ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏRƏMYA 39—43
Yehova Allah hər kəsə əməlinə görə əvəzini verəcək
Yehova Allah Sidqiyyəyə babillilərə təslim olmağı buyurmuşdu, amma o tabe olmadı
Sidqiyyənin gözü qabağında oğullarını öldürdülər. Özünün isə gözlərini çıxarıb, əl-qolunu mis qandalla qandallayıb Babilə sürgün etdilər. O, ölənə kimi orada qaldı
Əbədməlik Yehovaya güvənirdi və Onun elçisi olan Ərəmya peyğəmbərə kömək etmişdi
Yehova söz vermişdi ki, Yəhuda dağılanda Əbədməliki qoruyacaq
Ərəmya peyğəmbər Yerusəlim dağılana qədər uzun illər cəsarətlə təbliğ etmişdi
Yerusəlim mühasirədə olanda Yehova Allah Ərəmyanın qeydinə qalırdı. Yehovanın hökmü ilə babillilər peyğəmbəri sərbəst buraxmışdılar