Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 2 s. 6—8
  • Bir-birinizə sadiq qalın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bir-birinizə sadiq qalın
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 NİKAHINIZA CİDDİ YANAŞIN
  • 2 ÜRƏYİNİZİ QORUYUN
  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
    Xoşbəxt ailəm
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikahda sadiqliyi qoruyun
    Gözətçi qülləsi 2009
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
Əlavə
Xoşbəxt ailəm
hf böl. 2 s. 6—8
Ər çətiri həyat yoldaşının başının üstünə tutur və maşının qapısını açmağa kömək edir

BÖLMƏ 2

Bir-birinizə sadiq qalın

«Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mark 10:9).

Yehova Allah istəyir ki, biz «sədaqəti uca [tutaq]» (Mikə 6:8). Nikahda sədaqət xüsusilə vacibdir, çünki sədaqət olmayan yerdə etibar olmaz. Etibar olmayan yerdə isə məhəbbət solar.

Bu gün nikahda sadiqliyi qorumağı çətinləşdirən amillər var. Buna görə də nikahınızı qorumaq üçün iki məsləhətə riayət etməlisiniz.

1 NİKAHINIZA CİDDİ YANAŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10). Nikah həyatınızda ən önəmli şeylərdən biri olmalıdır. Ona diqqət ayırmaq olduqca vacibdir.

Yehova ərlə arvadın əl-ələ verib ömür boyu birgə yaşamalarını və «həyatdan kam al»malarını istəyir (Vaiz 9:9). O aydın bildirir ki, ər-arvadlar bir-birlərinə etinasız yanaşmamalı, əksinə, fürsət tapıb bir-birlərini sevindirməlidirlər (1 Korinflilərə 10:24). Həyat yoldaşınızın özünün dəyərli olduğunu və sevildiyini hiss etməsi üçün əlinizdən gələni edin.

Ər həyat yoldaşına isti içki gətirir; evə gələn ər və yemək bişirən qadın

MƏSLƏHƏT

  • Birgə vaxt keçirin və bu zaman bütün diqqətinizi həyat yoldaşınıza cəmləyin

  • «Mən» sözünü tərgidib, «biz» deməyi öyrənin

Ər-arvad birgə vaxt keçirirlər

2 ÜRƏYİNİZİ QORUYUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mətta 5:28). Əxlaqsız fikirlərə qapılmağın özü belə, demək olar ki, həyat yoldaşına xəyanətdir.

Yehova Allah deyir: «Ürəyini qoru» (Məsəllər 4:23; Ərəmya 17:9). Bunun üçün gözlərinizin nəyə baxdığına nəzarət edin (Mətta 5:29, 30). Bu sahədə Əyyub peyğəmbər gözəl nümunə qoyub. O, gözləri ilə əhd bağlamışdı ki, başqa bir qadına şəhvətlə baxmasın (Əyyub 31:1). Heç vaxt pornoqrafiyaya baxmamağa əzmli olun. Həyat yoldaşınızdan başqa heç kimlə romantik münasibət qurmayın.

Ər həyat yoldaşının şəklini işdə stolunun üstünə qoyub

MƏSLƏHƏT

  • Başqalarına aydın şəkildə göstərin ki, həyat yoldaşınıza tam sadiqsiniz

  • Həyat yoldaşınızın hisslərini nəzərə alın və ona pis təsir edən istənilən münasibətlərə dərhal son qoyun

ÖHDƏNİZƏ DÜŞƏNİ EDİN

Özünüzlə dürüst olun və öz zəif cəhətlərinizi müəyyən edin (Zəbur 15:2). Kömək istəməyə utanmayın (Məsəllər 1:5). Əgər ağlınıza əxlaqsız fikirlər gəlirsə, onların kök atmasına yol verməyin, mübarizə aparmağa davam edin. Təslim olmayın (Məsəllər 24:16). Yehova həyat yoldaşınıza sadiq qalmaq cəhdlərinizə xeyir-dua verəcək.

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Həyat yoldaşıma daha çox vaxt ayırmaq üçün nə edə bilərəm?

  • Ən yaxşı dostum həyat yoldaşımdır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş