Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • od s. 4—5
  • Rəhbərlik Şurasının məktubu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəhbərlik Şurasının məktubu
  • Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Oxşar material
  • Qardaşlar, ruh üçün əkin və xeyirli işə can atın!
    Gözətçi qülləsi 2010
  • Allahın Kəlamına uyğun təşkil olunmuş xalq
    Gözətçi qülləsi 2016
  • Yeniyetmə qardaşlar, məqsədlərə can atırsınızmı?
    Müqəddəs ibadətimiz 2013
  • Xoş xəbər müjdəçiləri
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Allahın iradəsini yerinə yetirən təşkilat!
od s. 4—5

Rəhbərlik Şurasının məktubu

Əziz müjdəçilər!

Biz çox xoşbəxt insanlarıq! Bizə vahid Allah olan Yehovaya çiyin-çiyinə ibadət etmək şərəfi nəsib olub! Allahın əməkdaşı olan bizlərə müqəddəs və həyatları xilas edən iş tapşırılıb: biz Padşahlıq haqda xoş xəbəri insanlara çatdırmalı və şagird hazırlamalıyıq (1 Kor. 3:9; Mət. 28:19, 20). Dünya miqyasında görülən bu işi sülh və əmin-amanlıq içində başa çatdırmaq üçün yaxşı təşkilatçılıq gərəkdir (1 Kor. 14:40).

Bu kitabda məsihi yığıncağının necə fəaliyyət göstərdiyi təsvir olunur, Yehovanın Şahidi kimi üzərinizə düşən məsuliyyətlər və şərəfli tapşırıqlar barədə söz açılır. Əgər aldığınız şərəfli tapşırığı qiymətləndirir və məsuliyyətlərinizi yerinə yetirirsinizsə, imanda möhkəm olacaqsınız (Həv. 16:4, 5; Qal. 6:5).

Odur ki bu kitabı yaxşı-yaxşı oxumağı tövsiyə edirik. Oxuduqlarınızı həyatınızda necə tətbiq edə biləcəyiniz barədə düşünün. Məsələn, əgər bu yaxınlarda təbliğçi olmusunuzsa, vəftiz olub Yehovanın Şahidi olmaq üçün hansı addımları atmalısınız? Yaxud, artıq vəftiz olmusunuzsa, ruhani cəhətdən inkişaf etmək və Yehovaya xidmətinizi genişləndirmək üçün nə edə bilərsiniz? (1 Tim. 4:15). Yığıncaqda sülhü və mehribançılığı qorumaq üçün şəxsən sizdən nə asılıdır? (2 Kor. 13:11). Cavabları bu kitabdan tapmaq olar.

Əgər siz vəftiz olunmuş qardaşsınızsa, yığıncaq xidmətçisi və ağsaqqal kimi xidmət etməyə yararlı olmaq üçün nə edə bilərsiniz? Minlərlə yeni-yeni insan Allahın xalqına qoşulur. Buna görə də məsul qardaşlara böyük ehtiyac var. Bu məqsədlərə can atmaq üçün siz nə etməlisiniz? Cavabı bu kitabdan öyrənə bilərsiniz (1 Tim. 3:1).

Biz ürəkdən dua edirik ki, bu kitab sizə Yehovanın quruluşunda öz yerinizi tapmağa və onu qiymətləndirməyə kömək etsin. Biz hər birinizi çox sevirik və həmişə dua edirik ki, siz əbədiyyən Atamız Yehovaya cani-dildən ibadət edən insanların arasında olasınız (Zəb. 37:10, 11; Əşy. 65:21—25).

Qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş