Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kr fəs. 16 s. 170—181
  • İbadət üçün görüşlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbadət üçün görüşlər
  • Allahın Padşahlığı hökmranlıq edir!
  • Başlıqlar
  • Oxşar material
  • Bir yerə yığılmağımızın səbəbi
  • «Məhəbbətə və yaxşı işlərə» təşviq edən həftəlik görüşlər
  • İlin ən mühüm görüşü
  • Əhval-ruhiyyəmiz nədən xəbər verir?
  • Məhəbbətə və yaxşı işlərə təşviq edən görüşlər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Sizi səmimi-qəlbdən dəvət edirik
    Gözətçi qülləsi 2009
  • Yehovanın Şahidlərinin ibadət görüşlərinin sizə faydası
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Birlikdə ibadət etmək vacibdir
    Gözətçi qülləsi 2016
Əlavə
Allahın Padşahlığı hökmranlıq edir!
kr fəs. 16 s. 170—181

FƏSİL 16

İbadət üçün görüşlər

MÖVZU

Yığıncaqlarımızın inkişafı və vacibliyi

1. Bir yerə toplaşan şagirdlər hansı köməkliyi aldılar və nəyə görə onların buna ehtiyacı var idi?

İSANIN dirilməsindən qısa müddət sonra şagirdlər bir-birini ruhlandırmaq üçün bir yerə toplaşmışdılar. Ancaq onlar düşmənlərin qorxusundan qapıları kilitləmişdilər. Görünür, İsa qəfildən peyda olub onların arasında duraraq: «Müqəddəs ruhu alın», — deyəndə onların qorxusu yox oldu. (Yəhya 20:19—22 ayələrini oxuyun.) Sonradan şagirdlər yenidən bir araya gəldilər və Yehova onların üzərinə müqəddəs ruh tökdü. Şübhəsiz, bu, onları qarşıda gözləyən təbliğ işini həyata keçirmək üçün möhkəmləndirdi (Həv. 2:1—7).

2. a) Yehova bizi necə möhkəmləndirir və nəyə görə buna ehtiyacımız var? b) Ailəvi ibadət nəyə görə vacibdir? (Haşiyəyə və 175-ci səhifədəki «Ailəvi ibadət» adlı çərçivəyə baxın.)

2 Bu gün biz də, birinci əsrdəki qardaşlarımız kimi, eyni çətinliklərlə üzləşirik (1 But. 5:9). Hərdən bizdə insan qorxusu yarana bilər və belə olan halda təbliğ xidmətini davam etdirmək üçün bizə Yehovanın gücü gərəkdir (Efes. 6:10). Yehova gücünü ən çox görüşlər vasitəsilə verir. Bizim həftədə iki dəfə keçirilən yığıncaq görüşlərində iştirak etmək imkanımız var. Bunlar açıq görüş və «Gözətçi qülləsi» müzakirəsi, həmçinin həftəarası keçirilən Məsihi həyatı və ibadəti adlanan görüşdüra. Bundan əlavə bizim ildə dörd əlamətdar görüşümüz olur — regional toplantı, iki rayon toplantısı və Məsihin ölümünü anma mərasimi. Nəyə görə bu görüşlərin hamısında iştirak etmək vacibdir? Bəs yığıncaqlarımız zaman keçdikcə necə dəyişilməyə başladı? Yığıncaq görüşlərinə olan münasibətimiz bizim haqqımızda nə deyir?

Bir yerə yığılmağımızın səbəbi

3, 4. Yehova Öz xalqından nə tələb edir? Nümunə çəkin.

3 Ta qədimdən Yehova Öz xalqına ibadət üçün birgə toplaşmağı buyurur. Misal üçün, b. e. ə. 1513-cü ildə Yehova Allah İsrail xalqına Öz Qanununu vermişdi və bu Qanuna hər həftə Şənbə gününə riayət etmək də daxil idi. Həmin gün hər bir ailənin Yehovaya ibadət etmək və Onun Qanununu öyrənmək imkanı var idi (Qan. 5:12; 6:4—9). İsraillilər bu əmrə riayət etdikləri müddətdə ailələr möhkəmlənir və xalq ruhani cəhətdən təmiz və möhkəm qalırdı. Ancaq xalq Yehovaya ibadət etmək üçün müntəzəm toplaşmaq kimi tələblərə etinasızlıq göstərərək Qanuna əməl etməyəndə Allahın rəğbətini itirirdi (Lav. 10:11; 26:31—35; 2 Saln. 36:20, 21).

4 Gəlin həmçinin İsanın nümunəsinə nəzər salaq. Onun hər həftə Şənbə günü sinaqoqa getmək adəti var idi (Luka 4:16). İsanın ölümündən və dirilməsindən sonra onun şagirdləri artıq Şənbə qanunu altında olmasalar da, birgə toplaşmağa davam edirdilər (Həv. 1:6, 12—14; 2:1—4; Rom. 14:5; Kol. 2:13, 14). Birinci əsrdəki məsihilər bu görüşlərdə nəsihət almaqla və ruhlanmaqla yanaşı, həm də Allaha mədh qurbanları gətirirdilər: onlar dualar edir, şərhlər verir və nəğmələr oxuyurdular (Kol. 3:16; İbr. 13:15).

İsa Məsih dirildikdən sonra həvarilərin yığışdığı otaqda peyda olur

İsa Məsihin şagirdləri bir-birlərini möhkəmləndirib ruhlandırmaq üçün bir yerə toplaşırdılar

5. Həftəlik görüşlərdə və illik toplantılarda iştirak etməyimizin məqsədi nədir? (Həmçinin 176 və 177-ci səhifələrdəki «Allahın xalqını birləşdirən illik görüşlər» adlı çərçivəyə baxın.)

5 Eynilə, biz də həftəlik görüşlərdə və hər il keçirilən böyük toplantılarda iştirak etməklə Padşahlığı dəstəklədiyimizi göstərir, Yehovadan bizi möhkəmləndirən müqəddəs ruh alır və imanımızı izhar etməklə başqalarını ruhlandırırıq. Ən vacibi isə, bizim dualar, şərhlər və nəğmələr vasitəsilə Yehovaya ibadət etmək imkanımız var. Yığıncaq görüşlərimizin israillilərin və birinci əsrdəki məsihilərin keçirdikləri görüşlərdən fərqlənməsinə baxmayaraq, bu gün keçirilən görüşlər də eyni dərəcədə vacibdir. Gəlin görək müasir dövrdə yığıncaq görüşlərimizdə hansı dəyişikliklər baş verib.

«Məhəbbətə və yaxşı işlərə» təşviq edən həftəlik görüşlər

6, 7. a) Yığıncaq görüşlərimizin məqsədi nədir? b) Yığıncaq görüşləri müxtəlif qruplarda necə keçirilirdi?

6 Çarlz Teyz Rassel qardaş Allahın Kəlamından həqiqətləri araşdırmağa başlayanda eyni məqsədləri olan insanların birgə toplaşmasının zəruri olduğunu başa düşdü. 1879-cu ildə o yazmışdı: «Pitsburqdakı əməkdaşlarımla birgə Müqəddəs Kitab dərnəyi təşkil etmişik və hər bazar günü Allahın Kəlamını araşdırmaq üçün toplaşırıq». «Sion Gözətçi qülləsi» jurnalı öz oxucularını birgə toplaşmağa təşviq edirdi və artıq 1881-ci ildə Pitsburqda (Pensilvaniya) yığıncaq görüşləri hər çərşənbə və bazar günləri keçirilirdi. «Gözətçi qülləsi» jurnalının 1895-ci il noyabr sayında deyilirdi ki, bu görüşlərin məqsədi «məsihi qardaşlığını və məhəbbət tellərini» möhkəmləndirmək və görüşə gələnlərə bir-birini ruhlandırmaq imkanı verməkdir. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.)

7 Uzun illər ərzində Müqəddəs Kitab Tədqiqatçılarının yığıncaq görüşləri müxtəlif qruplarda müxtəlif cür keçirilirdi, hətta görüşlərin sayı da bir-birindən fərqlənirdi. Məsələn, 1911-ci ildə Birləşmiş Ştatlardakı qruplardan birindən gələn məktubda deyilirdi: «Biz hər həftə, ən azı, beş dəfə yığıncaq görüşü keçiririk». Onlar bu görüşləri bazar ertəsi, çərşənbə, cümə günü bir dəfə, bazar günü isə iki dəfə keçirirdilər. Afrikadan gələn və 1914-cü ildə dərc olunan məktubda isə deyilirdi: «Biz yığıncaq görüşlərini ayda iki dəfə keçiririk. Bu görüşlər cümə günü başlayıb bazar günü axşam qurtarır». Ancaq vaxt keçdikcə yığıncaq görüşlərimizdə dəyişikliklər edildi və tədricən indiki kimi keçirilməyə başlandı. Gəlin qısaca hər bir görüşün tarixçəsinə nəzər salaq.

8. İlk məruzələrin mövzusu nədən ibarət idi?

8 Açıq görüş. 1880-ci ildə, Rassel qardaş «Sion Gözətçi qülləsi» jurnalını dərc etməyə başlayandan bir il sonra İsanın nümunəsini təqlid edərək təbliğ səyahətinə başladı (Luka 4:43). Həmin səyahətlər zamanı Rassel qardaş bu gün açıq görüş kimi tanıdığımız görüşlərin keçirilməsi üçün nümunə qoydu. «Gözətçi qülləsi»ndə səyahətlə bağlı dərc olunan elanda deyilmişdi ki, Rassel qardaş «açıq görüşdə “Allahın Padşahlığına aid şeylər” adlı məruzə ilə çıxış etməyə şad olacaq». Müxtəlif ölkədə dərnəklər, yəni yığıncaqlar yarandıqdan sonra 1911-ci ildə hər bir yığıncaq təşviq olunurdu ki, hökm günü və fidyə kimi mövzulara həsr olunmuş altı silsilə məruzə ilə çıxış etmək üçün yaxın ərazilərə məharətli natiqlər göndərsin. Hər məruzənin sonunda növbəti həftə çıxış edəcək natiqin və söyləyəcəyi məruzənin adı elan edilirdi.

9. İllər ərzində açıq görüşün keçirilməsi ilə bağlı hansı dəyişikliklər edilib və siz bu görüşü necə dəstəkləyə bilərsiniz?

9 1945-ci ildə «Gözətçi qülləsi»ndə elan olunmuşdu ki, bütün dünyada açıq görüş kampaniyası keçirilməyə başlanıb. Bu kampaniyanın proqramına «dövrün aktual problemləri»nə həsr olunmuş və Müqəddəs Kitaba əsaslanan səkkiz silsilə mühazirə daxil idi. Onilliklər ərzində təyin olunmuş natiqlər ağıllı və sadiq nökərin təqdim etdiyi məruzələr planından istifadə etməklə kifayətlənmirdilər, onlar özləri də məruzə planı tərtib edirdilər. Lakin 1981-ci ildə bütün natiqlərə göstəriş verildi ki, məruzələrini yığıncaqlara göndərilən planlara əsasən hazırlasınlarb. 1990-cı ilə qədər olan məruzələrin bəzilərinin planındakı göstərişə əsasən, həmin məruzələrə dinləyicilərin iştirakı və ya səhnəciklər daxil edilməli idi. Ancaq həmin il göstərişlər dəyişildi və indiyədək açıq məruzələr yalnız nitq şəklində təqdim olunur. 2008-ci ilin yanvarından isə məruzələrin vaxtı azaldılaraq 45 dəqiqədən 30 dəqiqəyə endirildi. Bu dəyişikliklərə baxmayaraq, yaxşı hazırlanmış məruzələr Müqəddəs Kitaba olan imanımızı artırmağa davam edir və Allahın Padşahlığı ilə bağlı müxtəlif mövzuları tam başa düşməyə kömək edir (1 Tim. 4:13, 16). Təkrar baş çəkdiyin insanları və Yehovanın Şahidi olmayan digərlərini Allahın Kəlamına əsaslanmış bu vacib məruzələri dinləməyə şövqlə dəvət edirsinizmi?

10—12. a) «Gözətçi qülləsi» müzakirəsinin keçirilməsində hansı dəyişikliklər edilib? b) Hər bir kəs özünə hansı sualları verməlidir?

10 «Gözətçi qülləsi» müzakirəsi. 1922-ci ildə piliqrimlər, yəni yığıncaqlarda məruzələrlə çıxış etmək və təbliğ işinə rəhbərlik etmək üçün Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən göndərilən xidmətçi qardaşlar təşkilata «Gözətçi qülləsi»nin araşdırılması üçün müntəzəm görüşlər keçirməyi təklif etmişdilər. Bu təklif qəbul olundu və əvvəl-əvvəl «Gözətçi qülləsi»nin müzakirəsi ya həftəarası, ya da bazar günü keçirilirdi.

1931-ci ildə Qanada Müqəddəs Kitab Tətqiqatçılarının keçirdiyi görüş

«Gözətçi qülləsi» müzakirəsi, Qana, 1931-ci il

11 «Gözətçi qülləsi» jurnalının 1932-ci il 15 iyun sayında bu görüşün necə keçirilməsi ilə bağlı göstərişlər verilmişdi. Həmin məqalədə Beyteldə keçirilən görüşlər əsas götürülərək vurğulanmışdı ki, görüşü bir qardaş aparmalıdır. Üç qardaş isə auditoriya qarşısında əyləşib növbə ilə abzasları oxumalı idi. Əvvəllər məqalələr suallarsız dərc olunurdu. Buna görə də görüşü aparan qardaş auditoriyadan müzakirə olunan materiala uyğun suallar verməyi, sonra isə həmin sualları cavablandırmağı xahiş etməli idi. Aydın olmayan fikirlərə görüşü aparan qardaş «qısa və yığcam» izahat verə bilərdi.

12 Əvvəllər hər yığıncağa «Gözətçi qülləsi» məqalələrindən əksəriyyətin istədiyi mövzuları araşdırmağa icazə verilirdi. Ancaq «Gözətçi qülləsi» jurnalının 1933-cü il 15 aprel sayında məsləhət görülürdü ki, həmin vaxtdan etibarən yığıncaqlar cari sayları araşdırsınlar. 1937-ci ildə bu görüşün bazar günləri keçirilməli olduğuna dair göstəriş verilmişdi. Bu görüşün təkmilləşdirilərək hal-hazırda bizim keçirdiyimiz kimi keçirilməsi ilə bağlı göstərişlər «Gözətçi qülləsi» jurnalının 1942-ci il 1 oktyabr sayında dərc olunmuşdu. Jurnalda deyilmişdi ki, hər səhifənin aşağı hissəsində öyrənmə məqalələrinin sualları çap olunacaq və məqalə həmin suallar əsasında müzakirə olunmalıdır. Həmçinin vurğulanmışdı ki, görüş bir saat keçirilməlidir. Dinləyicilər cavab verərkən abzasın yarısını oxumaq əvəzinə, «öz sözləri ilə» deməyə təşviq olunurdular. «Gözətçi qülləsi»nin müzakirəsi sadiq nökərin vaxtlı-vaxtında ruhani qida təqdim etdiyi əsas görüş olaraq qalır (Mət. 24:45). Hər bir kəs özündən soruşmalıdır: «Mən hər həftə “Gözətçi qülləsi”nə hazırlaşırammı? Bacardığım qədər şərh verməyə çalışırammı?»

13, 14. Yığıncağın Müqəddəs Kitab öyrənməsinin tarixçəsi necədir və bu görüşdə xoşunuza gələn nədir?

13 Yığıncağın Müqəddəs Kitab öyrənməsi. 1890-cı illərin əvvəlində «Minilliyin şəfəqi» kitabının bir neçə hissəsi çıxandan sonra Baltimordan (Merilend, ABŞ) olan Müqəddəs Kitab Tədqiqatçısı N. Ran qardaş Müqəddəs Kitabı araşdırmaq üçün «Şəfəq» adlı dərnəklər yaratmağı təklif etmişdi. Əvvəllər bu dərnəklər sınaq məqsədilə görüşlərini, əsas etibarilə, evlərdə keçirirdilər. Ancaq 1895-ci ilin sentyabrında «Şəfəq» dərnəkləri artıq Birləşmiş Ştatların bir çox şəhərlərində təşkil olunmuşdu. Buna görə də həmin ay «Gözətçi qülləsi» jurnalında məsləhət görülürdü ki, həqiqəti öyrənən insanların hamısı bu görüşləri keçirsin. Orada göstəriş verilmişdi ki, görüşü keçirən üzündən yaxşı oxumağı bacarmalıdır. O, hər cümləni oxuduqdan sonra dayanmalı idi ki, iştirakçılar hər bir cümləyə şərh verə bilsinlər. Abzasın hər bir cümləsi oxunub müzakirə edildikdən sonra görüşü aparan qardaş orada gətirilən ayələri açıb oxumalı idi. Fəslin sonunda iştirakçıların hər biri araşdırılan mövzu ilə bağlı qısaca şərh verməli idi.

14 Bu görüşün adı bir neçə dəfə dəyişib. Bir müddət bu görüş Müqəddəs Kitab öyrənilməsi üzrə Veriya dərnəkləri adlanıb; bu, birinci əsrdə Müqəddəs Yazıları diqqətlə araşdıran veriyalıların qoyduğu nümunəni xatırladırdı (Həv. 17:11). Sonralar bu görüşün adını kitaböyrənmə qoydular. İndi isə Yığıncağın Müqəddəs Kitab öyrənməsi adlanır və evlərdə qrup şəklində yox, yığıncağın bütün üzvləri ilə birgə Padşahlıq zalında keçirilir. Ötən onilliklər ərzində bu görüşdə müxtəlif kitablar, broşürlər, hətta «Gözətçi qülləsi» jurnalının məqalələri müzakirə olunub. Görüş keçirilməyə başlayan ilk gündən dinləyicilər müzakirədə iştirak etməyə təşviq olunurlar. Bu görüş sayəsində bizim Müqəddəs Kitaba əsaslanan biliyimiz xeyli dərəcədə artıb. Siz bu görüşlərə müntəzəm olaraq hazırlaşıb şövqlə iştirak edirsinizmi?

Ər-arvad və iki qızı həvəslə ailəvi ibadət keçirirlər

Həftəlik qrafikinizdə ailəvi ibadətə vaxt ayırmısınızmı?

AİLƏVİ İBADƏT

SON günlərdə Yehovanın təşkilatı hər ailənin Müqəddəs Kitab öyrənməsi keçirməli olduğuna daha çox diqqət ayırmağa başlayıb (2 Tim. 3:1). Misal üçün, 1932-ci ildə dərc olunan «Ailə və səadət» adlı bukletdə birbaşa olaraq deyilirdi: «Qoy hər bir ailə yubanmadan öz evində Müqəddəs Kitabı araşdırmağa başlasın». «Gözətçi qülləsi» jurnalının 1956-cı il 15 may sayında hər bir məsihi ailəsi təşviq olunurdu ki, «ailənin hər bir üzvünün faydalanması üçün evdə müntəzəm olaraq Müqəddəs Kitabı araşdırsınlar». Sonra belə bir sual verilirdi: «Ailənizlə birgə yığıncaq görüşündən əvvəlki axşamların birində “Gözətçi qülləsi”ni araşdırırsınızmı?»

2009-cu ildə təşkilat yığıncaq görüşlərinin həftəlik cədvəlində dəyişikliklər edərək ailəvi ibadətin vacibliyini vurğuladı; o vaxtdan etibarən Yığıncağın Müqəddəs Kitab öyrənməsi Teokratik Xidmət Məktəbi və Xidməti görüşlə birgə keçirilir. «Bizim Padşahlıq Xidmətimiz»in 2011-ci il yanvar sayında qeyd olunmuşdu: «Bu dəyişikliyin səbəblərindən biri ailəvi ibadətə hər həftə konkret vaxt ayıraraq ailələrə öz ruhaniliklərini möhkəmləndirmək imkanı vermək idi». Daha sonra ailələrə məsləhət olunmuşdu ki, «Müqəddəs Kitab mövzularını ailənin tələbatına uyğun olaraq tələsmədən müzakirə et»sinlərc.

Nəyə görə ailəvi ibadətə qətiyyən səhlənkar yanaşmaq olmaz? Çünki bundan təkcə ailənin yox, bütün yığıncağın ruhani vəziyyəti asılıdır. Yığıncağı kərpicdən tikilmiş evə bənzətmək olar. (İbranilərə 3:4—6 ayələrini oxuyun.)d Kərpicdən tikilmiş evin möhkəm olması iki əsas amildən — təməlin möhkəmliyindən və hər bir kərpicin keyfiyyətindən asılıdır. Əgər evin təməlində hər hansı boşluq olarsa, ev uçacaq. Ancaq təməli möhkəm olsa belə, kərpic ovulub tökülməyə başlayarsa, ev yenə də uçacaq. Məsihi yığıncaqları möhkəm təməl üzərində — Məsihin təlimləri üzərində qurulub. (1 Korinflilərə 3:10—15 ayələrini oxuyun.)e Yığıncağın hər bir üzvünü, eləcə də ailələri kərpicə bənzətmək olar. Ailəvi ibadət hər bir kəsə və hər bir ailəyə möhkəm, odadavamlı iman yetişdirməyə və onu qoruyub saxlamağa kömək edir. Ayrı-ayrılıqda hər kəsin, eləcə də ailələrin möhkəmliyi yığıncağın möhkəmliyi deməkdir. Həftəlik qrafikinizdə ailəvi ibadətə vaxt ayırmısınızmı?

c Ailəvi ibadətdə istifadə edə biləcəyimiz mövzularla bağlı bəzi təklifləri «Bizim Padşahlıq Xidmətimiz»in 2011-ci il yanvar sayında tapa bilərsiniz.

d Bulusun sözləri «göylər dəvətinə» malik olanlara ünvanlanmışdı (İbr. 3:1). Ancaq oradakı prinsip bütün məsihilərə tətbiq edilə bilər.

e Müqəddəs Kitabın bu parçaları haqda daha çox məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 1999-cu il 15 iyul sayının 12—14 səhifələrində yerləşən 15—20 abzaslara (rus.) baxın. Nəyə görə bu materialı oxuyub ailəvi ibadət zamanı necə tətbiq edəcəyiniz barədə düşünməyəsiniz?

15. Teokratik Xidmət Məktəbi hansı məqsədlə yaradılmışdı?

15 Teokratik Xidmət Məktəbi. Bruklindəki (Nyu-York) mərkəzi idarədə xidmət etmiş Keri Barber qardaş demişdi: «1942-ci il fevralın 16-sı bazar ertəsi axşam Bruklin Beytelində xidmət edən bütün qardaşlar sonralar Teokratik Xidmət Məktəbi adı ilə tanınan kurslara yazılmağa təşviq olundular». Xeyli vaxtdan sonra Rəhbərlik Şurasının üzvü olan Barber qardaş həmin məktəbi «Yehovanın müasir dövrdə Öz xalqı üçün etdiyi ən möhtəşəm iş» adlandırmışdı. Bu kursların qardaşlara təlim vermək və təbliğ etmək bacarıqlarını yaxşılaşdırmaqda o qədər köməyi dəydi ki, 1943-cü ildən etibarən «Teokratik xidmət kursları» adlı broşür tədricən bütün dünyadakı yığıncaqlara göndərildi. «Gözətçi qülləsi» jurnalının 1943-cü il 1 iyun sayında deyilirdi ki, Teokratik Xidmət Məktəbinin yaradılmasının məqsədi Allahın xalqına «Padşahlığın daha yaxşı müjdəçisi olmağa» kömək etməkdir (2 Tim. 2:15).

16, 17. Teokratik Xidmət Məktəbi yalnız auditoriya qarşısında çıxış etməyimi öyrədirdi? İzah edin.

16 Əvvəllər böyük auditoriya qarşısında çıxış etmək fikri çoxlarını dəhşətə gətirirdi. Atası 1918-ci ildə Ruterford qardaşla bərabər haqsız yerə həbs olunan Kleyton Vudvort qardaş 1943-cü ildə həmin məktəbə yazılanda keçirdiyi hissləri xatırlayaraq demişdi: «Mənim üçün məruzə ilə çıxış etmək çox çətin idi. Mənə elə gəlirdi ki, dilim ağzımda şişib, dodağım tamamilə quruyub, səsim isə xırıltılı və civiltili çıxır». Ancaq Kleytonun oratorluq qabiliyyəti yaxşılaşdıqca ona çoxlu çıxışlar verirdilər. Bu məktəb ona təkcə məruzə ilə çıxış etməyi deyil, təvazökarlığın və Yehovaya güvənməyin vacibliyini öyrətdi. Vudvort qardaş demişdi: «Mən başa düşdüm ki, məharətli natiq olmağın sirri onun öz qabiliyyətlərindən asılı deyil. Əgər o, yaxşı hazırlaşarsa və tamamilə Yehovaya arxalanarsa, auditoriya onu məmnuniyyətlə dinləyəcək və nəsə öyrənəcək».

17 1959-cu ildə bacılar da məktəbə yazılmağa təşviq olundular. Edna Bauer bacı həmin il toplantıda eşitdiyi elanı xatırlayaraq deyir: «Yadımdadır, bacılar arasında böyük canlanma oldu. İndi onların qarşısında geniş imkanlar açılmışdı». Vaxt keçdikcə, bacı-qardaşlar Teokratik Xidmət məktəbinə yazılır və yol verirdilər ki, Yehova onlara təlim versin. Bu gün biz həftəarası görüşlərdə təlim almağa davam edirik (Əşiya 54:13 ayəsini oxuyun.)

18, 19. a) Müqəddəs xidməti icra etmək üçün praktiki məsləhətləri haradan alırıq? b) Nəyə görə biz görüşlərdə həmd nəğmələri oxuyuruq? («Nəğmələrdə tərənnüm edilən həqiqət» adlı çərçivəyə baxın.)

18 Xidməti görüş. 1919-cu ilin əvvəllərində təbliğ işini təşkil etmək üçün görüşlər keçirilirdi. Ancaq həmin vaxt bu görüşlərdə yığıncağın bütün üzvləri yox, təkcə ədəbiyyat paylayanlar iştirak edirdi. 1923-cü ildə Xidməti görüş ayda bir dəfə keçirilirdi və bu görüşdə hamı iştirak etməli idi. 1928-ci ildə yığıncaqlar Xidməti görüşü hər həftə keçirməyə təşviq olundular, 1935-ci ildə isə «Gözətçi qülləsi» jurnalında bütün yığıncaqlara Xidməti görüşü «Rəhbərlik»dəki (sonralar «İnformator», daha sonra isə «Bizim Padşahlıq Xidmətimiz» adlanırdı) məlumata əsasən hazırlamaq məsləhət görülürdü. Qısa bir vaxtdan sonra bu görüş hər bir yığıncaqda müntəzəm olaraq keçirilməyə başlandı.

19 Bu gün biz xidmətimizi yerinə yetirmək üçün həftəarası görüşlərimizdə praktiki məsləhətlər alırıq (Mət. 10:5—13). Əgər siz «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsini alırsınızsa, onu araşdırır və xidmət üçün verilən məsləhətləri tətbiq edirsinizmi?

İlin ən mühüm görüşü

Erkən məsihçilərin keçirdiyi Xatirə gecəsi

Eramızın birinci əsrindən etibarən məsihilər İsa Məsihin ölümünü anma mərasimini qeyd etmək üçün hər il bir yerə toplaşırlar (20-ci abzasa baxın.)

20—22. a) Biz nəyə görə İsa Məsihin ölüm gününü qeyd edirik? b) Hər il anma mərasimində iştirak etmək sizə hansı faydanı gətirir?

20 İsa Məsih öz davamçılarına yenidən zühur edəcəyi günə kimi onun ölüm gününü qeyd etməyi tapşırmışdı. Pasxa bayramı kimi, Məsihin ölümünü anma mərasimi də ildə bir dəfə qeyd olunur (1 Kor. 11:23—26). Hər il bu görüşə milyonlarla insan gəlir. Bu, məsh olunmuş məsihilərə Padşahlığın varisləri olmaq şərəfinə layiq görüldüklərini xatırladır (Rom. 8:17). Yerüzü ümidinə malik olan insanlarda isə Allahın Padşahlığının Padşahına dərin ehtiram və sədaqət hissi oyadır (Yəh. 10:16).

21 Rassel qardaş və əməkdaşları Ağamızın şam yeməyini qeyd etməyin vacibliyini başa düşürdülər və bilirdilər ki, onu ildə cəmi bir dəfə qeyd etməlidirlər. «Gözətçi qülləsi» jurnalının 1880-ci il aprel sayında deyilirdi: «Bir neçə ildir ki, Pitsburqda bizdə... Pasxanı [anma mərasimini] qeyd etmək və Ağamızın bədənini və qanını təmsil edən simvollardan qəbul etmək adəti var». Bir müddətdən sonra böyük toplantılar anma mərasimi ilə birgə keçirilməyə başlandı. Bu topantılar haqqında ən erkən yazılı məlumat 1889-cu ilə aiddir; orada 225 nəfər iştirak etmiş və onlardan 22-si vəftiz olunmuşdu.

22 Bu gün biz anma mərasimini böyük toplantı ilə birgə keçirmirik, ancaq yaşadığımız ərazidə hər kəsi Padşahlıq zalında və ya icarəyə götürülmüş binalarda keçirilən bu görüşü qeyd etməyə dəvət edirik. 2013-cü ildə İsa Məsihin ölüm gününün qeyd edilməsində 19 milyondan çox insan iştirak etmişdir. Bizim üçün bu ən vacib görüşdə iştirak etmək və başqalarını da dəvət etmək böyük şərəfdir! Siz hər il anma mərasiminə bacardığınız qədər daha çox insan dəvət etməyə çalışırsınızmı?

Əhval-ruhiyyəmiz nədən xəbər verir?

23. Birgə yığışmaq imkanımızın olmasına necə yanaşırsınız?

23 Yehovanın sadiq xidmətçiləri birgə yığışmaq göstərişini özlərinə yük hesab etmirlər (İbr. 10:24, 25; 1 Yəh. 5:3). Məsələn, Davud padşah ibadət üçün Yehovanın evinə getməyi çox sevərdi (Zəb. 27:4). Bunu Allahı sevən digər insanlarla birgə etmək ona xüsusilə zövq verirdi (Zəb. 35:18). Həmçinin gəlin İsanın nümunəsi üzərində də düşünək. Hətta gənc yaşlarında belə o, ibadət etmək üçün Atasının evində olmaq arzusu ilə alışıb-yanırdı (Luka 2:41—49).

Həmimanlılarımızla birgə toplaşmağı çox istəməyimiz Allahın Padşahlığının bizim üçün nə qədər real olmasının göstəricisidir

24. Yığıncaq görüşlərində hansı imkanımız olur?

24 Yığıncaqlarda iştirak etməklə biz Yehova Allahı sevdiyimizi və həmimanlılarımızı möhkəmləndirmək istədiyimizi göstəririk. Biz həmçinin Allahın Padşahlığının təbəələri kimi yaşamağı öyrənmək istədiyimizi göstəririk, çünki biz bunları yığıncaq görüşlərində və böyük toplantılarda öyrənirik. Üstəlik, yığıncaqlarda biz lazımi bacarığa yiyələnir və güc əldə edirik ki, bu gün Allahın Padşahlığının həyata keçirdiyi ən vacib işi — Padşah İsa Məsihin şagirdlərini hazırlamaq işini icra edək. (Mətta 28:19, 20 ayələrini oxuyun.) Birgə toplaşmağı çox istəməyimiz Allahın Padşahlığının bizim üçün nə qədər real olmasının göstəricisidir. Gəlin yığıncaq görüşlərimizi hər zaman qiymətləndirək!

a Hər bir ailə həftəlik yığıncaq görüşlərində iştirak etməklə yanaşı, ailəvi ibadətə, ailəli olmayanlar isə şəxsi mütaliəyə vaxt ayırmağa təşviq olunur.

b 2013-cü ildə 180-dən çox məruzə planı hazır idi.

Padşahlıq sizin üçün nə dərəcədə realdır?

  • Biz nə üçün bir yerə toplaşırıq?

  • Yığıncaq görüşlərimizdən hansı daha çox xoşunuza gəlir və nə üçün?

  • Sizin yığıncaq görüşlərinə olan münasibətiniz nədən xəbər verir? İzah edin.

Rayon konqresinə gələnlər öz Yunanca Müqəddəs Kitablarını göstərirlər

ALLAHIN XALQINI BİRLƏŞDİRƏN İLLİK GÖRÜŞLƏR

YEHOVA bütün israilli kişilərə ildə üç dəfə ibadət üçün Yerusəlimə toplaşmağı buyurmuşdu (Çıx. 23:14—17; Lav. 23:34—36). Bütün israilli kişilər kimi, İsanın ögey atası Yusif də həmin mərasimlər zamanı ailəsini Yerusəlimə aparırdı. Eynilə, bu gün Allahın xalqı ildə üç dəfə böyük toplantılara toplaşır. Bu toplantılardan bəzisi son günlərdə Allahın təşkilatının yerüzü hissəsinin inkişafında əvəzsiz rol oynayıb. Gəlin həmin toplantılara və onların nə ilə yadda qaldığına nəzər salaq.

  • 1919-cu il, Sidar-Point (Ohayo, ABŞ)

    Bu, Birinci Dünya müharibəsindən sonra keçirilən ilk böyük toplantı idi.

    Böyük toplantı təbliğ işinin geniş vüsət almasına səbəb oldu.

    «Qızıl əsr» (indi «Oyanın!» adlanır) jurnalının dərc olunacağı elan olundu.

  • 1922-ci il, Sidar-Point (Ohayo)

    «Padşahlıq» adlı məruzə təbliğ işinə təkan verdi. Bu nitqdə «Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin» sözləri böyük şövqlə səsləndi.

  • 1931-ci il, Kolumbus (Ohayo)

    Yehovanın Şahidləri adını qəbul etdik.

  • 1935-ci il, Vaşinqton

    İlk dəfə biz Vəhy 7:9 ayəsindəki «böyük izdihamın» yer üzündə əbədi yaşayacağını anladıq.

  • 1942-ci il, dünyanın 85 şəhərində keçirilən «Yeni dünyanın teokratik toplantısı»

    «Sülh çox sürəcəkmi?» adlı məruzədə «Vəhy» kitabının 17-ci fəslində yazılan peyğəmbərliyə aydınlıq gətirildi. Və göstərildi ki, İkinci Dünya müharibəsindən sonra Allahın Padşahlığının təbəələrinin sayı çoxalacaq.

  • 1950-ci il, «Teokratiyanın inkişafı» adlı böyük toplantı

    «Yunanca Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» işıq üzü gördü.

  • 1958-ci il, «Allahın iradəsi» adlı beynəlxalq toplantı

    Bu, təkcə bir şəhərdə keçirilən ən böyük beynəlxalq toplantı oldu; 123  ölkədən 250 000-dən çox nümayəndə Nyu–Yorka axışmışdı.

  • 1961-ci il, «Vəhdət içində Allaha ibadət edənlər» adlı böyük toplantı

    «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» bir cilddə çıxdı.

  • 1992-ci il, «İşıq saçanlar» adlı böyük toplantı

    Bu, keçmiş Sovet İttifaqında, Sankt-Peterburqda (Rusiya) Yehovanın Şahidlərinin keçirdiyi ilk beynəlxalq toplantı idi.

  • 1993-cü il, «İlahi təlim» adlı böyük toplantı, (Kiyev, Ukrayna)

    7402 nəfər vəftiz olundu. Bu, həqiqi məsihilərin tarixində bir toplantıda vəftiz olunanların ən yüksək sayı idi.

  • 2011-ci il, «Qoy Allahın Padşahlığı gəlsin!» adlı böyük toplantı

    «Dənyal» kitabının 2-ci fəslindəki peyğəmbərlik görüntüsü haqqındakı təlimə aydınlıq gətirildi. İndi biz anlayırıq ki, heykəlin dəmirlə gilin qarışığından ibarət olan ayaqları İngiltərə-Amerika dünya imperiyasını təmsil edir və o, Allahın Padşahlığı simvolik heykəli darmadağın edənə qədər dominantlıq edəcək.

  • 2014-cü il, «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı böyük toplantı

    Məsihin Padşahlığının göydə qurulmasının 100 illiyi ilə üst-üstə düşdü.

İsa peyğəmbər və onun şagirdləri bir yerdə Allahı nəğmədə tərənnüm edirlər

«NƏĞMƏLƏRDƏ TƏRƏNNÜM EDİLƏN HƏQİQƏT»

YEHOVANIN xalqı Onun haqqında və Onun şəninə həmd nəğmələri oxuyaraq öz sadiqliyini ifadə etməyi çox sevir. Məsələn, Yehova israilliləri Qırmızı dənizin yanında misirlilərin əlindən azad edəndə xalq öz minnətdarlığını və hüsn-rəğbətini şövqlə nəğmə oxumaqla təzahür etdirdi (Çıx. 15:1—21). Sonralar nəğmələr məbəddə Yehovaya ibadətin ayrılmaz bir hissəsi oldu (1 Saln. 23:4, 5; 25:7). Birinci əsrdə İsa və onun şagirdləri də Yehova Allaha həmd nəğmələri oxuyaraq öz hisslərini ifadə edirdilər (Mət. 26:30; Efes. 5:19).

Eynilə, Rassel qardaş və onun əməkdaşları həqiqəti açıqlamağa başlayan vaxtdan bəri biz Yehova Allaha ibadətdə çoxlu sayda mahnı kitablarından istifadə etmişik. «Gözətçi qülləsi» jurnalının 1896-cı il 15 fevral sayında həmd nəğmələri oxumağın vacibliyi izah olunurdu: «Allahın xalqı üçün həqiqəti nəğmələrdə tərənnüm etmək onu öz ürəklərinə və zehinlərinə həkk etməyin gözəl üsuludur».

1879-cu ildə nəşr olunan Gəlinin nəğmələri kitabının üz qabığı

1879

1890-cı ildə nəşr olunan Minilliyin bitməsilə bağlı şeirlər və məzmurlar kitabının üz qabığı

1890

1896-cı il, Sionun sübh sevinci nəğməsi kitabından Parlaq işıq nəğməsinin notu

1896

1900-cü ildə nəşr olunan Sionun sübh sevinci kitabının üz qabığı

1900

1905-ci il, Minilliyin bitməsilə bağlı məzmur kitabının üz qabığı

1905

1925-ci il, Padşahlıq nəğmələri

1925

1928-ci il, Yehovaya həmd nəğmələri kitabının üz qabığı

1928

1944-cü il, Padşahlıq xidməti nəğmə kitabının üz qabığı

1944

1950-ci il, Yehovaya həmd nəğmələri kitabının üz qabığı

1950

1966-cı il, Oxuyun və nəğməni ürəyinizdə zümzümə edin kitabının üz qabığı

1966

1984-cü il, Yehovaya həmd edin kitabının üz qabığı

1984

Yehovanı nəğmələrdə tərənnüm edin

2009

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş