Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 21
  • Beytel

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Beytel
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Qapımız hamının üzünə açıqdır!
    Gözətçi qülləsi 2010
  • Unudulmayan yaxşı işlər
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Rəhbərlik Şurasının məktubu
    Müqəddəs ibadətimiz 2006
  • Bütün diqqət təbliğ xidmətinə cəmlənir
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
Yehova Allahın müasir xalqı
jl d. 21

DƏRS 21

Beytel

İki Yehovanın Şahidi Beyteldə bədii tərtibat şöbəsində işləyir

Bədii tərtibat şöbəsi (ABŞ).

Yehovanın Şahidi Almaniyadakı Beytelin mətbəəsində işləyir

Almaniya

Yehovanın Şahidi Keniyadakı Beytelin camaşırxanasında işləyir

Keniya

Ofisiantlar Kolumbiyadakı Beytelin yeməkxanasında süfrə hazırlayır

Kolumbiya

Beytel ibrani dilindən tərcümədə «Allahın evi» deməkdir (Yaradılış 28:17, 19). Yehovanın Şahidlərinin təbliğ fəaliyyətinə nəzarət edən və dünyanın müxtəlif yerlərində yaradılan idarələr, yaxud filiallar Beytel adlanır. Baş idarə ABŞ-ın Nyu-York ştatında yerləşir. Rəhbərlik Şurası buradan bütün filialların fəaliyyətinə nəzarət edir. Beyteldə xidmət edənlər bir ailə kimi bir yerdə işləyir, bir yerdə yaşayır, bir süfrə arxasında yemək yeyir və birlikdə Müqəddəs Kitabı öyrənirlər (Zəbur 133:1).

Fədakar ailə. Beyteldə xidmət edənlər özlərini Allahın işinə həsr ediblər və bunun üçün əllərindən gələni əsirgəmirlər (Mətta 6:33). Bu bacı-qardaşlar maaş almırlar, lakin onlar otaqla, yeməklə və müəyyən məbləğdə xərcliklə təmin olunurlar. Beyteldə hər kəsin öz işi var, kimisi ofisdə, kimisi mətbəxdə, kimisi yeməkxanada işləyir. Başqaları isə mətbəədə, cildləmə emalatxanasında, camaşırxanada, təmizlik və texniki xidmət şöbələrində və sairə sahələrdə çalışırlar.

Müjdəçilik işinin dirəyi. Bütün dünyadakı Beytellər insanları Müqəddəs Kitab barədə maarifləndirmək məqsədinə xidmət edir. Bu broşür də buna bir nümunədir. Broşür Rəhbərlik Şurasının nəzarəti altında yazılmış, sonra elektron formatda bütün dünyada olan tərcümə qruplarına göndərilmişdir. Daha sonra Beytel mətbəələrində yüksək sürətli çap maşınlarında dərc olunmuş və sayı 118 000-dən çox olan yığıncaqlara göndərilmişdir. Bu broşürün ərsəyə gəlməsində xidməti olan bütün Beytel ailələri ən vacib işə — müjdəçilik işinə böyük töhfə vermişlər (Mark 13:10).

  • Beyteldə kimlər xidmət edir? Onlar nə ilə təmin olunurlar?

  • Beytel ailəsi hansı vacib işi dəstəkləyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş