Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 43 s. 104—105
  • Davudun günahı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Davudun günahı
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Davudun ailəsində bədbəxtlik baş verir
    Müqəddəs Kitab hekayələri
  • Həyatında dəyişiklik baş verərkən Allahın ruhuna bel bağla
    Gözətçi qülləsi 2004
  • Natan. Həqiqi ibadətin sadiq müdafiəçisi
    Gözətçi qülləsi 2012
  • «Mənə sənin iradənə əməl etməyi öyrət»
    Gözətçi qülləsi 2012
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 43 s. 104—105
Natan peyğəmbər Davud padşahı məzəmmət edir

DƏRS 43

Davudun günahı

Talutun vəfatından sonra Davud taxta çıxır. Padşah olanda onun 30 yaşı var idi. Padşah olandan bir neçə il sonra bir axşam o, sarayın damından gözəl bir qadın görür. Davud öyrənir ki, bu qadının adı Badsəbadır. O, Uryay adlı döyüşçünün arvadıdır. Davud Badsəbanı sarayına gətizdirir və onunla əxlaqsızlıq edir. Badsəba hamilə qalır. Davud etdiyi hərəkəti gizlətməyə çalışır. O, ordu başçısına deyir ki, Uryayı döyüşün qızmar nöqtəsinə göndərsin və döyüşçülər onun yanından çəkilsinlər ki, düşmənlər onu vurub öldürsünlər. Uryayın ölümündən sonra Davud Badsəba ilə evlənir.

Davud padşah dua edib əfv diləyir

Yehova Allah onun bütün bu pis hərəkətlərini görür. Bəs O nə edir? Natan peyğəmbəri Davudun yanına göndərir. Natan peyğəmbər deyir: «Varlı bir adamın çoxlu sürüsü olur, kasıb adamın isə çox sevdiyi balaca bir quzusu. Bir gün varlı adam yazıq kasıbın bircə quzusunu əlindən alır». Bunu eşidən Davud əsəbiləşib deyir: «Varlı adam ölməlidir!» Bu zaman Natan Davuda deyir: «Həmin varlı adam sənsən!» Davud çox pərişan olur. O, Natana deyir: «Yehovaya qarşı günah etmişəm». Bu günah Davuda və ailəsinə dərd gətirir. Yehova Davudu cəzalandırır, amma öldürmür, çünki Davud səhvini boynuna alır.

Davud Yehova üçün məbəd tikmək istəyir, ancaq Yehova bu iş üçün Davudun oğlu Süleymanı seçir. Davud Süleyman üçün hazırlıqlar görməyə başlayır və deyir: «Yehovanın məbədi əzəmətli olmalıdır. Ancaq Süleyman hələ cavandır, ona görə də mən onun üçün hazırlıq görəcəyəm». Davud tikinti işi üçün çoxlu pul ianə edir. O, işçilər tutur. Qızıl, gümüş toplayır, Sur və Sidondan sidr ağacları gətizdirir. Ölümünə yaxın Davud Süleymana məbədin layihəsini verir. O deyir: «Yehova mənə tapşırdı ki, bunları sənin üçün yazım. Yehova sənə kömək olacaq. Qorxma. Möhkəm ol və işə başla».

Davud gənc Süleymanla məbədin layihəsi haqda danışır

«Günahlarını ört-basdır edən xeyir tapmaz, günahını boynuna alıb ondan əl çəkənə rəhm edilər» (Məsəllər 28:13)

Suallar: Davud hansı günahı işləyir? Davud oğlu Süleymana necə kömək edir?

2 İşmuil 5:3, 4, 10; 7:1—16; 8:1—14; 11:1—12:14; 1 Salnamələr 22:1—19; 28:11—21; Zəbur 51:1—19

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş