Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 30 s. 76—77
  • Rahab kəşfiyyatçıları gizlədir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rahab kəşfiyyatçıları gizlədir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Rahabın Yehovaya imanı
    Övladlarımızı öyrədək
  • Raxav kəşfiyyatçıları gizlədir
    Müqəddəs Kitab hekayələri
  • Yerixo şəhərinin divarları
    Müqəddəs Kitab hekayələri
  • Son gələndə sən harada olmalısan?
    Gözətçi qülləsi 2009
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 30 s. 76—77
Rahab əsgərləri başqa istiqamətə yönəltməklə kəşfiyyatçıları qoruyur

DƏRS 30

Rahab kəşfiyyatçıları gizlədir

İsrailli kəşfiyyatçılar Əriha şəhərinə gedəndə Rahab adlı qadının evində qalırlar. Əriha şəhərinin padşahı bundan xəbər tutub, Rahabın evinə əsgərlər göndərir. Rahab bu iki kəşfiyyatçını damda gizlədir, sonra isə əsgərləri başqa tərəfə yönəldir. O, kəşfiyyatçılara deyir: «Mən sizə kömək edəcəm, çünki Yehovanın sizinlə olduğunu və bu şəhəri ələ keçirəcəyinizi bilirəm. Nə olar, söz verin ki, mənə və ailəmə xətər yetirməyəcəksiniz».

Kəşfiyyatçılar Rahaba deyirlər: «Söz veririk, evində olanlara zərər dəyməyəcək. Qırmızı kəndiri pəncərəyə bağla, beləcə ailən xilas olacaq».

Rahabın evinin pəncərəsinə qırmızı ip asılır ki, Ərihanın divarları dağılanda sağ qalsın

Rahab kəşfiyyatçıları iplə pəncərədən aşağı düşürür. Onlar dağlara gedib, üç gün orada gizlənirlər. Sonra israillilər İordan çayını keçib, şəhəri zəbt etməyə hazırlaşırlar. Əriha israillilərin zəbt etdiyi ilk şəhər olur. Yehova onlara deyir ki, altı gün, gündə bir dəfə şəhərin ətrafında dolansınlar. Yeddinci gün isə onlar şəhərin ətrafında yeddi dəfə dolanırlar. Sonra kahinlər şeypur çalır, əsgərlər isə nərə çəkir. Bu zaman şəhərin divarları uçur! Ancaq Rahabın divara bitişik olan evi salamat qalır. Yehovaya güvəndikləri üçün Rahab və ailəsi sağ qalır.

«Məgər... Rahab da elçiləri qonaqpərvərliklə qarşılayıb başqa yolla ötürəndən sonra əməlləri sayəsində saleh bilinmədi?» (Yaqub 2:25)

Suallar: Rahab kəşfiyyatçılara niyə kömək edir? İsraillilər Ərihaya necə hücum edir? Rahab və ailəsinin aqibəti necə olur?

Yuşə 2:1—24; 6:1—27; İbranilərə 11:30, 31; Yaqub 2:24—26

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş