MƏSİHİ HƏYATI
Unudulmayan yaxşı işlər
Yehovanın xidmətçilərinin hər biri Onun yolunda yaddaşdan silinməyəcək yaxşı işlər görə bilər. Valideyn övladlarının nailiyyətlərini qiymətləndirdiyi kimi, Yehova da bizim çəkdiyimiz zəhməti və adına göstərdiyimiz məhəbbəti unutmur (Mt 6:20; İb 6:10). Düzdür, hamının bacarığı, vəziyyəti eyni deyil. Amma Yehovaya var gücümüzlə xidmət etsək, sevinc duyacağıq (Qt 6:4; Kl 3:23). İllər ərzində minlərlə dindaşımız Beyteldə xidmət edib. Bəs siz Beyteldə xidmət edə bilərsiniz? Əgər imkanınız yol vermirsə, başqasını bu xidmətə təşviq edə bilərsiniz? Yaxud Beyteldə xidmət edən ailə üzvünüzə xidmətini davam etdirməyə kömək edə bilərsiniz?
«BEYTEL XİDMƏTİ ÜÇÜN YARARLI OLUN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Beyteldə xidmət etməyə insanı nə təşviq etməlidir?
Beytel xidmətinin gətirdiyi nemətlərlə bağlı bəzi dindaşlarımız nə deyir?
Beyteldə xidmət etmək üçün hansı tələblərə cavab vermək lazımdır?
Beytel xidməti üçün müraciəti necə edə bilərsiniz?