Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 1 s. 3—5
  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 YEHOVANIN SİZƏ HƏVALƏ ETDİYİ MƏSULİYYƏTLƏRƏ CİDDİ YANAŞIN
  • 2 HƏYAT YOLDAŞINIZIN HİSSLƏRİNİ NƏZƏRƏ ALIN
  • 3 HƏMFİKİR OLUN
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
  • Bir-birinizə sadiq qalın
    Xoşbəxt ailəm
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Xoşbəxt ailəm
hf böl. 1 s. 3—5
Ər-arvadın toy günü

BÖLMƏ 1

Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin

«Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb» (Mətta 19:4).

İlk nikahın Banisi Yehovaa Allahdır. Müqəddəs Kitabda deyilir ki, Allah ilk qadını yaratdı və «onu insanın yanına gətirdi». Adəm o qədər xoşbəxt idi ki, sevincini belə sözlərlə ifadə etdi: «Nəhayət, sümüyü sümüyümdən, bədəni bədənimdən olan biri» (Yaradılış 2:22, 23). Yehova Allahın niyyəti hələ də dəyişməyib; O istəyir ki, evli cütlüklər xoşbəxt olsunlar.

İnsan nikaha qədəm qoyanda elə bilir ki, hər şey mükəmməl olacaq. Əslində isə, ərlə arvad bir-birini nə qədər möhkəm sevsələr də, problemlər qaçılmazdır (1 Korinflilərə 7:28). Bu broşürada Müqəddəs Kitab prinsipləri gətirilir, onları tətbiq etməklə nikahda və ailədə xoşbəxtliyə nail olmaq olar (Zəbur 19:8—11).

1 YEHOVANIN SİZƏ HƏVALƏ ETDİYİ MƏSULİYYƏTLƏRƏ CİDDİ YANAŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: Ər ailənin başıdır (Efeslilərə 5:23).

Yehova ərlərə nəvazişlə həyat yoldaşlarının qayğısına qalmağı buyurub (1 Butrus 3:7). O, qadını ərini tamamlamaq üçün yaradıb və istəyir ki, ərlər arvadları ilə ləyaqətlə və məhəbbətlə rəftar etsinlər (Yaradılış 2:18). Sözün əsil mənasında öz arvadını sevən ər onun maraqlarını özünkündən üstün tutacaq (Efeslilərə 5:25—29).

Qadınlardan isə Yehova ərlərinə dərin hörmət bəsləmələrini və ailədəki vəzifələrini yerinə yetirməkdə onlara kömək etmələrini gözləyir (1 Korinflilərə 11:3; Efeslilərə 5:33). Qadınlar həmçinin ərlərinin qərarlarını dəstəkləməli və ürəkdən onlarla əməkdaşlıq etməlidirlər (Koloslulara 3:18). Belə etməklə qadın həm ərinin, həm də Yehovanın gözündə ucalacaq (1 Butrus 3:1—6).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızdan yaxşı ər və ya arvad olmaq üçün nəyin üzərində işləməli olduğunuzu soruşun. Diqqətlə qulaq asın və öz üzərinizdə işləyin

  • Səbirli olun. Bir-birinizi xoşbəxt etməyi öyrənmək üçün vaxt tələb olunur

2 HƏYAT YOLDAŞINIZIN HİSSLƏRİNİ NƏZƏRƏ ALIN

MÜQƏDDƏS KİTAB DEYİR: Ər-arvadlar özlərinin yox, bir-birlərinin xeyrini güdməlidir (Filippililərə 2:3, 4). Qoy həyat yoldaşınız sizin üçün nə qədər dəyərli olduğunu hiss etsin. Unutmayın ki, Yehova Allah Öz xidmətçilərindən hamı ilə mülayim davranmalarını istəyir (2 Timutiyə 2:24). «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir». Buna görə də danışmazdan əvvəl fikirləşin (Məsəllər 12:18). Yehovanın ruhu sizə nəvazişlə və məhəbbətlə danışmağa kömək edəcək (Qalatiyalılara 5:22, 23; Koloslulara 4:6).

MƏSLƏHƏT

  • Həyat yoldaşınızla ciddi məsələləri müzakirə etməmişdən qabaq hisslərinizi cilovlamaq və qarşı tərəfin fikirlərini nəzərə almaq üçün dua edin

  • Nəyi necə deyəcəyinizi qabaqcadan götür-qoy edin

3 HƏMFİKİR OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: Nikaha daxil olanda siz «bir bədən» olursunuz (Mətta 19:5). Bununla belə siz iki fərqli insansınız və fərqli düşüncələrə maliksiniz. Buna görə də həmfikir olmağı öyrənməlisiniz (Filippililərə 2:2). Birlik qərar qəbul edərkən xüsusilə vacibdir. Müqəddəs Kitabda deyilir: «Məsləhətli iş uğurlu olar» (Məsəllər 20:18). Birgə vacib qərarlar verərkən Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutun (Məsəllər 8:32, 33).

Evli cütlüklər bir komanda şəklində işləyir, paltarları və qabları yuyurlar

MƏSLƏHƏT

  • Həyat yoldaşınızla təkcə hər hansı məlumatları və ya şəxsi fikirlərinizi yox, hisslərinizi də bölüşün

  • Üzərinizə hansısa öhdəçilikləri götürməzdən əvvəl həyat yoldaşınızla məsləhətləşin

a Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.

REALİST VƏ OPTİMİST OLUN

Özünüzdən və həyat yoldaşınızdan kamillik gözləməyin (Zəbur 103:14; Yaqub 3:2). Diqqətinizi həyat yoldaşınızın yaxşı xüsusiyyətlərinə cəmləyin. Müqəddəs Kitab prinsiplərinin təsir gücünə inanın və səbirli olun (2 Timutiyə 3:16). Yehova bu məsləhətlərə əməl etmək cəhdlərinizi mükafatlandıracaq və nikahınız ilbəil möhkəmlənəcək (Qalatiyalılara 6:9).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Həyat yoldaşım özümdən çox onu düşündüyümü hiss edirmi?

  • Bu gün həyat yoldaşıma hörmət və məhəbbətimi necə göstərmişəm?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş