Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 58 s. 140—141
  • Yerusəlim darmadağın olur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yerusəlim darmadağın olur
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Hökmdar Məsihlə bağlı peyğəmbərlik. Möhtəşəm sidr ağacı
    Pak ibadət dirçəlir!
  • Yehova Allah hər kəsə əməlinə görə əvəzini verəcək
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Hizqiyal. Həyatı və yaşadığı dövr
    Pak ibadət dirçəlir!
  • Ərəmyanın məzmunu
    Müqəddəs Kitab
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 58 s. 140—141
Yerusəlim və məbəd yanır

DƏRS 58

Yerusəlim darmadağın olur

Yəhudilər dəfələrlə Yehovadan üz döndərib saxta allahlara ibadət edirlər. Yehova uzun illər peyğəmbərlər göndərərək bu xalqı bütpərəstlikdən çəkindirməyə çalışır. O, onlara xəbərdarlıq etmək üçün çoxlu peyğəmbərlər göndərir, lakin onlar peyğəmbərlərin xəbərdarlıqlarına qulaq asmırlar. Əksinə, peyğəmbərlərə lağ edirlər. Bəs Yehova xalqın arasındakı bütpərəstliyə necə son qoyur?

Babil padşahı Navuxodonosor bir-birinin ardınca xalqları məğlub edirdi. Birinci dəfə Yerusəlimə hücum edəndə o, Yəhyakin padşahı, şahzadələri, ordu başçılarını və sənətkarları Babilə aparır. O, həmçinin Yehovanın məbədindəki qiymətli əşyaları da ələ keçirir. Sonra isə Navuxodonosor Sidqiyyəni Yəhudaya padşah qoyur.

Əvvəl-əvvəl Sidqiyyə Navuxodonosora itaət edir. Ancaq bir müddət sonra qonşu xalqlar və saxta peyğəmbərlər ona məsləhət verirlər ki, Babilə qarşı üsyan etsin. Lakin Ərəmya peyğəmbər onu xəbərdar edir: «Əgər üsyan etsən, Yəhudiyyədə cinayət, qıtlıq, xəstəlik baş qaldıracaq».

Səkkiz il padşahlıq edəndən sonra Sidqiyyə qərara gəlir ki, Babilə qarşı üsyan etsin. O, Misir ordusundan kömək istəyir. Bundan sonra Navuxodonosor ordusuna Yerusəlimə hücum etməyi əmr edir. Onlar gəlib şəhərin ətrafında düşərgə salırlar. Bu vaxt Ərəmya peyğəmbər Sidqiyyəyə deyir: «Yehova deyir ki, Babilə təslim olsan, sən də, şəhər də xilas olacaq. Yox, əgər təslim olmasan, babillilər Yerusəlimi yandıracaq, səni də zindana atacaqlar». Sidqiyyə isə cavab verir: «Mən təslim olmayacağam!»

Bir il yarım keçəndən sonra Babil ordusu Yerusəlimin divarlarını dağıdıb şəhərə od vurur. Onlar məbədi yandırır, xalqı qırır və minlərlə insanı əsir götürürlər.

Sidqiyyə Yerusəlimdən qaçır, lakin babillilər onun dalınca düşürlər. Onlar Sidqiyyəni Əriha şəhərinin yaxınlığında tutur və Navuxodonosorun yanına gətirirlər. Babil padşahı Sidqiyyənin gözü qabağında onun oğullarını öldürtdürür. Sonra isə Navuxodonosor onun gözünü kor edir və zindana atır. Sidqiyyə elə zindandaca ölür. Bütün bunlara baxmayaraq, Yehova Yəhudalılara söz verir: «70 ildən sonra sizi Yerusəlimə geri qaytaracağam».

Bəs Babildə zindanda olan gənclərin başına nə gəlir? Onlar Yehovaya güvənəcəklər?

«Yehova Allah, ey Qüdrət Sahibi! Sənin hökmlərin haqq və doğrudur» (Vəhy 16:7)

Suallar: Navuxodonosor kimdir? O, Yerusəlim şəhərinə nə edir? Sidqiyyə kimdir?

2 Padşahlar 24:1, 2, 8—20; 25:1—24; 2 Salnamələr 36:6—21; Ərəmya 27:12—14; 29:10, 11; 38:14—23; 39:1—9; Hizqiyal 21:27

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş