‘qüdrətlə yayılıb nüfuz qazandığını’ sizə xəbər verməyə çox şadıq (Həv. iş. 19:20).

2005-ci ilin sentyabr ayından başlayaraq hər ay orta hesabla 110 qardaş və bacı vəftiz olunub. Belə artımın sayəsində 2006-cı il sentyabrın 1-dən bizim ərazidə 7 təzə teokratik rayon təşkil ediləcək, 2006-cı xidmət ili ərzində isə 75 yeni yığıncaq və 109  uzaq ərazilərdə yerləşən qruplar təşkil edilmişdir. Buna görə də yığıncaqlarda tə’yin edilmiş qardaşlara hələ də güclü tələbat var. Əziz qardaşlar, sizi müqəddəs ruh vasitəsilə yığıncaqlarda şərəfli vəzifələrə tə’yin edilmək üçün tələblərə müvafiq olmağa can atmağa də’vət edirik.

Təbliğçilərə tələbat olan yerlərə köçmək çağırışına təbliğçilərin həvəslə hay verməsi ruhlandırıcıdır. Bu cür rə’ylər almışıq: «Bu məqalə necə də vaxtında gəldi!», «bu məqalə mənim dualarıma cavab oldu», «bu imkanı əldən buraxmaq istəmirəm». Bir çoxları artıq köçüb, digərləri isə bunu əlverişli vaxtda etməyi planlaşdırırlar. Filial təbliğçilərdən və xidməti komitələrdən daima məktublar alır. Onlar ehtiyac olan yerlərdəki yığıncaqlarla əlaqə saxlamağa kömək etməyi xahiş edirlər.

Müqəddəs ruhun tə’siri sayəsində Yehovanın «kəlamı» başqa dilli ərazilərdə də artır. Öz ana dilində ədəbiyyat alan bir qadın sevinclə demişdir: «Mən öz doğma dilimdə altı ildir ki, heç nə görməmişəm!» Xoş xəbərə səmimi hay verənləri görən bir çox təbliğçilər, ruhani tələbatı olanlara Allah haqqında həqiqəti öyrətmək üçün başqa dili öyrənməyə həvəslənmişlər. Artıq ölkənin müxtəlif yerlərində abxaz, altay, başqır, çin, fransız, gürcü, özbək, tuva və yakut dillərində qruplar təşkil edilmişdir. Azərbaycan, çuvaş, ingilis, osetin, tatar və rus jest dillərində yığıncaqlar var.

Filial və orada görülən işlər xoş xəbərin yayılmasına kömək edir. Solneçnoye qəsəbəsində yerləşən bizim Bet-Elə gələnlərin çoxunu burada görülən işlər valeh edir. Ekskursiyaya gələnlərdən bir qrup belə demişdir: «Biz çox məmnunuq, Allahın evi bizi heyran etdi». Bet-Elə səyahət, bə’zilərini pioner xidmətinə başlamağa və ya xidmətlərini başqa üsullarla genişləndirməyə sövq etmişdir. Yayda, vilayət konqresi ərəfəsində ay ərzində təxminən 200 ekskursiya keçirilmiş, il ərzində isə 12 000-dən çox adam filiala səyahət edir.

Həm ədəbiyyat hazırlamağa, həm də bir çox başqa şeylərə sərf edilmək üçün səxavətlə verdiyiniz könüllü ianələrin sayəsində Məsihin ‘malikanəsi’ artır (Luka 12:42-44). Sizin səxavətiniz həm də Yehovanın ruhunun verdiyi rəhbərliyi izləyərək xoş xəbəri fəallıqla yaymağınızdan, konqreslərin təşkil olunmasında sə’ylə çalışmağınızdan, həmçinin Padşahlıq Zallarının tikintisində və qulluq göstərməkdə gücünüzü əsirgəməməyinizdən görünür. Bu səxavətli ruhu qoruyub saxlamağınızı və övladlarınıza aşılamağınızı sizdən xahiş edirik (2 Kor. 8:7, 9).

Sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Rusiyadakı mərkəzi idarəsi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş