Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ypq sual 10 s. 30—31
  • Müqəddəs Kitab mənə necə kömək edə bilər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab mənə necə kömək edə bilər?
  • Gənclərin 10 sualına cavab
  • Oxşar material
  • Hamını düşündürən sual
    Gözətçi qülləsi (kütləvi) 2024
  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
    Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
  • Ailələr üçün əlavə kömək
    Oyanın! 2018
  • Valideynlər üçün kömək
    Oyanın! 2019
Əlavə
Gənclərin 10 sualına cavab
ypq sual 10 s. 30—31
Gənc oğlan çöldə oturub Müqəddəs Kitab oxuyur

10-CU SUAL

Müqəddəs Kitab mənə necə kömək edə bilər?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Müqəddəs Kitabda deyilir ki, «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Əgər bu doğrudursa, Müqəddəs Kitab sənə lazım olan rəhbərliyi verəcək.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Davud maşınla tanımadığı bir ərazidən keçir. Küçələrdəki yazılara və ətrafdakı binalara baxanda başa düşür ki, yolu azıb. Yəqin haradasa səhv istiqamətə dönüb.

Davudun yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Bir neçə seçimin var:

  1. Kimdənsə yolu soruşmaq.

  2. Xəritədən və ya GPS-dən istifadə etmək.

  3. Birtəhər yolu tapacağına ümid edərək yoluna davam etmək.

Aydın məsələdir ki, C variantı elə də işə yaramır.

Ən yaxşı variant B variantıdır. Çünki xəritə və GPS əlinin altındadır və sənə yolu tapmağa kömək edir.

Müqəddəs Kitab da sənə eynən kömək edə bilər.

Ən geniş yayılmış nəşr olan bu kitab sənə növbəti sahələrdə kömək edə bilər:

  • problemlərin öhdəsindən gəlməyə

  • özünü tanımağa və yaxşı insan olmağa

  • xoşbəxt həyat yaşamağa

HƏYATİVACİB SUALLARA CAVAB

Dil açan gündən başlayırıq suallar verməyə.

  • Səma niyə mavidir?

  • Ulduzlar nədən düzəlib?

Sonra yaşadığımız dünya haqqında suallar veririk.

  • Niyə başımıza bu qədər bəla gəlir?

  • İnsanlar niyə ölür?

Əgər bu sualların cavabı Müqəddəs Kitabda çoxdan verilibsə, onda necə?

Bəziləri deyir ki, Müqəddəs Kitab rəvayət və əfsanələrlə doludur, o köhnəlib ya da çox qəlizdir. Bəlkə problem Müqəddəs Kitabda yox, insanların bu kitab haqda yanlış təsəvvürlərindədir? Ola bilsin, onların bu kitab haqda məlumatı yoxdur?

Misal üçün, çox adam elə bilir ki, Müqəddəs Kitabda bəşəriyyəti Allahın idarə etdiyi yazılıb. Axı bu, necə olar bilər? Dünya idarəolunmaz hala düşüb. Yer əzab-əziyyətlə, xəstəlik və ölümlə, yoxsulluq və fəlakətlərlə doludur. Məgər məhəbbətli Yaradan bizə bu acıları yaşadar?

Bu sualların cavabını tapmaq istəyərdin? Müqəddəs Kitabda deyilənlər səni təəccübləndirəcək!

Gördüyün kimi bu broşürdəki məsləhətlər Müqəddəs Kitaba əsaslanıb. Yehovanın Şahidləri olan bizlər köməyi məhz Müqəddəs Kitabda axtarırıq. Çünki oradakı «hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün... faydalıdır» (2 Timutiyə 3:16, 17). Səni bu qədimi, eyni zamanda müasir kitabı araşdırmağa təşviq edirik.

ƏTRAFLI MƏLUMAT AL!

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

www.jw.org saytında «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya bax.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş