Nəğmə 141
Sülhsevər insanları axtarırıq
«Vəz et, müjdə ver»,— əmr etdi Ağa.
Qızmar gündə, tozlu yolda
Təbliğ edirdi o, xalqa.
O zövq alırdı daim bu işdən,
Həqiqəti öyrədirdi
Heç usanmadan.
Diyar-diyar, qarış-qarış
Edirik biz də axtarış.
Qoy qəlblərdə doğsun ümid günəşi.
(NƏQARƏT)
Hər millətdə
Biz sülhsevər insan gəzirik.
Saf qəlblərə
Xilas haqda müjdə veririk.
Gəl heç kəsdən
Yan keçməyək.
Vaxt azdır bu gün, biz zirək olaq,
Sülhü sevən, həlim qəlbli
İnsan qoy olmasın həlak.
Can yandırırıq biz insanlara,
Rəbbin sözü bir məlhəmdir
Hər cür dərdlərə.
Şəhər-şəhər və kəndbəkənd
Təbliğ işi olur avand.
Sevinc verir bizə sonsuz bir ilham.
(NƏQARƏT)
Hər millətdə
Biz sülhsevər insan gəzirik.
Saf qəlblərə
Xilas haqda müjdə veririk.
Gəl heç kəsdən
Yan keçməyək.
(Həmçinin baxın: Əşy. 52:7; Mət. 28:19, 20; Luka 8:1; Rom. 10:10.)