Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • od s. 206—211
  • Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə
  • Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Oxşar material
  • Əlavələr
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Vəftiz ən gözəl məqsəddir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2013
  • Vəftiz və Allahla dostluq
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Allahın iradəsini yerinə yetirən təşkilat!
od s. 206—211

VƏFTİZ OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN SUALLAR

Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə

Adətən, Yehovanın Şahidləri vəftizi böyük toplantılarında keçirirlər. Vəftiz məruzəsinin sonunda natiq vəftiz olmağa hazırlaşan kəslərdən ayağa qalxıb aşağıdakı iki suala hündürdən və aydın cavab verməyi xahiş edəcək:

1. Günahlarından tövbə edib, özünü Yehovaya həsr etmisən və Onun İsa Məsih vasitəsilə bəxş etdiyi xilas yolunu qəbul etmisən?

2. Vəftiz olunmaqla Yehovanın Şahidi olduğunu, bununla da Yehovanın təşkilatına qoşulduğunu göstərirsən. Bunu dərk edirsən?

Vəftiz olacaq təbliğçilər bu sualları müsbət cavablandırmaqla fidyə qurbanlığına iman etdiklərini hamının qarşısında bəyan edir və özlərini Yehovaya qeyd-şərtsiz həsr etdiklərini göstərirlər (Rom. 10:9, 10). Buna görə də onlar dua edib bu sualların üzərindən qabaqcadan düşünməlidirlər ki, öz əqidələrinə əsasən cavab verə bilsinlər.

Həsr duası etmisən? Yehovaya yalnız Ona ibadət edəcəyinə və Onun iradəsinin həyatında ən vacib yeri tutacağına söz vermisən?

İndi vəftizə hazır olduğuna tam əminsən?

Vəftiz üçün hansı geyim münasibdir? (1 Tim. 2:9, 10; Yəh. 15:19; Filip. 1:10).

Biz «abır-həya ilə, ağıl-kamalla» geyinməklə mömin olduğumuzu göstərməliyik. Bu o deməkdir ki, vəftiz olunanlar açıq-saçıq çimərlik geyimləri, yaxud üzərində deyimlər, şüarlar və ya şəkillər olan paltarlar geyinməyəcəklər. Onlar səliqəli, təmiz, zövqlü və mərasimə münasib geyinməlidirlər.

Vəftiz zamanı davranışımız necə olmalıdır? (Luka 3:21, 22).

İsanın vəftizi məsihilər üçün bir nümunədir. Vəftizin ciddi bir addım olduğunu başa düşdüyü İsanın davranışından bəlli idi. Deməli, vəftiz keçirilən yerdə yersiz zarafat etməklə, oynamaqla, üzməklə və ya hər hansı başqa bir hərəkətlə mərasimi dəyərdən salmamalıyıq. Həmçinin vəftiz olunan insan özünü elə aparmamalıdır ki, elə bil böyük bir qələbəyə imza atıb. Düzdür, vəftiz sevindirici hadisədir, amma gərək sevincimizi layiqli tərzdə göstərək.

İbadət görüşlərinə müntəzəm getmək və yığıncaqla sıx əməkdaşlıq etmək sənə həsr olunmağına uyğun yaşamağa necə kömək edəcək?

Nəyə görə vəftizdən sonra da səmərəli mütaliə etmək və təbliğ işində müntəzəm iştirak etmək vacibdir?

AĞSAQQALLAR ÜÇÜN GÖSTƏRİŞ

Təbliğçi vəftiz olmaq istədiyini bildirəndə ona bu kitabın 185—207 səhifələrində yerləşən «Vəftiz olunmaq istəyənlər üçün suallar» əlavəsini diqqətlə araşdırmağı tapşırmaq lazımdır. Onun diqqətini 182-ci səhifədəki «Vəftiz olunmamış təbliğçiyə ismarıc» əlavəsinə yönəldin. Bu əlavədə təbliğçinin ağsaqqallarla müzakirəyə necə hazırlaşa biləcəyi izah olunur. Orada göstərildiyi kimi, vəftiz olunmaq istəyən təbliğçi müzakirə zamanı şəxsi qeydlərinə baxa və kitabını açıq saxlaya bilər. Amma ağsaqqallarla müzakirədən əvvəl kiminsə onunla bu sualları müzakirə etməsinə ehtiyac yoxdur.

Təbliğçi vəftiz olunmaq istəyini ağsaqqallar şurasının koordinatoruna bildirməlidir. Təbliğçi «Vəftiz olunmaq istəyənlər üçün suallar» əlavəsini oxuduqdan sonra ağsaqqallar şurasının koordinatoru ondan Yehovaya Onun iradəsini yerinə yetirmək üçün həsr duası edib-etmədiyini soruşacaq. Əgər o, həsr duası edibsə, ağsaqqallar şurasının koordinatoru «Vəftiz olunmaq istəyənlər üçün suallar» əlavəsini onunla müzakirə etmək üçün iki ağsaqqal təyin edəcək. Hər hissəni ayrı-ayrı ağsaqqal keçirməlidir. Müzakirəni aparmaq üçün böyük toplantının vaxtının elan olunmasını gözləməyə ehtiyac yoxdur.

İki hissədən ibarət olan materialın hər birinin müzakirəsi, adətən, bir saat çəkir, lazım gəldikdə bir saatdan da artıq keçirmək olar. Hər hissənin əvvəlində və sonunda dua etmək lazımdır. Müzakirə tələm-tələsik keçirilməməlidir. Bu müzakirələr ağsaqqalların cədvəlində əsas yeri tutmalıdır.

Sual-cavabı qrup şəklində yox, hər təbliğçi ilə fərdi şəkildə keçirmək daha münasib olardı. Təbliğçinin hər suala verdiyi cavabdan ağsaqqallar onun həqiqəti nə dərəcədə dərindən başa düşdüyünü və vəftizə hazır olub-olmadığını aydın görəcəklər. Bundan əlavə, müzakirənin fərdi şəkildə keçirilməsi təbliğçiyə fikirlərini sərbəst şəkildə ifadə etməyə kömək edəcək. Ər-arvadlar sual-cavabı birgə keçə bilərlər.

Vəftiz olunmaq istəyən bacıdırsa, müzakirəni təklikdə yox, başqalarının görə biləcəyi yerdə keçirmək lazımdır. Amma elə etmək lazımdır ki, heç kim onların danışdıqlarını eşitməsin. Əgər müzakirəni aparmaq üçün başqa adam çağırmaq lazım gələrsə, növbəti abzasda qeyd olunduğu kimi, müzakirə olunan hissədən asılı olaraq, həmin adam ya ağsaqqal, ya da yığıncaq xidmətçisi olmalıdır.

Ağsaqqalların çox az olduğu yığıncaqlarda bəsirətli və hikmətli yığıncaq xidmətçisi «Məsihi etiqadları» adlı I hissəni sual-cavab edə bilər. «Məsihi həyatı» adlı II hissəni isə yalnız ağsaqqal sual-cavab etməlidir. Əgər yığıncaqda kifayət qədər yararlı qardaş yoxdursa, rayon nəzarətçisi ilə əlaqə saxlayıb xahiş etmək olar ki, başqa yığıncaqdakı qardaşlar onlara kömək etsin.

Vəftiz olunmaq istəyən azyaşlıdırsa, imanda olan valideynləri də müzakirədə iştirak etməlidir. Əgər valideyn(lər) iştirak edə bilmirsə, onda hər müzakirəni iki ağsaqqal (və ya hissədən asılı olaraq bir ağsaqqal və bir yığıncaq xidmətçisi) keçirməlidir.

Ağsaqqallar vəftiz olmaq istəyən insanın Müqəddəs Kitabın əsas təlimlərini kifayət qədər yaxşı başa düşdüyünə əmin olmalıdırlar. Həmçinin onlar əmin olmalıdırlar ki, o, həqiqəti, doğrudan da, qiymətləndirir və Yehovanın təşkilatına hörmət edir. Əgər insan Müqəddəs Kitabın əsas təlimlərini başa düşmürsə, ağsaqqallar tədbir görəcəklər ki, başqa vaxt vəftiz ola bilməsi üçün ona kömək göstərilsin. Başqalarına isə təbliğ xidmətini qiymətləndirdiyini, yaxud təşkilati qaydalara tabe olduğunu göstərmək üçün vaxt vermək lazım gələ bilər. Təxminən bir saat ərzində insanın vəftizə hazır olub-olmadığını müəyyən etmək üçün ağsaqqallardan müdriklik tələb olunur. Sualların bəzisinə az, bəzisinə çox vaxt ayırmaq lazım gəlsə də, hamısını nəzərdən keçirmək mütləqdir.

Vəftiz üçün sualları müzakirə edən ağsaqqallar ikinci hissəni müzakirə etdikdən sonra bir yerə toplaşıb həmin adamın vəftizə hazır olub-olmadığını müəyyən edirlər. Bu zaman onlar insanın keçmişini, qabiliyyətini və digər amilləri nəzərə alırlar. Ağsaqqallar insanın Yehova ilə münasibətlərinin nə yerdə olduğunu və Müqəddəs Kitabın əsas təlimlərini başa düşüb-düşmədiyini bilmək istəyir. Vəftiz olunmaq istəyən təbliğçilər sizin qayğınız və köməyiniz sayəsində xoş xəbərin təbliği kimi vacib bir işi layiqli tərzdə həyata keçirməyə hazır olacaqlar.

Sonra müzakirəni aparan bir və ya iki ağsaqqal vəftiz olunmaq istəyən təbliğçi ilə görüşüb onun vəftizə yararlı olub-olmadığını bildirəcəklər. Əgər o, vəftizə yararlıdırsa, ağsaqqallar onunla 206—207 səhifələrdəki «Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə» adlı əlavəni müzakirə edəcəklər. Əgər vəftiz olunmaq istəyən kəs «Əbədi xoşbəxt həyat!» kitabını keçib qurtarmayıbsa, ağsaqqallar onu təşviq etməlidirlər ki, vəftizdən sonra da kitabı keçsin. Ağsaqqallar vəftiz olunacaq insana bildirməlidirlər ki, vəftiz olunduğu tarix onun adına açılmış «Təbliğçinin hesabat kartoçkası»nda qeyd olunacaq. Ona xatırladın ki, ağsaqqalların təbliğçidən şəxsi məlumatlarını alması sayəsində təşkilat bundan sonra da bütün dünyadakı Yehovanın Şahidlərinin dini fəaliyyətinə nəzarət edə biləcək. Üstəlik, təbliğçinin ruhani işlərdə iştirak etmək və ruhani kömək almaq imkanı olur. Bundan əlavə, ağsaqqallar yeni təbliğçilərə bildirə bilərlər ki, şəxsi məlumatlardan jw.org saytında yer alan Yehovanın Şahidlərinin məlumatın qorunma siyasətinə müvafiq istifadə olunur. Adətən, bu müzakirə on dəqiqə və ya az çəkir.

Vəftizdən bir il sonra iki ağsaqqal təbliğçi ilə görüşüb onu ruhlandırmalı və faydalı məsləhətlər verməlidir. Onlardan biri təbliğçinin qrup nəzarətçisi olmalıdır. Əgər yeni vəftiz olunmuş təbliğçi azyaşlıdırsa, bu görüşdə onun imanda olan valideynləri də iştirak etməlidir. Görüş xoş və ruhlandırıcı ab-havada keçməlidir. Ağsaqqallar onun ruhani inkişafı ilə maraqlanacaq, eləcə də şəxsi mütaliə, Müqəddəs Kitabı hər gün oxumaq, həftəlik ailəvi ibadət keçirmək, müntəzəm ibadət görüşlərində iştirak etmək və hər həftə təbliğ xidmətinə çıxmaqla bağlı praktiki məsləhətlər verəcək (Efes. 5:15, 16). Əgər o, «Əbədi xoşbəxt həyat!» kitabını keçib qurtarmayıbsa, ağsaqqallar tədbir görəcək ki, kimsə ona bu kitabı axıra kimi keçib qurtarmağa kömək etsin. Ağsaqqallar onu ürəkdən tərifləməlidirlər. Adətən, bir-iki məqama dair məsləhət və təklif kifayət edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş