Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/8 s. 17—19
  • Qapımız hamının üzünə açıqdır!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qapımız hamının üzünə açıqdır!
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Bet-El nədir?
  • Bəzi bet-ellilərlə tanışlıq
  • Ruhlandırıcı ekskursiya
  • Yolunuzu gözləyirik!
  • Unudulmayan yaxşı işlər
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Beytel
    Yehova Allahın müasir xalqı
  • Rəhbərlik Şurasının məktubu
    Müqəddəs ibadətimiz 2006
Gözətçi qülləsi 2010
w10 15/8 s. 17—19

Qapımız hamının üzünə açıqdır!

HAMIMIZ Yehovanın Şahidlərinin Bet-El kimi tanınan filiallarından birinə dəvət olunuruq. Müxtəlif ölkə və ərazilərdə yerləşən belə mərkəzlərin sayı 118-ə yaxındır. Çoxları Bet-Elə baş çəkəndən və burada gedən işlə yaxından tanış olandan sonra öz xoş təəssüratları ilə bölüşürlər.

Müqəddəs Kitabı öyrənən bir gənc oğlan Meksika filialında çiyin-çiyinə xidmət edənləri görəndən sonra soruşdu: «Burada qalmaq üçün mən nə edə bilərəm?» Ona dedilər: «Əvvəlcə vəftiz olmalısan. Yaxşı olardı ki, sonra pioner — Padşahlığın tammüddətli xidmətçisi kimi xidmət etməyə başlayasan». Cavan oğlan verilmiş məsləhətlərə əməl etdi və iki ildən sonra Bet-Elə dəvət olundu. Son 20 il ərzində o, Meksikadakı Bet-Eldə xidmət etmişdir.

Bet-El nədir?

İbrani dilində «Bet-El» sözü «Allahın evi» mənasını daşıyır (Yar. 28:19, haşiyə). Bu filialların əsas vəzifəsi Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatlar hazırlayıb paylamaq, eləcə də Yehovanın Şahidlərinin bütün dünyada mövcud olan 100 000-dən çox yığıncaqlarına ruhani kömək göstərməkdir. 20 000-ə yaxın bet-elli — müxtəlif mədəniyyətlərdən və sosial təbəqələrdən olan kişi və qadın tammüddətli xidmətçi kimi Yehovaya və ruhani bacı-qardaşlarına fədakarlıqla xidmət edir. Uzun illər ərzində bu xidmətdə olanlar gənclərlə birgə çiyin-çiyinə xidmət edirlər. Bet-El ailəsinin üzvləri axşamlar və həftə sonları Yehovanın Şahidlərinin yaxınlıqda keçirilən yığıncaqları ilə sıx ünsiyyətdə olur və onlarla birgə xidmətdə iştirak edirlər. Onlar həmçinin boş vaxtlarında Müqəddəs Kitabı öyrənir, istirahət edir və şəxsi işləri ilə məşğul olurlar.

Bet-El ailəsinin üzvləri az məbləğdə aylıq xərclik alırlar. Onlar dadlı və faydalı yeməklər yeyir, təmiz və rahat otaqlarda yaşayırlar. Bu otaqlar dəbdəbəli və təmtəraqlı deyil, ancaq orada şərait çox əlverişlidir. Bet-Elə gələnləri təkcə səliqəli binalar, ətraf ərazilər və nizam-intizam yox, həm də orada hökm sürən xeyirxahlıq və əməkdaşlıq ruhu heyrətləndirir. Hamının səylə çalışmasına baxmayaraq, onlar başqalarına diqqət göstərməyə çalışırlar. Bet-Eldə nə sosial ayrı-seçkilik var, nə də heç kim öz təyinatına görə digərlərindən üstün sayılmır. İstər təmizlik işi, istər bağbanlıq, istər aşbazlıq, istərsə də çapxana və ya ofis işi — bütün bunların hamısı vacib işlərdir. Bet-Eldə xidmət edənlər birgə çalışaraq Yehovanın Şahidlərinin xidmətlərinə dəstək olurlar (Kolos. 3:23).

Bəzi bet-ellilərlə tanışlıq

Gəlin bu beynəlxalq ailənin üzvlərindən bəziləri ilə yaxından tanış olaq. Görək Bet-Eldə xidmət etməyə onları nə təşviq etmişdir? Maryonun nümunəsinə nəzər salaq. Yehovanın Şahidi olanda onun Almaniyanın tanınmış avtomobil şirkətlərindən birində sərfəli işi və vəzifədə irəliləmək imkanı vardı. Vəftizindən bir az sonra o, yaşadığı ölkənin Bet-Elində könüllü kimi bir həftə ərzində tipoqrafiyada xidmət etməyə dəvət olundu. Maryo Bet-Eldə birlikdə xidmət etdiyi əməkdaşları ilə dünyəvi işindəki insanlar arasında aydın fərqi gördü. Buna görə də o, Bet-Eldə tammüddətli xidmət etmək üçün ərizə yazdı. Bir çox qohumları və iş yoldaşları onun bu qərarını başa düşə bilməsələr də, Maryo Almaniya Bet-Elində xidmət etməkdən böyük sevinc duyur.

Bet-Eldə xidmət etməyə başlayanda bir çox bacı-qardaşların xüsusi təhsili və ya bacarığı olmayıb. Bu, Meksika Bet-Elində 15 ildir ki, xidmət edən Abelin nümunəsindən görünür. «Bet-El mənim üçün əsil məktəb olub», — deyə o vurğulayır. «Mən çox mürəkkəb çap maşınlarını idarə etməyi öyrənmişəm. Bilirəm ki, bu biliklə Bet-Eldən kənarda çoxlu pul qazana bilərəm, ancaq burada malik olduğum sakit və məmnunedici həyat tərzini isə heç yerdə tapa bilmərəm; çünki bu dünyada pul müqabilində işlənilən iş yerləri problemlərlə doludur və orada rəqabət ruhu hökm sürür. Burada aldığım təlim ruhani cəhətdən inkişaf etməyimə və dünya görüşümün artmasına kömək edib. Hətta ən yaxşı universitetlərdə belə bu cür ruhani fayda əldə edə bilməzdim».

Ruhlandırıcı ekskursiya

Sadəcə bir dəfə Bet-Eldə olmaq insanın ruhaniliyinə müsbət təsir göstərə bilər. Meksikada yaşayan Ömər buna bariz nümunədir. Uşaqlıqdan anası ona Müqəddəs Kitab həqiqətlərini aşılamışdı. Lakin 17 yaşında Ömər yığıncaq görüşlərinə gəlməyə və təbliğ xidmətində iştirak etməyə son qoydu. Nəticədə o, pis həyat tərzi sürməyə başladı və maddi hərisliyə qurşandı. Sonralar rabitə şirkətində işləyəndə o, bəzi avadanlıqları nümayiş etdirmək üçün Meksika Bet-Elinə gələnlərin arasında idi. Ömər deyir: «İşimizi qurtardıqdan sonra bizim üçün Bet-Eldə ekskursiya keçirdilər. Gördüklərim və mənə qarşı olan xeyirxah münasibət məni Yehovaya məqbul olmayan həyat tərzim barədə düşünməyə vadar etdi. Mən dərhal yığıncaqlara getməyə və Müqəddəs Kitabı öyrənməyə başladım. Bet-Eldə olduqdan altı ay sonra vəftiz olundum. Məni yenidən xidmətə başlamağa təşviq etdiyi üçün Yehovaya çox minnətdaram».

Yaponiyadan olan Masahiko da məsihçi ailəsində böyüyüb. Buna baxmayaraq, o, məsihçi həyat tərzinin insanı həyatda çox şeylərdən məhrum etdiyini düşünməyə başladı. Vaxt keçdikcə, onun başı məktəb işlərinə qarışdı və o, artıq yığıncaq görüşlərinə getmir və təbliğ xidmətində iştirak etmirdi. Masahiko xatırlayır: «Bir gün ailəmiz və bir neçə məsihçi dostlarımız Bet-Elə ekskursiyaya getmək qərarına gəldi. Ailəmin təkidi ilə mən də onlarla getdim. Heç vaxt belə ruhlanmamışdım. Dünyəvi dostlarımla ünsiyyət mənə məsihçilərlə ünsiyyətdə olmaq qədər məmnunluq gətirməmişdi. Məndə məsihçi kimi yaşamağa güclü istək yarandı və Müqəddəs Kitabı öyrənməyi qərarlaşdırdım». Hal-hazırda Masahiko öz yığıncağında tammüddətli xidmət edir.

Bir bacı işləmək üçün Fransadan Moskvaya köçür. Burada o, Yehovanın xalqı ilə əlaqəni itirir və ruhən zəifləməyə başlayır. O, səhvlərə yol verir, nəticədə isə dünyəvi insanla ailə qurur. Sonra bir bacı Fransadan onu görməyə gəlir və onlar birlikdə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Bet-Elə gedirlər. O yazır: «Bet-Eldə bizi çox mehriban qarşıladılar və bu, mənə güclü təəssürat bağışladı. Hamı bir-birilə sülh içində yaşayırdı və mən orada Yehovanın ruhunun hökm sürdüyünü hiss etdim. Özümdən soruşdum: “Yehovanın təşkilatından uzaqlaşaraq bu böyük səhvə necə yol verdim?” Bet-Eldən qayıdandan sonra mənə kömək etməsi üçün Yehovaya dua etdim və qətiyyətlə Müqəddəs Kitab həqiqətlərini qızlarıma öyrətməyə başladım». Bir zamanlar ruhən zəifləmiş bu bacıya ruhani kömək göstərildi, bununla yanaşı Bet-Eldə olmaq da onu çox möhkəmləndirdi, bundan sonra o, ruhən inkişaf etməyə başladı.

Bəs Bet-Eldə olmaq Yehovanın Şahidləri ilə yaxından tanış olmayan insanlara necə təsir göstərir? Siyasətlə ciddi məşğul olan Alberto 1988-ci ildə Braziliya Bet-Elində olmuşdu. Oradakı təmizlik, nizam-intizam və işlərin gizlin görülməməsi ona təsir etdi. Bet-Eldən sonra Alberto qaynının keşiş kimi xidmət etdiyi ruhani seminariyaya gedir. Bet-Ellə seminariya arasında ziddiyyət olduğunu görən Alberto deyir: «Seminariyada hər şey sirdir». Bet-Eldə olduqdan qısa müddət sonra o, Müqəddəs Kitabı öyrənməyə başladı, siyasəti tərk etdi və indi yığıncaqda ağsaqqal kimi xidmət edir.

Yolunuzu gözləyirik!

Çoxları öz ölkələrindəki filialda olmaq üçün çoxlu güc və səy sərf etmişlər. Məsələn, Braziliyadan olan Paulo ilə Euxeniya Bet-Eli görmək üçün dörd il ərzində pul yığmışdılar; onlar 2 gün avtobusla 3 000 kilometrlik yol getdilər. Onlar deyirlər: «Bu, göstərdiyimiz bütün səylərə dəydi. İndi biz Yehovanın təşkilatı haqqında daha geniş təsəvvürə malikik. Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Bet-Eldə görülən işlər barədə danışanda bəzən onlar soruşurlar: “Siz orada olmusunuz?” İndi biz “bəli” deyə cavab verə bilirik».

Sizin yaşadığınız ölkədə və ya yaxın ərazidə Bet-El və ya ofis varmı? Biz sizi onları görməyə dəvət edirik. Bet-Elə gəlsəniz, əmin ola bilərsiniz ki, siz xoş qarşılanacaq və Yehovaya xidmətinizi davam etdirmək üçün ruhlanacaqsınız.

[18-ci səhifədəki şəkil]

Maryo

[18 səhifədəki şəkil]

Abel

[18-ci səhifədəki şəkil]

Almaniya

[18-ci səhifədəki şəkil]

Yaponiya

[18-ci səhifədəki şəkil]

Braziliya

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş