Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 53 s. 128—129
  • Yəhyadayın cəsarəti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yəhyadayın cəsarəti
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Yoaş pis dostluq ucbatından Yehovadan uzaqlaşdı
    Gözətçi qülləsi 2009
  • Allah qorxusunun önəmi
    Gözətçi qülləsi 2023
  • Cəsarətlə görülən işlər mükafatsız qalmır
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Haqq-ədalət öz yerini tutdu
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 53 s. 128—129
Baş kahin Yəhyaday padşah Yuəsi xalqa təqdim edir

DƏRS 53

Yəhyadayın cəsarəti

İzəbilin qızı Ətəlya anası kimi zalımdır. Ətəlya Yəhuda padşahı ilə evlənir. Ərinin ölümündən sonra taxta oğlu çıxır. Ancaq bir müddət sonra oğlu da ölür. Bundan sonra Ətəlya özü Yəhudanı idarə etməyə başlayır və padşah nəslindən onun yerinə taxta çıxa biləcək hər kəsi, hətta öz nəvələrini də öldürtdürür. Hamı ondan qorxur.

Baş kahin Yəhyaday və arvadı Yəhusəba Ətəlyanın nə əməllər törədəcəyini bilir. Buna görə də onlar həyatlarını təhlükəyə atıb Ətəlyanın nəvələrindən birini, Yuəsi gizlədirlər. Onlar Yuəsi məbəddə böyüdürlər.

Yuəs yeddi yaşına çatanda Yəhyaday əyanları və lavililəri bir yerə yığıb deyir: «Məbədin qapılarını mühafizə edin, heç kimi içəri buraxmayın». Sonra Yəhyaday Yuəsi Yəhudanın padşahı elan edib tacı onun başına qoyur. Yəhuda xalqı: «Yaşasın padşah!» — deyə qışqırır.

Məlikə Ətəlya qışqırır

Məlikə Ətəlya xalqın səsini eşidib məbədə tərəf qaçır. O, yeni padşahı görəndə qışqırır: «Xəyanət! Xəyanət!» Əyanlar zalım məlikəni oradan uzaqlaşdırırlar. Sonra isə onu öldürürlər. Bəs Ətəlyanın xalqa aşıladığı mənfi təsir haqda nə demək olar?

Yəhyadayın vasitəsilə xalq Yehova ilə əhd kəsir və yalnız Yehovaya ibadət edəcəklərinə söz verir. Yəhyaday həmçinin xalqa göstəriş verir ki, Baal məbədini və bütlərini məhv etsinlər. Yəhyaday xalqın yenidən Yehovanın məbədində ibadət edə bilməsi üçün kahinlər və lavililər təyin edir. O, məbədə heç bir napak insan girməsin deyə darvazaya keşikçilər qoyur. Sonra Yəhyaday və əyanlar Yuəsi saraya aparır və onu taxta çıxarırlar. Yəhuda xalqı çox sevinir. Onlar Yehovaya ibadət edirlər. Nəhayət, xalqın zalım məlikə Ətəlyadan və Baala ibadətdən canı qurtarır. Görürsən, Yəhyadayın cəsarətli olmasının camaata hansı xeyri dəydi?

«Bədəni öldürən, amma sizi gələcək həyatdan məhrum edə bilməyənlərdən qorxmayın, əksinə, sizi Hinnom vadisində məhv etməyə qadir olandan qorxun» (Mətta 10:28)

Suallar: Yəhyadayın cəsarəti nədən görünür? Necə düşünürsən, Yehova sənə də cəsarətli olmağa kömək edə bilər?

2 Padşahlar 11:1—12:12; 2 Salnamələr 21:1—6; 22:10—12; 23:1—24:16

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş